Məhkəmə qərarları › İş №2(056)-173/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-173/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-173/2023 31.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) «doğum faktının müəyyən olunması» tələbinə dair mülki işə Sabirabad şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs iş üzrə maraqlı şəxs olan) «doğum faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək onun (ərizəçi M.Ə.Musayevin) soyadının “Bayramov”, adının “Vüqar”, ata adının “Marif”, doğum tarixinin “xx.xx.2001-ci il”, doğum yerinin “Sabirabad rayonu Rüstəmli kəndi”, atasının adının “X7”, anasının adının “X8” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçinin əsl ərizəçilər ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əsl ərizəçilər X7 və X8 ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Sabirabad rayonunun Rüstəmli kəndində anadan olmuşdur. Atası:X7, anası: X6r. Onun valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Ona görə də, o, doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsindən ona bildirilmişdir ki, onun doğumu barədə onlarda heç bir məlumat yoxdur. Faktın təsdiqi ona doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər ərizəçi X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin185.5-ci maddəsinin tələbinə istinad edərək, işə ərizəçi X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs rəisi Elnur Ağayev məhkəməyə ərizə ilə müraciət edərək ərizənin təmin olunmasına etiraz etmədiklərini və işə təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçilər onun qonşularıdır. Vüqar isə Marif və Almazın oğludur. Vüqar 2001-ci ildə anadan olmuşdur. Kənd mühitində bir qədər savadsızlıq hökm sürdüyündən bu zamana kimi Vüqara doğum haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçilər ilə qonşu olduğunu bildirərək, digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/xx-xx/2022 saylı rəydən görünür ki, X5 xx.xx.2001-ci ildə doğulmuş cinsi oğlan olan uşağa doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, əsas olmadığı üçün şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayon Rüstəmli kənd tibb məntəqəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7 nömrəli tibbi arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Rüstəmli kənd sakini X3 xx.xx.2001-ci il tarixdə doğduğu oğlan uşağı hal-hazırda Rüstəmli kəndində yaşayır. İş materiallarında olan Sabirabad rayon Rüstəmli kənd sakinləri tərəfindən tərtib edilmiş və onların imzası, həmçinin Sabirabad rayon Nizami kənd İƏD-si üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabirabad rayonu Rüstəmli kənd sakini X3 xx.xx.2001-ci il tarixdə doğduğu oğlan uşağı sağdır və halhazırda Sabirabad rayonu Rüstəmli kəndində yaşayır. Onun şəkli Akta əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmanin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310 maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər izahatında faktın təsdiqini özünə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alması məqsədilə lazım olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2001-ci il tarixdə Sabirabad rayonunun Rüstəmli kəndində doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə doğumun qeydə alınması və aşağıdakı məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır: - Ərizəçi – 15 may 2001-ci il tarixdə Sabirabad rayonu, Rüstəmli kəndində doğulmuş, atası - X7, anası - X8. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar