Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-172/2024 16.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Qulieyvin katibliyi, Ərizəçi, eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 Mizağa qızının ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Mirzəxanova (Abasova) Aygün Məmmədəli qızının (Maraqlı şəxs iş üzrə maraqlı şəxs kimi qeyd olunan) «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Mirzəxanova (Abasova) Aygün Məmmədəli qızı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 aid N-JQ No 460209 saylı evlənmək haqqında şəhadətnamədə ər, Ərizəçi2 aid Vİİİ-JQ No 462015 saylı doğum haqqında şəhadətnamədə və seriya AZE No ******* nömrəli şəxsiyyət vəsiqəsində, Ərizəçi3 aid X-JQ No 295756 saylı doğum haqqında şəhadətnamədə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı qeyd edilmiş X3 X5 ilə eyni şəxs olması barədə çıxarılmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1959-cu ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, xx.xx.1981-ci ildə X5 ilə ailə həytı quraraq rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan Səbuhi və Aygün adlı uşaqları anadan olmuşdur. Evlənmək haqqında şəhadətnamədə ərinin, uşaqların doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələlərində atalarının adı Məmmədəli kimi qeyd edilmişdir. Əslində onun adı X2r. Məhəmmədəli vəfat etmiş, ona məxsus olmuş doğum haqqında, ölüm haqqında və şəxsiyyət vəsiqəsində adı düzgün olaraq Məhəmmədəli kimi qeyd edilmişdir. Məhəmmədəli vəfat etdikdən sonra vərəsəlik işləri həll olunarkən bu ziddiyyət ortaya çıxmışdır. Vərəsəlik hüququnun tanınması və vərəsəlik işlərinin həll olunması üçün bu faktın tanınması zəruri olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi, eyni zamanda digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 Mizağa qızı ərizədə göstərilənlərə uyğun məzmunda ifadə verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3165/655/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxsnə 08 fevral 2024-cü ildə daxil olmuş ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Mirzəxanova (Abasova) Aygün Məmmədəli qızının fakt təsdiqinə dair 12 fevral 2024-cü il tarixə saat 10:40-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkdir. Ərizəçilərin ərizəsi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar və tələbin təmin ediləcəyi təqdirdə Maraqlı şəxs üzərinə düşən öhdəlik tərəflərindən icra ediləcəkdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X13 məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, ərizəçlər onun mərhum qardaşı Məhəmmədlinin arvadı və uşaqlarıdır. Mərhumun adı doğulduğu zamandan Məhəmmədəli olmuş, onu Məhəmmədəli deyə çağırmışlar. O, mərhumun nikah şəhadətnaməsində, uşaqlarının sənədlərində adının Məmmədəli kimi qeyd edilməsindən məlumatlı olmamışdır. Mərhumun ailə üzvləri vərəsəlik işlərini həyata keçirəndə bu hal hamıya məlum olmuşdur. Məhəmmədəli ilə onun aiə üzvlərinə aid sənədlərdə qeyd edilmiş Məmmədəli əslində eyni şəxsdir. Məhkəmə iclasında iştirak edən digər şahid qismində dindirilmiş X18 ərizəçilərin mərhum qardaşı Məhəmmədəlinin arvadı və övladları olmasını bildirərək, şahid X7 ifadəsinə uyğun ifadə verdi və həmçinin bildirdi ki, hətta hazırki vaxtda da onun öünə məxsus doğum haqqında şəhadətnamədə də ata adı Dədəş olduğu halda şəxsiyyət vəsiqəsində Dadaş qeyd edilmişdir, orqanların bu kimi səhvlərinin əziyyətini vətəndaşları çəkməli olur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ No 161302 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, atası X14, anası X10r. İş materiallarına əlavə edilmiş AZE No 02613597 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İİ No 070396 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə dəqiqləşdirilməyən insult səbəbindən Sabirabad rayonunda ölmüşdür. İş materiallarına əlavə olunmuş N-JQ No 460209 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş X9 xx.xx.1959-cu ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş X6 ilə xx.xx.1981-ci ildə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə “Abasov”, arvada “Abasova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Vİİİ-JQ No 462015 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1983-cü ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunmuş X-JQ No 295756 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1984-cü ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş AZE No ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1983-cü ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü ildə anadan olmuşdur. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi1 verilmiş 1250 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həyat yoldaşı X5 xx.xx.2020-ci ildə vəfat etmiş, mərhumun daimi yaşayış yeri ünvan 2 ünvanı olmuş və Ərizəçi1, Ərizəçi2 Məhəmmədəli oğlu və X4 adlı vərəsələri qalmışdır. Məhkəməyə təqdim edilmiş İ-İE No 952148 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1960-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, atası X14, anası X10r. Məhkəməyə təqdim edilmiş AZ No 161007 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1962-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, atası X14, anası X10r. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, ərizəçilərdən Ərizəçi1 xx.xx.1981-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından Səbuhi və Aygün adlı övladları dünyaya gəlmişdir. Nikah haqqında şəhadətnamədə və uşaqlara məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində X1 qeyd edilmiş şəxsin doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı Məhəmmədəli kimi qeyd edilmiş, sənədlər uzlaşdırıldıqda Məmmədəli və Məhəmmədəli adlı şəxslərin doğum yeri, zamanının, ata və ana adlarının eyni olması müəyyən edilmişdir ki, bu da sənədlərdə qeyd edilmiş Məmmədəli ilə Məhəmmədəli adlı şəxslərin əslində eyni şəxs olmasını təsdiq edir. Hətta bu faktı mərhumun məhkəmə iclasında şəahid qismində dindirilmiş qardaşları da təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi1 aid N-JQ No 460209 saylı evlənmək haqqında şəhadətnamədə ər, Ərizəçi2 aid Vİİİ-JQ No 462015 saylı doğum haqqında şəhadətnamədə və seriya AZE No ******* nömrəli şəxsiyyət vəsiqəsində, Ərizəçi3 aid X-JQ No 295756 saylı doğum haqqında şəhadətnamədə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı qeyd edilmiş X3 xx.xx.1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X5 ilə eyni şəxs olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 307- 308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 aid N-JQ No 460209 saylı evlənmək haqqında şəhadətnamədə ər, Ərizəçi2 aid Vİİİ-JQ No 462015 saylı doğum haqqında şəhadətnamədə və seriya AZE No ******* nömrəli şəxsiyyət vəsiqəsində, Ərizəçi3 aid X-JQ No 295756 saylı doğum haqqında şəhadətnamədə və AA ******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı qeyd edilmiş X3 xx.xx.1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş və xx.xx.2020-ci ildə vəfat etmiş X5 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-172/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-172/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver