Məhkəmə qərarları › İş №2(056)-26/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-26/2025

11.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-26/2025 11.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı numayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «Zəbt edilmiş torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olan Cavabdeh Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 4 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaq sahələrinin təyinatından kənar istifadə halları yoxlanarkən Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olan Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında 4 ha meşə fondu torpaq kənd təsərrüfatı bitkilərinin əkildiyi aşkar edilmişdir. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyev cə Cəlal Məmmədovun iştirakları ilə xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldıması barədə onun ünvanına xx.xx.2023cü il tarixli 3-14-27-03/2-A-105-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddianı müdafiə etdiklərini, cavabdehə dəfələrlə xəbərdarlıq etdiklərini və nəticəsiz qaldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir. Rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyini və bunun səbəbləri barədə məlumat vermədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Sabirabad rayonu Məmişlər kənd sakini Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-A-105-3/2023 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayına baxış keçirilən zaman məlum olmuşdur ki, həmin ərazidə 4 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək qeyri qanuni istifadə olunur. İş materiallarında olan sxemdən görünür ki, Sabirabad rayonu, Məmişlər kənd sakini Ağayev X1 meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 4 ha torpaq sahəsində kənd təsərüfatı məhsulları əkmişdir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında 4 ha torpaq sahəsinin cavabdehin və ya hər hansı üçüncü şəxslərin istifadəsinə verilməsi barədə sənəd və ya icazə olmadığı halda, cavabdeh tərəfindən həmin torpaq sahəsinə müdaxilə edilərək, torpaq sahəsini zəbt edərək, torpağın qanuni sahibi olan İddiaçına torpaqdan istifadə etməsinə maneçilik və məhdudiyyətlər yaratmış və bununla da onların torpağa olan mülkiyyət, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə qarşı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativhüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə etdiyi və iddiaçının bu müdaxiləni aradan qaldırmaqla boşaldılmasını tələb etdiyi Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında 4 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə və istifadəsinə verildiyi və torpaq üzərindəki həmin hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alındığı üçün, iddiaçı torpağın qanuni mülkiyyətçiləri və sahibləri kimi, həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə dair hüquqlar cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı torpağın qanuni mülkiyyətçisi, sahibi və istifadəçisi kimi, cavabdehin onun torpaq sahəsinə dair hər hansı hüquqlarının olmamasını, cavabdehin torpaq sahəsindən çıxarılmasını və cavabdehin hərəkətlərinin hər hansı bir qanuni əsası olmadığını tələb etməsi əsaslı və qanuni hesab olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sabirabad meşəbəyliyinin 3-cü kvartalının, 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 4 ha torpaq sahəsində, kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar