Məhkəmə qərarları › İş №2(056)-2052/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2052/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2052/2023 13.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: Maraqlı şəxs) «doğum faktının müəyyən olunması» tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs iş üzrə maraqlı şəxs olan) «doğum faktının müəyyən olunması» barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onların faktiki nikahlarından xx.xx.2023-cü ildə Sabirabad rayonunun Minbaşı kəndində anadan olmuş oğlan uşağının doğulması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 2009-cu ildə faktiki ailə qurmaqla evlənmişlər. Birgə faktiki nikahlarından xx.xx.2010-cu ildə Nuray, xx.xx.2011-ci ildə Tuncay, xx.xx.2015-ci ildə Fatimə, xx.xx.2018-ci ildə Zeynəb və xx.xx.2023-cü ildə Anar adlı beş nəfər uşaqları doğulmuşdur. Nuray, Tuncay, Fatimə və Zeynəb adlı uşaqların doğumuna dair 103 saylı doğum haqqında tibbi şəhadətnamə olduğundan onların doğumlarını Maraqlı şəxs tərəfindən qeydə alınaraq onlara doğum haqqında şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətamələr almışlar. xx.xx.2023-cü il tarixdə anadan olmuş Anar adlı uşaqları ev şəraitində doğulduğu üçün uşağa heç bir sənəd ala bilməmişlər. Həmin səbəblərə görə uşağa doğum haqqında şəhadətnamə almamışlar. Göstərilən səbəbdən faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Faktın təsdiqi onlara Anar adlı uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsini müdafiə edərək bildirdilər ki, xx.xx.20233-cü ildə onların Anar adlı uşağı ev şəraitində doğulmuş, uşaq ev şəraitində doğulduğundan uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış xx.xx.2023-ci il tarixli 3-165/6-480/2023 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi2 və Ərizəçi1 ərizəsinin təmin edilməsinə etirazları yoxdur. Onların iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad rayonu Minbaşı kənd T.M. tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 xx.xx.2023-cü il tarixdə öz evində oğlan uşağı doğmuşdur. Həmin uşaq hal-hazırda sağ-salamatdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydən görünür ki, əsas olmadığı üçün Ərizəçi1 xx.xx.2023-cü ildə doğulmuş oğlan uşağına doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ərizəçi2 onun qayınıdır. Həqiqətən də qayının arvadı Zümrüd Sabirabad rayonu Minabşı kəndində yerləşən evlərində gecə saatlarında oğlan uşağı doğmuşdur. O, həmin gün uşağın doğulmasını eşidirək Zümrüdgilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Ərizəçi2 onun qardaşı, digər ərizəçi Zümrüd isə qardaşı Ramalın arvadıdır. Onların xx.xx.2023-cü il tarixdə Anar adlı oğlan uşağı dünyaya gəlmişdir. Uşaq qardaşıgilin Minbaşı kəndində yerləşən evində gecə saatlarında doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi2 onun qardaşının oğludur. Həqiqətən də X8 adlı uşaqları ev şəraitində doğulmuşdur. O, bundan xəbər tutaraq səhəri gün onların Minbaşı kəndində yerləşən evlərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçilər onun qonşularıdır. O, pavilyonda təndirdə çörək bişirən işləyir. Uşaq doğulan günü eşidərək Zümrüdgilin evinə getmiş, o, çatanda uşaq artıq doğulmuş və anası göbəyini kəsmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrAnar qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndAnaryi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilmAnardir. Məhkəmə hesab edir ki, Ərizəçi1 xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Minbaşı kəndində Anar adlı oğlan uşağı doğmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər izahatlarında uşağına dair doğum haqqında şəhadətnamənin valideynlik hüquqlarının həyata keçirməsi məqsədilə lazım olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 düzgün olaraq məhkəməyə müraciət etmiş və Ərizəçi1 xx.xx.2023cü il tarixdə Anar adlı uşağı doğması faktı müəyyən olunmalıdır. Qeyd edilənləri və Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Minbaşı kəndində Anar adlı uşağı doğması faktı müəyyən edilsin. Hazırkı qətnamə Maraqlı şəxs tərəfindən doğumun qeydə alınması və müvafiq məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin Anar adlı uşağa verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar