Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2556/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə vəfat etmiş X3 onun nənəsi, yəni atasının anası olması qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1957-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. X5, anası isə X13 olmuşdur. Ata nənəsi X4r. Ata nənəsi X7 xx.xx.1976-cı ildə vəfat etmişdir. Onun atasının doğum haqqında şəhadətnəməsi yoxdur. Odur ki, hazırda rəsmi olaraq X3 onun ata nənəsi olmasını müəyyən etmək mümkün olmur. Ev barədə atasının adına olan reyestrdən çıxarışda nənəsi X7 və atası Məmmədov Hac ağa Xələf oğlu daxil 2 nəfərin adı vardır. Atasının doğum haqqında şəhadətnaməsi itdiyindən notarius tərəfindən ona vərəsəlik barədə şəhadətnamə verilməsi mümkün olmamışdır. O, atasının yeganə vərəsəsidir. Atası, anası və nənəsi vəfat etdiyindən vərəsəlik qaydasında evi adına rəsmiləşdirməkdən ötrü notariat kontoruna müraciət edərkən qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti ortaya çıxmışdır. Faktın təsdiqi ona vərəsəlik hüququnun tanınması üçün zəruridir. TƏRƏFİN İZAHATİ: Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun dayısı oğludur. Hacağa onun dayısı olmuşdur. Əzizbəyim nənəsidir. Anasının anası olmuşdur. 1898-ci ildə Qalaqayın kəndində anadan olmuşdur. Səhv etmirsə 1975-ci ildə xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, ərizəçi onun dayısı oğludur. Hacağa onun dayısı olmuşdur. Əzizbəyim nənəsidir. Nənəsi dayısı Hacağa ilə birgə yaşamışlar. O, nənəsi öləndə uşaq olmuşdur. Tarixi yadında qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ 133908 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X2 şəhərində kəskin sol mədəcəyin çatışmaması səbəbindən xx.xx.1994-cü ildə ölmüşdür. Bu barədə xx.xx.1994-cü il kitabın 126 saylı səhifəsində qeydiyyat aparılmışdır. 16 iyul 1953-cü il tarixli «Evlənmək haqqında şəhadətnamə»nin surətindən görünür ki, X18 ilə X16 xx.xx.1953-cü il tarixdə rəsmi nikaha girərək evlənmişlər və arvada Mamedova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydi xx.xx.1953-cü il tarixli, 59 nömrə ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə hüququ rəsmiləşdiriən şəxs X9 mülkiyyətinə verilmiş fərdi yaşayış evinə dair ünvan 1 ünvanda yerləşən 37.6 kv.metr olan və yaşayış məntəqələrinin torpaqları hissəsində 0.1518 ha torpaq sahəsi hüquqi sahibinin adı Məmmədov Hacağa və X3 adına ümumi birgə mülkiyyətinə verilmiş və xx.xx.2024-cü il tarixli, ********** sayla qeydiyyata alınmışdır. Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi ünvanlanmış 09 sentyabr 2024-cü il tarixli, 2201 nömrəli məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, X3 oğlu X8 doğumu haqqında şəhadətnaməsi olmalı halda yoxdur. Notariat haqqında qanunun 59-cu maddəsində göstərilir ki, “Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. ” Odur ki, hazırki vəziyyətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanuna ziddir. Buna görə də tövsiyə olunmuşdur ki, vərəsəlik işi ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi göstərilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 03-16-5/4-2041-24 saylı arayışdan görünür ki, X7 xx.xx.1976-cı ildə xərçəng intoksikasiyası səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında xx.xx.1977-ci il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/4-2042-24 saylı arayışdan görünür ki, X7 barəsində Sabirabad rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamış və arxiv məlumatları 1949-cu ilə qədər Sabirabad rayon qeydiyyat şöbəsində saxlanılmır. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 05/09İS/061265-24 saylı arayışdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, qeyd: Ərizəçi xx.xx.2015-ci il tarixədək subay olmuşdur. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/4-2040-24 saylı arayışdan görünür ki, X3 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə xx.xx.1976-cı ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyta informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışş və X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 296350 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X1 şəhərində beyin infarktı, hipertenziya səbəbindən xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə xx.xx.2008-ci il kitabın 74 saylı səhifəsində qeydiyyat aparılmışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmə araşdırma zamanı müəyyən olundu ki, xx.xx.1976-cı ildə vəfat etmiş X7 həqiqətən də Ərizəçi nənəsi, yəni atasının anası olmuşdur. Bu fakt ərizəçinin yaxın qohumları, eyni zamanda məehumun digər nəvələrinin şahid qismində vermiş olduqları ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.1-ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ərizəçinin bacısının analoji ərizəsinin təmin edilmiş olması halı nəzərə alınmalı, bu xüsusda ərizə əsaslı hesab edilərək təmin edilməli, xx.xx.1976-cı ildə vəfat etmiş X3 Ərizəçi nənəsi, yəni atasının anası olmaqla qohumu olması faktı təsdiq edilməlidir. NƏTİCƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə vəfat etmiş X3 Ərizəçi nənəsi, yəni atasının anası olmaqla qohumu olması faktı təsdiq edilsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2556/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2556/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver