Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2694/2025 22.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: Sabirabad rayon Qeydiyyat Şöbəsi göstərilməklə) «doğum faktının müəyyən olunması» tələbinə dair mülki işə Sabirabad şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: Sabirabad rayon Qeydiyyat Şöbəsi göstərilməklə) «doğum faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixinin X1 doğum tarixi, doğum yerinin Sabirabad rayonunun Qaragüney kəndinin, atasının xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş Ərizəçi2, anasının xx.xx.1983-cü il tarixdə anadan olmuş Ərizəçi1 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar xx.xx.2006-cı il tarixində anadan olmuş X1 valideynləridirlər. Onlar 2000-ci ildə faktiki nikaha daxil olmuş, bu nikahdan doğum faktının müəyyən edilməsini xahiş etdikləri X8 da daxil olmaqla 5 uşaqları anadan olmuşdur. X8 onların 3-cü uşaqlarıdır. O, xx.xx.2006-cı il tarixində anadan olmuşdur. Mirağanın hazırda 19 yaşı vardır. Şəxsiyyətini təsdiq edən sənəd olmadığından hərbi xidmətə aparıla bilmir. Sabirabad MRX Qaragüney kənd həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda da qeyd olunur ki, Qaragünə kənd sakini Ərizəçi1 xx.xx.2006-cı ildə oğlan uşağı doğmuşdur. Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5- 7024/2-370/2025 saylı arayışda qeyd olunur ki, valideynlərin verdiyi məlumata görə və kənd sakinlərinin təsdiqinə əsasən Ərizəçi2 və Ərizəçi1 oğlu Mirağa İsrafilov 2006-cı ildə doğulmuşdur və doğulduğu vaxtdan Qaragüney kəndində yaşayır. Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli aktda qeyd olunur ki, Ərizəçi1 doğduğu 2006-cı il təvəllüdlü oğlan uşağı hazırda Qaragüney kəndində yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-7024/2-370/2025 saylı arayışda qeyd olunur ki, 2006-cı ildə doğulmuş oğlan uşağı hazırda Qaragüney kəndində yaşayır və arayışdakı fotoşəkil həmin şəxsə aiddir. X7 doğum akt qeydi olmadığından şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Bu səbəbdən vətən qarşısında borcunu yerinə yetirə bilmir. O, hərbi xidmətə getmək istəyir. Lakin qeyd edilən səbəblər nəticəsində bu iş hələlik baş tutmur. Faktın təsdiqi oğulları Mirağa İsrafilova vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirmək üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinin tələbinə istinad edərək, işə Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X13 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X8 bildirdi ki, o, xx.xx.2006-cı il tarixində Qaragüney kəndində evdə doğulmuşdur. Ərizçilər onun valideynləridir. 2018-ci ilə kimi o, əmisi Əlifağanı atası olaraq bilmiş, 2018-ci ildə öyrənmişdir ki, əmisi Əlifağanın oğlu olmadığı üçün onu saxlamaq üçün əmisi Əlifağaya vermişlər. Əslində onun valideynləri hazırki ərizəçilərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Tofiq onun qaynı, Leyla isə qaynı arvadıdır. Onun ərinin adı Vaqifdir. Mirağa Tofiqgilin uşağıdır. Uşağı Leyla ev şəraitində doğmuş və uşağı o, özü tutmuşdur. Əlifağa da onun qaynıdır. Əlifağanın 2 qızı vardır. Mirağa 2006-cı ildə doğulandan Əlifağanın oğlu olmadığı üçün, Tofiqin isə başqa oğlan övladları olduğu üçün saxlamağa görə Mirağanı Əlifağaya vermişlər. Lakin Mirağanın doğma valideynləri Tofiq və Leyladır. Mirağa da bunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Tofiq onun qardaşı, Leyla isə qardaşı arvadıdır. Onların 5 uşağı var. Mirağa da onların uşağıdır. Mirağa ev şəraitində doğulmuş, o, həmin zaman çöldə işdə olmuş, işdən gələndən sonra uşağın doğulmasını görmüşdür. Əlifağa da onun qardaşıdır. Əlifağanın 2 qızı vardır. Mirağa 2006-cı ildə doğulandan Əlifağanın oğlu olmadığı üçün, Tofiqin isə başqa oğlan övladları olduğu üçün saxlamağa görə Mirağanı Əlifağaya vermişlər. Lakin Mirağanın doğma valideynləri Tofiq və Leyladır. Mirağa da bunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Tofiq onun qardaşı, Leyla isə qardaşı arvadıdır. Onların 5 uşağı var. Mirağa da onların uşağıdır. Özünün oğlu olmadığı üçün 2006-cı ildə Mirağa doğulandan saxlamaq üçün qardaşıgildən götürmüşdür. Lakin Mirağa da doğma valideynlərinin hazırki ərizəçilər olduğunu bilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş X13 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-58-515/2025 saylı Ərizəçi1 ünvanlanmış məktubda göstərilmişdir ki, 2006-cı il tarixində doğulduğunu göstərdiyiniz oğlunuzun doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün qeydiyyat orqanında ərizənin təmin olunması mümükn deyil. Ona görə də məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən təsdiq olunmuş və X9, X2, X3 və X6 tərəfindən imza edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi1 doğduğu 2006-cı il təvəllüdlü oğlan uşağını tanıyırlar və hal-hazırda Sabirabad rayon Qaragüney kəndində yaşayır. Fotoşəkil həmin şəxsə aiddir. İş materiallarına əlavə olunmuş Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-7024/2-369/2025 saylı arayışdan görünür ki, Sabirabad rayon Qaragüney kəndində yaşayan Ərizəçi1 xx.xx.2006-cı il tarixdə doğulmuş oğlan uşağı halhazırda xx.xx.20225-ci ilədək Qaragüney kəndində yaşayış və şəkildəki vətəndaş həmin uşaqdır. İş materiallarına əlavə olunmuş Sabirabad RİHB-nin Qaragüney KİN tərəfindən Qaragüney kənd sakinləri Ərizəçi2 və Ərizəçi1 övladı barədə verilmiş xx.xx.2025-ci il tarixli, 5-7024/2-370/2025 saylı arayışdan görünür ki, valideynlərin verdiyi məlumata və kənd sakinlərinin təsdiqinə əsasən, onların oğlu Mirağa İsrafilov 2006-cı ildə anadan olmuşdur və doğulduğu vaxtdan kənd ərazisində yaşamışdır. Lakin uşağın doğumu vaxtında qeydiyyata alınmadığından onun haqqında məlumat təsərrüfatbaşına kitabda mövcud deyildir. İş materiallarına əlavə olunmuş Sabirabad MRX Qaragüney kənd həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qaragüney kənd sakini Ərizəçi1 tərəfindən xx.xx.2006-cı ildə doğulmuş oğlan uşağı qeydiyyatdadır və sağlam yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər ərizədə faktın təsdiqini Mirağa İsrafilova doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alması, bu xüsusdə həqiqi hərbi xidmətə gedə bilməsi məqsədilə lazım olduğunu göstərmişlər. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunun Qaragüney kəndində doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə doğumun qeydə alınması və aşağıdakı məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır: - X8 – 26 noyabr 2006-cı il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində doğulmuş, atası – Ərizəçi2, anası – Ərizəçi1. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2694/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2694/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver