Məhkəmə qərarları › İş №2(056)-22/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-22/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-22/2025 08.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Şıxsalahlı kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 11-ci kvartalının 4-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 2 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaq sahərinin təyinatından kənar istifadə balan yoxlanılarkən Sabirabad rayonu, Şıxsalahlı kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 4 saylı meşə dolayının 11-ci kvartalında 2 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərüfatı məhsulları əkmişdir. Həmin fakt əsasında Seidağa Rəhimzadə, Əhəd Möhbalıyev, Şamo Həsənov və Seymur Əmiraslanovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-N-118-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Sabirabad rayonu, Şıxsalahlı kənd sakini Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-N-118-3/2023 nömrəli məktubun surətindən görünür ki, İddiaçı nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin 4 saylı meşə dolayının 11-ci kvartalına keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə 2 ha torpaq sahəsi tərəfindən zəbt edilərək qeyri qanuni istifadə olunur. Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 188-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, 188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına nasarlaına, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, zəbt etdiyi 2 ha torpaq sahəsinin könülü olaraq boşaldımasını və əvvəlki vəziyyətə gətirilməsini təmin etməsi tələb olunmuşdur. İş materiallarında olan sxemdən görünür ki, Sabirabad rayonu, Şıxsalahlı kənd sakini Nərimanov X1 meşəbəyliyinin 11-ci kvartalının 4-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 2 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkmişdir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Sabirabad meşəbəyliyinin 11-ci kvartalının 4-cü dolayında 2 ha torpaq sahəsinin cavabdehin və ya hər hansı üçüncü şəxslərin istifadəsinə verilməsi barədə sənəd və ya icazə olmadığı halda, cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilərək, torpaq sahəsini zəbt edərək, torpağın qanuni sahibi olan İddiaçına torpaqdan istifadə etməsinə maneçilik və məhdudiyyətlər yaratmış və bununla da onların torpağa olan mülkiyyət, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş iddia tələbinə dair öz etiraz və mülahizəsini bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə etdiyi və iddiaçının bu müdaxiləni aradan qaldırmaqla boşaldılmasını tələb etdiyi Sabirabad meşəbəyliyinin 11-ci kvartalının 4-cü dolayında 2 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə və istifadəsinə verildiyi və torpaq üzərindəki həmin hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alındığı üçün, iddiaçı torpağın qanuni mülkiyyətçiləri və sahibləri kimi, həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair hüquqlar cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı torpağın qanuni mülkiyyətçiləri, sahibi və istifadəçiləri kimi, əmlaklarına qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, cavabdehin onun torpaq sahəsinə dair hər hansı hüquqlarının olmaması hesab edilməsini və cavabdehin torpaq sahəsindən çıxarılmasını, cavabdehin hərəkətlərinin hər hansı bir qanuni əsası olmadığından və onun həmin torpaq sahəsinə müdaxiləsi özbaşına olduğundan, həmin özbaşınalığa son qoyulmasının iddiaçı tərəfindən tələb edilməsi əsaslı və qanuni hesab olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad rayon Şıxsalahlı kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 11-ci kvartalının 4-cü dolayında özbaşına tutduğu (zəbt etdiyi) 2 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar