Məhkəmə qərarları › İş №2(056)-2784/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2784/2024

15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2784/2024 15.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh Sabirabad Regional Cavabdehndə Notariat Ofisinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin həvalə olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Sabirabad Regional Cavabdehndə Notariat Ofisinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarının tələblərinə əməl edilmədən Sabirabad Rayon Məhkəməsinə ünvanlandığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehə qarşı onun üzərinə öhdəliyin qoyulması tələbinə dair, yəni məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən tələbə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-in 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Sabirabad Regional Cavabdehndə Notariat Ofisinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və miras əmlaka dair qanunüzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin həvalə olunması” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar