Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1930/2023 24.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X7 iştirakı ilə, Ərizəçinın «Doğum faktının müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək qızı X4 doğum tarixinin xx.xx.2021-ci il , doğum yeri Sabirabad rayonu, Qəzli kəndinin olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, o - Ərizəçi xx.xx.2019-cu il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X9 adlı qız uşaqları anadan olmuşdur. Uşaq evdə anadan olduğundan ona doğum haqqında tibbi şəhadətnamə almaq mümkün olmamışdır. Uşaq xx.xx.2021-ci il tarixdə Qəzli kəndində evdə doğulmuşdur. X3 atası isə o, yəni Ərizəçidur. Maraqlı şəxsndə qızının doğum akt qeydi tapılmamışdır. Məhkəmə iclasında Ərizəçi məhkəməyə verdiyi izahatında ərizədə göstərilənləri təkrar edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəməyə iclasında iştirak etmiş maraqlı şəxs X11 izahatında göstərdi ki, ərizəçi ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hamiləlik dövründə onun doğum sancıları qəfil tutduğundan o, uşağı ev şəraitində dünyaya gətirmişdir. Maraqlı şəxs rəisi Elnur Ağayev məhkəməyə ərizə ilə müraciət edərək ərizə üzrə qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, ərizəçinin bacısı onun oğlunun arvadıdır və qonşuluqda yaşayırlar. Uşaq doğulan zaman uşağı tutmağa o, köməklik etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə evdə olarkən Ayselin qaynanası Məhrud onu çağırmış , gəlininin doğuş sancısının tutduğunu bildirmişdir. Həmin vaxt evdə başqa heç kim olmadığından Aysrli həkimə apara bilməmişlər. O, əriəçinin anası Məhrudla birlikdə uşağın doğulmasını həyata keçirmişlər. Aysel bir qız uşağı doğmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 eyni məzmunlu izahat verərək digər şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş: Sabirabad rayon Quruzma kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ 362197 nömrəli «Nikah haqqında şəhadətnamə»dən görünür ki, Ərizəçi ilə X6 arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 45 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada Rzayeva soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X4 doğumu haqqında tibbi şəhadətnamə olmadığı üçün doğumun qeydə alınmasından imtina edilmişdir. Ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə Ərizəçi ilə X11 xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Aysel Rzayeva uşağı ev şəraitində doğduğundan uşağa tibbi arayış alınmamışdır. Həmçinin, indiyə qədər doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Buna görə də ərizəçi məhkəmyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmanin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iş üzrə sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyi, mənsubiyyəti və mötəbərliyinə görə qiymətləndirərək, ərizəçilərin izahatını şahid ifadələrinə və onları tamamlayan işdə olan digər sübutlarla uyğun gəlməklə bir-birini tamamlamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X8 rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X5 doğulması faktı təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 339-341 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X8 rəsmi nikahlarından xx.xx.2021-ci il tarixdə X4 doğulması faktı təsdiq edilsin. Bu qətnamə X4 vətəndaş bölməsində «X9», doğum tarixi «xx.xx.2021-ci il», doğum yeri Sabirabad rayonu, Qəzli kəndi, atası «Ərizəçi», anası «X11», cinsiyyəti «qadın» yazılmaqla doğumun qeyd alınması və adına doğum haqqında şəhadətnamə yazılması üçün əsasdır. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-1930/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1930/2023
24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver