Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3120/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh2 iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su kanalının qorunma zolağının zəbt olunma hissəsinin açılması” tələbi barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “su kanalının qorunma zolağının zəbt olunma hissəsinin açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus 0.78 ha. torpaq sahəsinin yanından keçən İddiaçı mülkiyyətində olan su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsindən təyinatı üzrə istifadəsinə yaradılan hər hansı maneəçiliyin cavabdehlərə qadağan edilməsi, su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Moranlı kəndinin bir qrup sakinləri, o cümlədən X4 ərizə ilə Moranlı Bələdiyyəsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların həyətyanı sahələrinə gedən, ailə üzvlərini içməli su ilə təmin edən su kanalının və qoruq zolağının zəbt olunmasını, bu səbəbdən su kanalının mexaniki vasitələrlə (traktorla) təmizlənməsinin qeyri mümkün olması səbəbindən kanalın lillə dolmasını və su təminatının azalması, kəsilməsi səbəbəindən zəbt olunmuş hissəsinin açılması, mexanikanın hərəkətinin təmin edilməsini bələdiyyədən xahiş etmişlər. Moranlı bələdiyyəsi tərəfindən su kanalına baxış keçirilərək müvafiq akt tərtib edilmiş və su kanalının zəbt olunmuş hisəsinin açılması barədə cavabehlərə xəbərdarlıq edilmişdir. Həmçinin yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadəsi məhdudlaşmışdır və kanalın qazılmasına mane törədilir. Bu səbəbdən həmin kanalı traktor vasitəsi ilə təmizlənməsi mümkün deyildir. Nəticədə kanal dolmuş, su axını kəsilmişdir. Qeyd edilənlər Moranlı Bələdiyyəsi və Sabirabad RİHB-nın Morankı Kənd İcra Nümayəndəsinin və müavinin, həmçinin şikayətçi kənd sakini Nəsimi Əliyevin iştirakı ilə tərtib edilmiş AKTda əksini tapmışdır. Qeyd olunanlar xx.xx.2025-ci il tarixli 20 saylı bələdiyyə iclasında müzakirə olunaraq kanalın zəbt olunmuş hissəsinin açılması barədə iddia ilə məhkəməyə müraciət etmək barədə qərar qəbul edilmişdir. Müraciət əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin əməkdaşları tərəfindən yerində baxış keçirilərək xx.xx.2024-cü il tarixdə tərtib etdikləri AKTda da qeyd olunur ki, JN297A, JN296A, JN 295A nömrəli şəhadətnamələrlə verilmiş həyətyanı sahələr arasında suvarma arxı məhdudlaşdırılmışdır. Odur ki, iddianın təmin olunması xahiş olunur. İddiaçı Sabirabad rayon Moranlı Bələdiyyəsinin sədri Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə edib, məhkəmə iclasının onun (iddiaçı təşkilatının nümayəndəsinin) iştirakı olamdan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nın 185.4-cü maddəsinə əsaslanaraq, işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh2 iddia tələbinə etiraz edib, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin mövqeyini nəzərə alıb, cavabdeh (həmçinin digər cavabdehin nümayəndəsi) Cavabdeh2 dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların 3 nəfərdən ibarət digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş İddiaçı ilk iclasının xx.xx.2025-ci il tarixli 1№-li Protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində İddiaçınə seçilmiş 13 nəfər bələdiyyə üzvləri ilə keçirilmiş Moranlı Bələdiyyəsinin ilk iclasında bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiya barədə məlumatın nəzərə alınması və Nümayəndə İddiaçı sədri təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı sədri Adəm Mansurlu, Moranlı İƏD-si üzrə nümayəndə Müzəffər Qasımov, Moranlı İƏD-si üzrə nümayəndə müavini Daşqın İbrahimov və Moranlı kənd sakini Nəsimi Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, İddiaçı Moranlı kəndi ərazisində Moranlı kənd sakini X2 xüsusi mülkiyyəti olan həyətyanı torpaq sahəsini suvarma suyu ilə təmin edən su kanalının məhdudlaşdırılması müraciəti ilə bağlı sahəyə baxış zamanı müəyyən edilmişdir ki, JN-296A, JN-295A, JN-297A, JN-269B, JN-294A (**********32 reyestr nömrəli) həyətyanı torpaq sahələri arasından keçən bələdiyyə mülkiyyəti olan uzunluğu 160 m, eni 6.2 m olan sahə DWG islahat xəritə materiallarında su, kanalizasiya xətti kimi nəzərdə tutulsa da, həmin zolağ kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhdudlaşdırılmasına və qazılmasına mane olurlar. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçiləri Nazir Mürsəlov və Vəli Əliyev, Moranlı İƏD üzrə nümayəndəsi Müzəffər Qasımov, İddiaçı sədri Adəm Mansurlu, Moranlı kənd sakinləri Nəsimi Əliyev və Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, Moranlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin (0.90*0.78)=0.12 ha. hissəsində Cavabdeh1 tərəfindən torpaqdan istifadəyə dair hüquqmüəyyənedici sənəd olmadan qanunsuz fərdi yaşayış evi inşa edilmişdir. Eyni zamanda inşa etdirdiyi evə gediş-gəliş loyu kimi Cavabdeh1 istifadə etdiyi yol xx.xx.2015-ci il tarixli **********32 reyestr nömrəli X1 xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçiləri Nazir Mürsəlov və Vəli Əliyev, Moranlı İƏD üzrə nümayəndəsi Müzəffər Qasımov, İddiaçı sədri Adəm Mansurlu və Moranlı kənd sakini Nəsimi Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AKT-dan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla Sabirabad rayonu, Moranlı kənd ərazisində JN-296A, JN-295A, JN-297A nömrəli şəhadətnamələrlə verilmiş həyətyanı torpaq sahələri arasında qeyd olunmuş suvarma arxının məhdudlaşdırılması nəticəsində qonşular arasında mübahisə yaranmasını, JN-297A nömrəli şəhadətnamə üzrə verilmiş həyətyanı sahədə olan Moranlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin zəbt olunaraq istifadəçi tərəfindən üzərində fərdi yaşayış evinin inşa etdirməsi, bununla da qonşu həyətyanı sahələr arasında olan suvarma arxının məhdudlaşdırılması qeyd olunaraq bu barədə qanuna müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə bağlı Moranlı kənd ərazisində araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə AKT tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı sədri Nümayəndə və bələdiyyə üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli AKT-dan görünür ki, Sabirabad rayonu Moranlı kəndi ərazisində Moranlı kənd sakini X2 xüsusi mülkiyyəti olan həyətyanı torpaq sahəsini su ilə təmin edən bələdiyyə mülkiyyətində olan suvarma kanalının istifadəsinin Cavabdeh2 və onun ailə üzvləri tərəfindən məhdudlaşdırılması faktı aşkar ilunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-3598/2024 saylı mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli şəhadətnamə əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsinin sərhədləri, ölçüləri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Sabirabad rayonu Moranlı kəndində yerləşən su kanalının (arxının) mübahisəli hissəsində qonşu sərhədləri, texniki parametrləri (yəni uzunluğu və eni) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Su arxının mübahisəli hissəsinin cavabdehlərə məxsus 0.78 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin cavabdehlər tərəfindən doldurularaq zəbt edilən su arxının mübahisəli hissəsi yerquruluşu planında ştrixlə göstərilmişdir. Bütövlükdə sözügedən su arxı bələdiyyə mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında Sabirabad rayonu, Moranlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus 0.78 ha həyətyanı torpaq sahəsinin qonşuluğundan keçən mübahisəli su kanalının cənubdan şimala 73.0 m. şərqdən qərbə doğru isə 79.0 m. uzunluğunda cavabdehlər tərəfindən təyinatı üzrə fəaliyyəti məhdudlaşdırılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus Sabirabad rayonu, Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi mübahisəli su kanalından (arxından) 3.7 m. və 4.7 m. məsafədə yerləşir. Həmçinin Cavabdeh1 bələdiyyə mülkiyyətində inşa etdiyi fərdi yaşayış evi mübahisəli su arxından 2.8 m. məsafədə yerləşir. Qərardadın 5-ci və 6-cı sualının cavablandırılması yerquruluşu mühəndisinin səlahiyyətlərinə aid deyil. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, təyinatı üzrə istifadəsinə yaradılan maneənin aradan qaldırılması tələb olunan su kanalı iddiaçı Sabirabad rayon Moranlı Bələdiyyəsinin mülkiyyəti olmaqla kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmasına baxmayaraq və Moranlı Bələdiyyəsinin etirazına əhəmiyyət vermədən, cavabdehlər tərəfindən özbaşına olaraq su kanalının cənubdan şimala 73.0 m., şərqdən qərbə doğru isə 79.0 m. uzunluğunda cavabdehlər tərəfindən təyinatı üzrə fəaliyyəti məhdudlaşdırılmışdır. Sabirabad rayonu, Moranlı Bələdiyyəsinin tələbinə baxmayaraq, cavabdehlər su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınmasından imtina etmiş və nəticədə su kanalından təyinatı üzrə istifadə imkanları məhdudlaşdırılmışdır. Belə ki, Torpaq Məcəlləsinin 111-ci madd. əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçı Sabirabad rayon Moranlı Bələdiyyəsinin mülkiyyəti olmaqla kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş su kanalının təyinatı üzrə istifadəsinə cavabdehlər tərəfindən maneə yaradıldığı üçün, iddiaçı Sabirabad rayonu, Moranlı Bələdiyyəsi mülkiyyətçi kimi, həmçinin ümumi istifadəçi olan Moranlı kənd sakini Nəsimi Əliyevin şikayəti əsasında həmin kanaldan təyinatı üzrə kənd sakinlərinin istifadə etmə imkanlarını təmin etmək hüququna malikdir, habelə bu hüquqları həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin su kanalından ümumi istifadəçiləri məhrum etməklə, məhz fərdi qaydada və vahid şəkildə kanalın mübahisələndirilən hissəsini zəbt etməklə, kanalın təyinatı üzrə istifadə olunması imkanlarının məhdudlaşdırılmasına hər hansı hüquqları müəyyən edilməmişdir. Odur ki, su kanalına dair istifadə hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Qeyd olunan Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar Bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətinə aid edilən mübahisəli su kanalı kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehlərin həmin sahəni zəbt etməklə istifadənin məhdudlaşdırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçı təşkilat müvafiq olaraq mülkiyyətçi kimi cavabdehlər tərəfindən zəbt olunmuş ümumi istifadədə olan su kanalına dair hər hansı hüquqları olmayan cavabehlərin hərəkətlərinə son qoyulmaqla, ümumi istifadə üçün nəzərdə tutulmuş su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlərə məxsus 0.78 ha. torpaq sahəsinin yanından keçən İddiaçı mülkiyyətində olan su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsindən təyinatı üzrə istifadəsinə yaradılan hər hansı maneəçilik cavabdehlərə qadağan edilməli, su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınması vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlərə məxsus 0.78 ha. torpaq sahəsinin yanından keçən İddiaçı mülkiyyətində olan su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsindən təyinatı üzrə istifadəsinə yaradılan hər hansı maneəçilik cavabdehlərə qadağan edilsin, su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3120/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3120/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver