Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2064/2025 03.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2845,65 manat məbləğində pulun və ödənilmiş 49 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, onunla borclana Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 22L000001767 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, borcalana veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 22R000007062 saylı kredit razılaşmasına əsasən aylıq 2,25% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə kreditor "xxxx" QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit razılaşmasının şərtlərinə görə borcalan krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə kreditora 2848,72 manat əsas kredit borcu, 1928,50 manat faiz borcu, 4073,86 manat cərimə, cəmi 8851,08 manat borcu yaranmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3282/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı bərabər qaydada 4977,22 manat pulun və 16,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar "xxxx" QSC-nin hesabına ödənilməsi qət edilmişdir. O, X1 Əliləmbəyli poçt şöbəsinin müdiri vəzifəsində çalışdığı 2019-2023-cü illər ərzində sözügedən məhkəmə qətnaməsi icra edilərək onun əmək haqqından tutulmalar aparılmışdır. Çalışdığı müddət ərzində Sabirabad rayon İcra və Probasiya şöbəsi xx.xx.2025-ci il tarixədək 2845,65 manat pul vəsaitini əmək haqqından tutmuşdur. Hazırda "xxxx" QSC qarşısında borclu Cavabdeh götürmüş olduğu öhdəlik onun tərəfindən icra edildiyindən xzamin kimi Cavabdeh pulun ödənilməsini tələb etmişdir. Lakin Cavabdeh onun əvəzinə ödədiyi pulu ödəməkdən yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)- 3282/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı bərabər qaydada cəmi 4977,22 manat pulun və 16,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə verilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin məzmunundan görünür ki, hazırki İddiaçı zamin statusunda olmuşdur. Məhəkəməyə təqdim edilmiş Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı verilmiş 355339/2017-19-10 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3282/2017 saylı qətnaməsi icra sənədi üzrə sizin pensiyanızdan xx.xx.2025-ci il tarixə kimi 1461,49 manat, əmək haqqınızdan isə 1180,81 manat, ümumilikdə 2642,30 manat məbləğində pul tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Hazırda yuxarıda göstərilən icra sənədi üzrə pensiyanızdan tutulma davam etdirilməkdədir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "xxxx" QSC Cavabdeh ilə kredit xətti və kredit razılaşması, İddiaçı ilə isə Cavabdeh ilə bağlanmış müqavilənin icrasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün "xxxx" QSC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3282/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı bərabər qaydada cəmi 4977,22 manat pulun və 16,86 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə verilməsi qət edilmişdir. Bundan sonra zamin olmuş borclu İddiaçı əmək haqqı və pensiyasından tutulmalar həyata keçirilərək ümumilikdə İddiaçı 2642,30 manat məbləğində pul tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. İddiaçı hazırda reqres qaydada tələb hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd edilən normalar kontekstində məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh iddiaçının pensiya və əmək haqqından tutulmaların həyata keçirilməsindən məlumaltı olduğundan, o, kreditora qarşı olan etiraz hüququndan istifadə edib hazırki iddiaçıya qarşı öhdəliyin icrası ilə əlaqədar hər hansı etiraz ünvanlamadığından, hazırki iddiaçı tərəfindən də zamini olduğu öhdəlik üzrə ümumilikdə 2642,30 manat məbləğində "xxxx" QSC-nin hesabına ödənişlər həyata keçirildiyindən iddia tələbi əsas hissədə qismən, yəni həyata keçriilmiş ödənişlər həcmində əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2642,30 manat "xxxx" QSC-nin hesabına zamin qismində İddiaçı ödədiyi pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 2682,30 (iki min altı yüz səksən iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2064/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2064/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver