Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1892/2025 30.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı “ümumi istifadədə olan və özbaşına tutulmuş giriş-çıxış yolunun açılması, mülkiyyət hüququndan təyinatı üzrə maneəsiz istifadənin təmin edilməsi məqsədi ilə torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən giriş-çıxış yolunun açılaraq bərpa edilməsinin cavabdehə məcbur edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı “ümumi istifadədə olan və özbaşına tutulmuş giriş-çıxış yolunun açılması, mülkiyyət hüququndan təyinatı üzrə maneəsiz istifadənin təmin edilməsi məqsədi ilə torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən giriş-çıxış yolunun açılaraq bərpa edilməsinin cavabdehə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı pretenziya qaydasında riayət etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçılar 2022-ci ildə cavabdehə qarşı analoji iddia ilə atalarının məhkəməyə müraciət etdiyini, atalarının vəfat etdiyini, buna görə işin baxılmamış saxlanıldığını iddia ərizəsində göstərsələr də, hazırki iddia ərizəsinə atalarının vərəsələri olaraq tanınmaları ilə bağlı müvafiq sənədi əlavə etməmiş, həmçinin tələb mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğu halda giriş-çıxış yolunun açılmasının tələb edildiyi daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar hər hansı sənədi əlavə etməmişdir. İzah edilməlidir ki, hazıki tələblə məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq notariat orqanına müraciət edilərək vərəsəlik haqqında şəhadətnamə əldə edilməli, bundan sonra həmin sənəd əsasında müvafiq daşınmaz əmlakın dövlət reyestri xidmətinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar müraciət edilməli, mülkiyyət hüququ tanındıqdan sonra hazırki tələblə məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, iddiaçılar bu qaydalara riayət etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı “ümumi istifadədə olan və özbaşına tutulmuş giriş-çıxış yolunun açılması, mülkiyyət hüququndan təyinatı üzrə maneəsiz istifadənin təmin edilməsi məqsədi ilə torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən giriş-çıxış yolunun açılaraq bərpa edilməsinin cavabdehə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1892/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1892/2025
30.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver