Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-288/2023 29.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 qarşı «evə köçürülmə» tələbi barədə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə istifadə hüququnun tanınması və köçürülmə» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X15 adlı uşaqları ilə birlikdə ünvan 1ində yerləşən, Cavabdeh2 ilə ər-arvad kimi birlikdə yaşadıqları evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X5 da cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ərarvad kimi birlikdə yaşamışdır. Digər cavabdehlər onun qayınanası və qaynatası olmuşdur. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş və 2 azyaşlı uşaqları onun (iddiaçının) himayəsində saxlanmışdır. O, xx.xx.2017-ci il tarixdə cavabdehlərin mülkiyyətində olmasını iddia etdikləri evə gəlin köçmüş, xx.xx.2022-ci il tarixdə zorla, iradəsinin əleyhinə həmin evdən çıxarılmışdır. Hazırda himayəsində olan uşaqlarla birlikdə kirayədə anası ilə birlikdə yaşayır. Onun digər yaşayış yeri yoxdur. Cavabdehlərin o, gəlin köçdüyü evə mülkiyyət sənədi varsa, o zaman onların xx.xx.2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 29-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri vardır. Əgər yoxdursa belə hüquqlar onlara şamil edilmir. Sabirabad RİHB-nın Ulacalı KİN tərəfindən verilmiş arayışa əsasən Ulacalı kəndində 3 nömrəli Təsərrüfatbaşına kitabın 209 nömrəli səhifəsində onun gəlin getdiyi evə və həyətyanı sahənin təsərrüfat başçısı X9r, ev 5 daş üstə, 3 otaqlı, 1 mətbəxli, yaşayış sahəsi 65 kv.metrdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X15 adlı uşaqları vardır. iş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)- 462/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” X11 262 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2019-cu ildə doğulmuş X15 və xx.xx.2018-ci ildə doğulmuş X12 İddiaçı yanında qalmalarının müəyyən olunması, Cavabdeh2 xx.xx.2019-cu ildə doğulmuş X15 və xx.xx.2018-ci ildə doğulmuş X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 140 manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi və nikahın pozulması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X10 Ulacalı kəndində 3 nömrəli Təsərrüfatbaşına kitabın 209 nömrəli təsərrüfatına əsasən 5 da üstündə, 3 otaqlı, 1 mətbəxli ümumilikdə 65 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, cavabdehlərin adına ünvan 1ində fərdi və ya digər yaşayış evi aşkar edilməmişdir. ünvan 1ində yerləşən, X2 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Sorğuya cavaba əlavə edilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, 57.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2017-ci ildən X1, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi isə xx.xx.2017-ci ildən X10, X1, X3, X6 və X7 ümumi birgə mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə faktiki nikah münasibətləri bağlandıqdan sonra İddiaçı ünvan 1ində 3 nömrəli Təsərrüfatbaşına kitabın 209 nömrəli təsərrüfatına əsasən 5 daş üstündə, 3 otaqlı, 1 mətbəxli ümumilikdə 65 kv.m sahəsi olan fərdi yaşayış evinə gəlin köçmüş, xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Sonradan onların ər-arvad münasibətləri pozulduğundan İddiaçı uşağı ilə birlikdə xx.xx.2022-ci ildə həmin evdən çıxarılmışdır. İşin hallarından göründüyü kimi, köçürülməsi tələb edilən fərdi yaşayış evinə münasibətdə tərəflər arasında hüquq münasibətləri İddiaçı həmin evə xx.xx.2017-ci il tarixdə köçməsi vaxtdan yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə xx.xx.2017-ci il tarixdən köçüb yaşamasına baxmayaraq, həm Mülki Məcəllənin müddəaları, həm də qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından iddiaçının mübahisəli fərdi yaşayış evinə hər hansı hüquqları yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binanın tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yuxarda göstərilən mübahisəli ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X8 olmaqla, İddiaçı həmin evə köçməsinə dair Gülbikə Cabbarovanın Mülki Məcəllənin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri kimi əri, arvadı, valideynləri və uşaqları, habelə digər ailə üzvləri kimi isə mülkiyyətçinin ailə üzvlərinin müvafiq olaraq əri yaxud arvadı kimi şəxslər müəyyən edilmişdir. Həmin maddədə göstərilməyən və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri sırasına daxil olmayan digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlmə əsasları isə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən İddiaçı mübahisəli ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin sahibi Gülbikə Cabbarovanın ailə üzvü olmadığından, onun həmin evə istifadə hüquqları yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, yəni mübahisəli fərdi yaşayış evinin ümlkiyyətçisi ilə bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma ilə yarana bilər. Belə bir notarial qaydada razılaşma isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, onun mübahisəli mənzilə hər hansı bir hüququ müəyyən edilmir. Digər tərəfdən iddiaçının mübahisəli evə xx.xx.2017-ci il tarixdən köçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da İddiaçı mübahisəli evə hər hansı hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Həmin Məcəllənin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən gəlin mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Digər tərəfdən o da qeyd edilməlidir ki, nəzərə alınsa kimi iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçdüyü zaman ev dövlət qeydiyyatına alınmamışdır, bu halda həmin zamana ev özbaşına tikinti hesab edilməlidir ki, özbaşına tikintiyə də hər hansı şəxsin hüquqlarının tanınmasından, köçürülməsindən söhbət gedə bilməz. Bu prizmadan da yaşadıqda iddiaçının iddia tələbinin təmin edilə bilməsi üçün qanuni əsasların yaranmadığı müəyyən edilmiş olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. a Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.