Məhkəmə qərarları › İş №2(056)-2239/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2239/2025

20.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2239/2025 20.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı hərrac nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Quruzma Bələdiyyəsinin xüsusi mülkiyyətində olan 19,7 ha örüş otlaq sahəsinin qiymətləndirilərək hərraca çıxarılması üçün verilmiş qərar əsasında 03 may 2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

2. Məhkəmə iclasında iştirak edən iddiaçı işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi.

3. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

5. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir.

6. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

7. İş üzrə Cavabdehdır. 8.Cavabdeh hüquqi ünvanı Şirvan şəhəri, İstiqlaliyyat prospekti 14 ünvanıdır. 9.Göründüyü kimi, cavabdehin rəsmi qeydə alındığı yer Sabirabad rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.

10. Odur ki, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə göndərilməli, aidiyyəti məhkəmə olaraq əsas tələblərə cavab verməli olanCavabdeh qeydiyyat yeri üzrə məhkəmə seçilməli, mülki iş baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 32.5, 36.2, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehna qarşı hərrac nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar