Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2180/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İdiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı «nikahın pozulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə 26 fevral 2024cü il tarixdə Sabirabad rayon Azadakənd kənd icra numayəndəliyində bağlanmış 02 saylı rəsmi nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, cavabdeh X3 ilə rəsmi nikaha girmiş, nikahları Sabirabad rayon Azadakənd kənd icra numayəndəliyində 02 sayla qeydə alınmışdır. Rəsmi nikah bağlasalar da toy etməmiş, cavabdeh X1 evinə gəlin köçməmişdir.Nişan mərasimində rəsmi nikah bağlasalar da, bir neçə ay sonra münasibətləri kəskin şəkildə pisləşdiyindən toy mərasimi baş tutmamışdır. Rəsmi nikahın pozulması ilə bağlı cavabdehlə razılığa gəlmək istəsə də, o, razılıq vermədiyindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək iddianı müdafiə etdiklərini, tərəflərə məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilsə də hazırda cavabdehlə barışmadıqlarını, buna görə də nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 ilə İddiaçı arasında Sabirabad rayonu, Azadakənd kənd icra nümayəndəliyində xx.xx.2024-cü il tarixdə rəsmi nikah bağlanmış və akt qeydi kitabında 02 nörmə ilə qeyd edilmişdir. Ərə Gülmalıyev, arvada Məmmədova soyadları verilmişdir. Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli «Nikahın pozulmasının qeydə alınmasından imtina etmək barədə rəydən» görünür ki, İddiaçı nikahın pozulmasından ötrü qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin əri X1 nikahın pozulması üçün qeydiyyat şöbəsinə könüllü müraciət etməməsi səbəbindən nikahın pozulmasının qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iddia ərizəsini, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Azadakənd kənd icra numayəndəliyində rəsmi nikah bağlamış və nikahları 02 sayla qeydə alınmışdır. Tərəflərə barışıq üçün 3 ay vaxt verislə də, tərəflər barışmamış hazırda iddiaçı nikahın pozulmasında israrlıdır və iddiasının təmin olunmasını xahiş edir. Digər tərəfdən hazırda onların ayrı yaşadıqlarını və birgə təsərrüfat aparmadıqlarını nəzərə alaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə asaən Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə X3 arasında bağlanmış nikah pozulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 ilə İddiaçı arasında 26 fevral 2024-cü il tarixdə Sabirabad rayon Azadakənd kənd icra numayəndəliyində bağlanmış 02 saylı qeydə alınmış nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-2180/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2180/2025
08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver