Məhkəmə qərarları › İş №2(056)-23/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-23/2025

14.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-23/2025 14.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə mülki işə xx.xx.2025ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********32; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2015-ci il) Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə ona (iddiaçıya) məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha. torpaq sahəsinin 378.0 kv.m. (60 m. uzunluğunda və 6.3 m. enində) hissəsindən Cavabdeh çıxarılması, həmin hissədən hər hansı formada istifadənin cavabdehə qadağan edilməsi və həmin hissənin boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu, Moranlı kəndində onun mülkiyyətində 0,4611 ha. həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmağı DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınaraq qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Çıxarışa əlavə edilən Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin kordinatları qeyd edilmişdir. Cavabdeh 2023-cü ilin noyabr ayında həyətyanı sahəsinin hasar-çəpərini özbaşına olaraq uçuraraq, həyətyanı sahəsində olan 75 ədəd küknar ağacını kəsərək, 10 ədəd söyüd ağacını yandıraraq uzunluğu 57 metr, eni 6 metr ölçüdə həyətyanı sahəsinin 3,42 sot hissəsini zəbt edərək özünə qeyri qanuni yol açmışdır. Həmçinin hasarın sökülməsi nəticəsində kənd caamatının heyvanları həyətinə girərək həyətyanı sahədə olan bütün meyvə ağaclarını məhv edərək ona külli miqdarda ziyan vurmuşdur. Dəymiş zərər barədə ayrıca iddia qaldıracağdır. Müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində baxış keçirilərək xx.xx.2024-cü il tarixdə AKT tərtib etmişlər. Baxışda cavabdeh də iştirak etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh faktikİ istifadəsində 0.90 ha. həyətyanı sahə vardır. Həmin həyətyanı sahənin 0.78 ha. hissəsi qanunidir, qalan 0.12 ha. hissəsi isə zəbt torpaq sahəsidir. Həmçinin 0.12 ha. zəbt hissədə qanunsuz fərdi yaŞayış evi tikmişdir. Həmçinin qanunsuz olaraq zəbt olunan hissədə tikdiyi fərdi yaşayış evinin gediş gəliş yolu isə ona aid həyətyanı sahəyə aid torpaqdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidməti tərəfindən müraciəti ilə bağlı ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3/2-1765/2024 saylı müraciətə baxılması barədə məktubda qeyd olunur ki, Cavabdeh faktiki istifadəsində 0.90 ha. həyətyanı sahə vardır. Həmin həyətyanı sahənin 0.78 ha hissəsi qanunidir, qalan 0.12 ha hissəsi isə əvvəldən zəbt edilmiş torpaq sahəsidir. Həmçinin zəbt edilmiş 0.12 ha həyətyanı sahədə fərdi yaşayış evi tikmişdir. Zəbt olunan hissədə tikdiyi fərdi yaşayış evinin gediş gəliş yolu isə ona aid həyətyanı sahəyə aid torpaqdır. Cavabdeh ona aid həyətyanı torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarını pozur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində o, mülkiyyətində olan həyətyanı sahədən təyinatı üzrə istifadə edə bilmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edib, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu və onun tərəfindən heç kimin torpaq sahəsinin zəbt olunmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********32; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2015-ci il) Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.4611 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-38/2- 3134/2024 saylı mütəxəssis rəyində və ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/8672 saylı ekspert rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi- **********32, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi- xx.xx.2015-ci il) Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha torpaq sahəsinin sərhədləri və ölçüləri naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmış yerquruluşu planında əks olunmuşdur. İddiaçının zəbt olunması istinad etdiyi və boşaldılmasını tələb etdiyi torpaq sahəsi, həmçinin çəpərin uçuraraq yol kimi istifadə olunan mübahisəli torpaq sahəsi 378.0 kv.m (60 m*6.3m) olmaqla İddiaçı məxsusdur. Yəni zəbt edilən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha torpaq sahəsinin sərhədləri (hüdudları) daxilindədir və Cavabdeh faktiki istifadəsindədir. Həmçinin Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə gedən su arxının bir hissəsini dolduraraq zəbt etmişdir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçının zəbt olunması istinad etdiyi və boşaldılmasını tələb etdiyi torpaq sahəsi, həmçinin çəpərin uçuraraq yol kimi istifadə olunan mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi- **********32, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixixx.xx.2015-ci il) Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus 0.4611 ha torpaq sahəsinin sərhədləri hüdudlarında (daxilində) yerləşir. İddiaçının zəbt olunması istinad etdiyi və boşaldılmasını tələb etdiyi torpaq sahəsi, həmçinin çəpərin uçuraraq yol kimi istifadə olunan mübahisəli torpaq sahəsi İddiaçı məxsus 0.4611 ha torpaq sahəsinin bir hissəsidir (378.0 kv.m və ya 60m uzunluğunda, 6.3m enində) və torpağın zəbt olunan mübahisəli hissənin sərhədləri, həcmi və ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında da əks olunmuşdur. İddiaçının zəbt olunması istinad etdiyi və boşaldılmasını tələb etdiyi torpaq sahəsi, həmçinin çəpərin uçuraraq yol kimi istifadə olunan mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yola (torpaq sahəsinə) aid deyil. İddiaçının boşaldılması tələb etdiyi mübahisəli torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********32; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2015-ci il) Çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha. pay torpaq sahəsinin 378.0 kv.m. (60 m. uzunluğunda və 6.3 m. enində) hissəsinin cavabdehin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçinin razılığı olmadığı halda, həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edilir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, boşaldılması tələb olunan mübahisəli 378.0 kv.m. (60 m. uzunluğunda və 6.3 m. enində) torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrdən (reyestr nömrəsi: **********32; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2015-ci il) Çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha. pay torpaq sahəsinin bir hissəsi olduğu üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə bu hüququnu həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüququ müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin boşaldaraq iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.4611 ha. pay torpaq sahəsinin 378.0 kv.m. (60 m. uzunluğunda və 6.3 m. enində) hissəsindən Cavabdeh çıxarılaraq, həmin hissədən hər hansı formada istifadə olunması ona qadağan edilməli və həmin hissənin boşaldaraq iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə MPM-nin 119.1-ci və 124.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin edildiyi halda, məhkəmə xərcləri (ekspertizanın dəyəri və dövlət rüsumunun əvəzi) cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********32; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2015-ci il) Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.4611 ha. torpaq sahəsinin 378.0 kv.m. (60 m. uzunluğunda və 6.3 m. enində) hissəsindən Cavabdeh çıxarılsın, həmin hissədən hər hansı formada istifadə cavabdehə qadağan edilsin və həmin hissənin boşaldaraq iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/8672 saylı məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 AZN Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar