Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1840/2025 01.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (maraqlı şəxs Sabirabad rayon Şəhriyar kənd Bələdiyyəsi kimi qeyd olunan) «həyətyanı torpaq sahəsinə gedən özbaşına tutulmuş yolun açılmasının məcbur edilməsi» tələbi barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (maraqlı şəxs Sabirabad rayon Şəhriyar kənd Bələdiyyəsi kimi qeyd olunan) «həyətyanı torpaq sahəsinə gedən özbaşına tutulmuş yolun açılmasının məcbur edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən yolun sağ hissəsi tərəfindən Cavabdeh2 tərəfindən özbaşına tutulan 1,5 metr enində və 130 metr uzunluğunda yolun bərpa edilərək açılmasının və həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 tərəfindən özbaşına tutulan en hissəsi 1,5 metr olmaqla 220 metr uzunluqda yolun bərpa edilərək açılmasının cavabdehlərə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ailəsinə məxsus Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən ev və həyətyanı sahədə yaşayır. Həyətyanı sahəsinə gedən yol qanunvericiliyin tələbinə əasən bələdiyyə mülkiyyəti hesab olunur. Həyətyanı sahəmə gedən yol cavabdehlər tərəfindən özbaşına olaraq 3 ildir ki, tutulmuş və o və ailə üzvlərinin evlərinə gediş-gəlişi məhdudlaşmışdır. Hətta azyaşlı övladlarını yoldan qucağına götürərək keçirir. O, yolun açılması barədə aidiyyəti üzrə Şəhriyar bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmişdir. Bələdiyyə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən yerində müayinələr aparılmış və yolun bir hisəsinin zəbt olunması müəyyən edilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub verilmişdir. Şəhriyar bələdiyyəsi tərəfindən isə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Aktda qeyd olunur ki, baxışla əlaqədar müəyyən edilmişdir ki, yolun uzunluğu 220 metr, eni 7 metrdir. Həmin yolun sağ hissəsi tərəfindən Cavabdeh2 1,5 metr enində və 130 metr uzunluğunda şumlama yolu ilə zəbt etmişdir. Həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 en hissəsi 1,5 metr olmaqla 220 metr uzunluqda yolu şumlama yolu ilə zəbt etmişdir. Bələdiyyə tərəfindən edilən tələblərə baxmayaraq cavabdehlər yolun açılmasının təmin edilməsindən imtina etmişdir. Özbaşına tutulan yol torpaq məcəlləsinə əsasən bələdiyyə mülkiyyəti hesab edilir. Cavabdehə yolun açılmasının təmin edilməsi müvafiq orqanların vəzifəli şəxsləri tərəfindən tapşırılsa da o, buna əməl etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlu iddiaya etiraz edərək, etirazının əsası kimi onun tərəfindən zəbt halına yol verilmədiyini, əslində həmin yolun biddiaçı və digər cavabdeh tərəfindən zəbt edildiyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavabdan görünür ki, onun Sabirabad rayonu Şəhriyar kəndində mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt edilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmış, müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun iştirakı ilə adıçəkilən torpaq sahəsinə keçirilmiş baxış zamanı onun torpaq sahəsinə gedən yolun bir hissəsinin zəbt olunduğu müəyyən edilmişdir. İş materiallarında olan və Şəhriyyar Bələdiyyəsi tərəfindən möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabirabad rayonu Şəhriyar bələdiyyəsi ərazisindən Şəhriyar kənd sakini İddiaçı evinə gedən yolun Daşınmaz Əmlakın Dövlət Reyestri rüblik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəsisləri və bələdiyyənin iştirakı ilə adı çəkilən torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, 220 metr uzunluğu və 7 metr eni olan yolun sağ hissəsindən Cavabdeh2 1.5 metr uzunluq hissəsindən 130 metr şumlama yolu ilə zəbt etmişdir. Həyətyanı sahəyə gedən yolun sol hissəsində Cavabdeh1 yolun en hissəsindən 1.5 metr uzunluq hissəsindən 220 metr şumlayıb zəbt etmişdir. İş materiallarında olan JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0,59 ha torpaq sahəsi X3, X10, X6, X7, X12, İddiaçı və X4 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-670/20 saylı mütəxəssis rəyindən görünür ki, JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha (faktiki 0.95 ha) torpaq sahəsinin sərhədləri və koordinatları naturada müəyyənləşdirildi. Həmin torpaq sahəsinə gedən ümumi istifadədə olan yol Şəhriyar kəndinin kompleks yerquruluşu xəritəsində (elektron xəritə materiallarında) 206 metr uzunluğunda, şimaldan 8 metr enində, cənubdan isə 9.5 metr enində nəzərdə tutulsada, sözügedən mübahisəli yol ekspertiza baxışı zamanı faktiki olaraq uzunluğu 216 metr, eni 3 metr bəzi yerdə 3.5 metr müəyyən edilmişdir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0 59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yol mövcuddur və müəyyən hissəsi zəbt edilmişdir. JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun faktiki uzunluğu 216 metr, eni isə 3.5 metrdir. Nəzərə alsaq ki, sözügedən mübahisəli yol elektron xəritə materiallarında 8 metr enində göstərilmiş və əvvəlki vəziyyətinə qaytarılması üçün sağdan 2 metr, soldan 2 metr geri çəkilməlidir. Yəni cavabdehlər Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr həmin yola müdaxilə olunmuşdur. JN-267B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun müəyyən hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1159 saylı Ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0-59 na (faktiki 0.95 ha) torpaq sahəsinin sərhədləri və koordinatları naturada müəyyənləşdirildi. Həmin torpaq sahəsinə gedən ümumi istifadədə olan yol Şəhriyar kəndinin kompleks yerquruluşu xəritəsində (elektron xəritə materiallarında) 206 metr uzunluğunda, şimaldan 8 metr enində, cənubdan isə 9.5 metr enində nəzərdə tutulsada, sözügedən mübahisəli yol ekspertiza baxışı zamanı faktiki olaraq uzunluğu 216 metr, eni 3 metr bəzi yerdə 3.5 metr müəyyən edilmişdir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Qərardadın ikinci sualı üzrə: JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yol mövcuddur və müəyyən hissəsi zəbt edilmişdir. Qərardadın üçüncü sualı üzrə: JN-267B, KOD 90903018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun faktiki uzunluğu 216 metr, eni isə 3.5 metrdir. Nəzərə alsaq ki, sözügedən mübahisəli yol elektron xəritə materiallarında 8 metr enində göstərilmiş və əvvəlki vəziyyətinə qaytarılması üçün sağdan 2 metr, soldan 2 metr geri çəkilməlidir. Yəni cavabdehlər Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr həmin yola müdaxilə olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: JN-267B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.59 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun müəyyən hissəsi cavabdehler Cavabdeh1 və X5 tərəfindən zəbt edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1159 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-267B, KOD 90903018 nömrəli Şəhadətnaməyə əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0.59 ha torpaq sahəsinə gedən yola cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən müdaxilə edilməsi ekspert rəyi üzrə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-267B, KOD 90903018 nömrəli Şəhadətnamə əsasında iddiaçının digər şəxslərlə birgə mülkiyyəti hesab edilən Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0.59 ha torpaq sahəsi üzrə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr müdaxilə olunmuş hissəsi açılaraq yolun əvvəlki vəziyyəti bərpa edilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir ki, iddia tələbi yolun açılmasına münasibətdə təmin edildiyindən, ekspertiza tədqiqatının dəyərindən 25 manatı Cavabdeh2, 25 manatı Cavabdeh1 tutularaq X2 hesabına ödənilməli, iddiaçının ödənilmiş dövlət rüsumu ilə bağlı tələbi mövcud olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-267B, KOD 90903018 nömrəli Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Sabirabad rayonu, Şəhriyar kəndində yerləşən 0.59 ha torpaq sahəsi üzrə gediş-gəliş yolunun cavabdehlər Cavabdeh2 tərəfindən sağdan 2 metr və Cavabdeh1 tərəfindən isə soldan 2 metr hissəsi açılaraq yolun əvvəlki vəziyyəti bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat vəsaitin 25 manatı Cavabdeh2 və 24 manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE**********0002088501, KOD 210005; X1, VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1840/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1840/2025
01.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver