Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2377/2024 14.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinə qarşı «ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabirabad şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinə qarşı «ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia qaldıraraq Sabirabad rayon M.Müşviq adına 4 nömrəli tam orta məktəbi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 70 saylı əmrin ləğv edilərək onun əvvəlki işinə təsərrüfat müdri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 dekabr 2018-ci il tarixdən Sabirabad rayon, M.Müşviq adına tam orta məktəbin təsərrüfat müdürü vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozdııqdalmənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, işlədiyi müddət ərzində bir işçi kimi üzərimə düşən vəzifələri layiqincə yerinə yetirərək müdriyyət tərəfindən heç bir irad töhmət almamışdır. Artıq 6 idir ki, o, bu orta məktəbdə çalışmışdır. Bu səbəbdən də onunla 4 saylı tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə 4 saylı tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məktəbin direktor səlahiyyətlərini müvəqqəti əvəz edən Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrini qanunsuz və əsassız hesab edir. Hesab edir ki, aşağıda qeyd edəcəyi səbəblərə görə həmin əmr ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə də mənə əmək haqqı ödənilməlidir. Belə ki, o, 06 dekabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sabirabad rayon Mərkəzi Xəstəxanasında TTTYS tərəfindən “Mədə bağırsaq disfunksiyası” diqnozu əsasında tibbi yardım göstərilməklə ev şəraitində müalicə almışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, o, əmr barədə əmrin qəbul edilməsindən 7 gün sonra xəbər tutmuş, bundan sonra aldığı hüquqi məsləhətə uyğun olaraq iddiasını hazırlatdırıb baxılması üçün Şirvan İnzibati Məhkəməsinə təqdim etmiş, orada iş uzun müddət icraatda olmuş, xeyli müddətdən sonra işinə inzibati məhkəmədə deyil, müvafiq rayon məhkəməsində baxılmalı olması bildirilmiş, bundan sonra o, iddia tələbi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsi tərəfindən mediasiya prosesindən keçmədən iddianın məhkəməyə təqdim edilməsi əsası ilə geri qaytarılmış, bundan sonra o, mediasiyadan keçmiş və yenidən iddia tələbi ilə Sabirabad rayon məhkəməsinə müraciət etmişdir. Hazırda o, iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh Sabirabad şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı yaxşı adam kimi tanımışdır. İçki içməsini görməmişdir. İddiaçı məktəbə yaxın evdə yaşayır. Pis adam olmayıb. Camaat danışır ki, şər atıb işdən çıxarılmışdır. Həmin günü heç məktəbdə olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 30 ildir ki, Seçki Komissiyasında işləyir. Seçki dövrü rəhbər vəzifəsində işləmişdir. Elman seçki zamanı ona çox kömək etmişdir. Ona böhtan atılmışdır. Onu içki içən görməmişdir. Humanist adam olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş ИТ-İ №1881589 əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 86/2 nömrəli əmrə əsasən Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə vakantda olan Təsərrüfat müdiri vəzifəsinə verdiyi ərizəsinə 12 saylı ƏMHM-in Sabirabad RTS-in razılığına əsasən xx.xx.2018-ci ildən təyin olunmuş və həmin tarixdən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş ИТ-İ №1881589 əmək kitabçasının surətindən görünür ki, Məktəbin təsərrüfat müdiri X2 - Əmək funksiyasını yerinən yetirməyərək , əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 13 dekabr 2023 cü il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəb üzrə 13 dekabr 2023 cü il tarixli 70 nömrəli əmrdən ÇİXARİŞdan görünür ki, Məktəbin təsərrüfat müdiri X2 - Əmək funksiyasını yerinən yetirməyərək , əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 13 dekabr 2023-cü il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilsin. Əsas : Sabirabad şəhər M.müşfiq adına 4 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin 12 dekabr 2023 cü il tarixli qərarı və ƏM-nin 70-ci maddənin "ç" bəndi. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbdə vakantda olan Təsərrüfat müdiri vəzifəsi kimi fəaliyyət göstərmiş, Sabirabad şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinin direktor müavini Cavabdeh rəisi ilə bağladığı fərdi əmək müqavilələrinə əsasən isə xx.xx.2018-ci il tarixdən həmin vəzifəsində işləmişdir. Sabirabad şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinin direktor müavini Cavabdeh xx.xx.2023-cü il tarixli, 70 saylı əmri ilə Məktəbin təsərrüfat müdiri X2 - Əmək funksiyasını yerinə yetirməyərək, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün 13 dekabr 2023 cü il tarixində Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının özünün işdən çıxarılmasını 13 dekabr 2023-cü il tarixdə bilməsi,əmrin surətini təxminən əmrin qəbul edilməsindən bir həftə sonra əldə etməsi özünün izahatı ilə təsdiqini tapmışdır. İddiaçı tərəfindən əmrin surəti 2023-cü ilin dekabrında qəbul edilmiş olsa da, İddiaçı əmrin əldə edilməsindən bir ay müddətində deyil, uzuzn müddət sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. «Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1993-cü il 23 dekabr tarixli 5 saylı qərarının 12-ci bəndinə əsasən, işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Əgər məhkəmə işin materiallarını hərtərəfli tədqiq etdikdən sonra iddia ilə müraciət etmə müddətinin üzrsüz səbəbdən ötürüldüyünü müəyyənləşdirərsə, iddianı rədd edir. Göründüyü kimi, iddiaçı Bunyadov X1 şəhəri, M.Müşviq adına 4 nömrəli tam orta məktəbinin direktor müavini Cavabdeh 13 dekabr 2023-cü il tarixli, 70 nömrəli əmri ilə işdən azad olunsa da, hər hansı üzrlü səbəblər olmadan qanunla müəyyən olunmuş bir aylıq müddəti ötürmüş və müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2377/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2377/2024
14.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver