Məhkəmə qərarları › İş №2(056)-2654/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2654/2025

09.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2654/2025 09.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və Cavabdeh2 qarşı “əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1n, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və Cavabdeh2 qarşı “əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı1 göstərilmiş olsa da iddia ərizəsinə əlavə edilmiş aktda belə bir şəxs müəyyən edilməmişdir (aktda X1 adlı şəxs mövcuddur). Bundan əlavə, iddia ərizəsi ilə iddia ərizəsinin surəti qarşılıqlı tədqiq ediləndə müəyyən edildi ki, iddia ərizəsi ilə onun surətində olan iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 imzaları birbirindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu hal da iddia ərizəsinin səlahiyyətli olmayan şəxs (şəxslər) tərəfindən imzalanması qənaətinə gəlməyə əsas verir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddia ərizəsində iki nəfər cavabdeh göstərilmiş olsa da, iddia ərizəsinə onun bir ədəd surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəməyə dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin və ya üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X2 və Cavabdeh2 qarşı “əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Səlim Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar