Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2619/2024 24.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Sabirabad rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahəsinə aid icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi və şəxsin həmin torpaq sahəsində çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh2 və Sabirabad rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahəsinə aid icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi və şəxsin həmin torpaq sahəsində çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi natamam olmaqla imzalandığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Çıxarışdan görünür ki, cavabdehin çıxarılması tələb edilən 1,66 ha torpaq sahəsi tək iddiaçının deyil, ümumilikdə 4 nəfərin paylı mülkiyyətindədir. Belə olan halda iddiaçı qismində 4 nəfərin hər biri (ölən şəxsin vərəsələri) məhkəməyə müraciət etməli, ya da iddiaçı yalnız özü mülkiyyət hüququnu təkbaşına həyata keçirmək istəyirsə özünün payına düşən mülkiyyət hissəsinə münasibətdə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Sabirabad rayonu Qaralar Bələdiyyəsinə qarşı “torpaq sahəsinə aid icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi və şəxsin həmin torpaq sahəsində çıxarılması” tələbinə dair iddiaərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2619/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2619/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver