Məhkəmə qərarları › İş №2(056)-2317/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2317/2024

30.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2317/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 iştirakları ilə İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı «Əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: ƏRİZƏNİN MAHİYYƏTİ: İddiaçı cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı «Əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X7 tərəfindən qəbul edilmiş 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı xahişini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdnində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra xx.xx.2010-cu il tarixdən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daim məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X7 tərəfindən 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrlə razı deyildir. Bu səbəbdən əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış günlərin əmək haqqı ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təhsil sahəsində dövlətin vəzifələri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru Sertifikatlaşdırma aparılmalıdır. O, X4 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri Sabirabad rayon məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətinin olmaması barədə tibb müəssiaəsi tərəfindən ******* nömrəli müvəqqəti işdən azad edilməsi barədə vərəqə təhsil müəssisəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi səhhəti ilə əlaqədar üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Beləliklə, bütün qeyd edilən normativ hüquqi faktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, cavabdeh tərəfindən verilmiş əsasız əmr ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında İddiaçı məhkəməyə verdiyi izahatında ərizədə göstərilənləri təkrar edərək və azyaşlı övladlarını təkbaşına böyüdən kişi olmasının xüsusi nəzərə alınmalı olmasını vurğulayaraq tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh qismində dindirilmiş Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X7 izahatında göstərdi ki, Mil- Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru vəzifəsində işləyir. Belə ki, İddiaçı sertifikatlaşdırmada iştirak etmədiyi üçün Sabirabad rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən ona göstəriş verilərək İddiaçı işinə xitam verilməsini bildirmişlər. O, məhkəmə qətnaməsi olduğunu, həmin qətnamədə İddiaçı himayəsində azyaşlı uşaqlar olmasının əksini tapdığını, azyaşlı uşaqlarını təkbaşına böyüdən ata olduğuna görə Kazımın sertifikatlaşdırmadan azad olunduğunu, buna görə onun işdən azad edilməsinin qanunsuz olduğunu bildirsə də, ondan müvafiq əmrin verilməsini tələb etmişlər. Bundan sonra o, məcbur olub İddiaçı işdən azad edilməsi ilə bağlı müvafiq əmr imzalamışdır. Hazırda da bildirir ki, qəbul etdiyi əmr əsassız və qanunsuzdur. Ona görə də o, hazırda iddianın təmin olunmasına etiraz etmir və İddiaçı işə bərpasına razıdır. İŞ ÜZƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: Ərizəyə əlavə olunmuş: Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli, 43 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "Sabirabad rayonu üzrə təhsil sektoru/Nizamikənd kənd M Məmmədov adına tam orta məktəb" bölməsində "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsində işləyən KAZİM CƏBRAYİLOV AGAMİKAYİL OĞLU ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, ƏM-nin 70."c“ - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbule edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1526/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, qətnamənin əsaslandırıcı hissəsində əksini tapmış MŞS/MT- 023/2024-00204 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, tərəflər nikahın pozulması barədə razılığa gələrək öhdəlik götürdülər, ikinci tərəf X4 həmin nikahdan dünyaya gəlmiş iki azyaşlı övladlarının birinci tərəf İddiaçı himayəsində qalmasına razılıq verərək öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X1 nə indi, nə də bundan sonra uşaqların saxlanması üçün aliment tələb etməməyi öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X2 hər ayın istənilən günləri iki azyaşlı övladları ilə görüşüb ünsiyyət qurmalarına razılıq verərək öhdəlik götürdü. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1526/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında Şamaxı rayonu Quşçu KİN tərəfindən xx.xx.2006-cı il tarixdə qeydə alınmış 30 saylı nikah qeydinin pozulması qət edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli, 43 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, "Sabirabad rayonu üzrə təhsil sektoru/Nizamikənd kənd M.Məmmədov adına tam orta məktəb" bölməsində "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsində işləyən KAZİM CƏBRAYİLOV AGAMİKAYİL OĞLU ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, ƏM-nin 70."c“ - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuleciildikdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi göstərilmişdir. Halbuki, bu əmr Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsi ziddiyyət təşkil etmişdir. Belə ki, qeyd edilən normanın tələbinə görə, uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Yuxarıda göstərilmiş qətnamənin məzmunundan da görünür ki, hazırki iddiaçı ilə arvadı arvadı arasında olan nikah müvafiq əmrin verilməsindən əvvəl məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin razılaşması ilə onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (İddiaçı) himayəsində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaşlıq hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 35-ci maddəsinin İİ hissəsinə əsasən isə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Göründüyü kimi, İddiaçı işdən azad olunması haqqında olan Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli 43 № -li əmrində həmin əmrin verilməsi üçün əsas kimi göstərilmiş serfikatlaşdırmadan keçməməsi əsassızdır. İddiaçı onun işdən azad edilməsi barədə olan Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli 43 № -li əmrinin ləğv edilməsi ilə yanaşı, onun işə bərpa edilməklə bərabər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Həmin Məcəllənin qeyd hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsindən azad olunması barədə olan -Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli 43 № -li əmri əsassız və qanunsuz olduğundan ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "Azərbaycan dili və Ədəbiyyatı müəllimi" vəzifəsindən azad olunması barədə olan Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru X3 xx.xx.2024-cü il tarixli 43 № -li əmri ləğv edilsin. İddiaçı həmin məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar