Məhkəmə qərarları › İş №2(056)-3148/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3148/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3148/2025 25.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunan) «qohumluq münasibətinin müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunan) «qohumluq münasibətinin müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 onların xalaları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Ərizəçi1 xx.xx.1951-ci ildə Əli-Bayramlı rayonu, İvanovka kəndində anadan olmuşdur. O, Ərizəçi2 xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.2007-ci ildə ölmüşdür. Onun doğum akt qeydi Sabirabad rayon Qeydiyyat şöbəsində tapılmamışdır. Odur ki, hazırda rəsmi olaraq X2 onların xalaları olmasını müəyyən etmək mümkün olmur. Torpaq sahəsi barədə adlarına olan dövlət aktı ilə sahəyə aid hissəsində X1 daxil 3 nəfərin adı vardır. Doğum haqqında şəhadətnaməsi itdiyindən notarius tərəfindən onlara vərəsəlik barədə şəhadətnamə verilməsi mümkün olmamışdır. Belə ki, xalalarının onlardan başqa qohumu yoxdur. Nə dəki övladları olmamışdır. Nikahları da belə olmamışdır. Faktın təsdiqi onlara xalalarına aid miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün zəruridir. Məhkəmə iclasında iştirak etmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ayrı-ayrılıqda ərizəni müdafiə edib, ərizəyə uyğun məzmunda ifadə verərək, onun təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçilər ilə həmkəndli və qonşudur. Mərhum Həliməni tanımışdır. O, ərizəçilərin xalaları olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o ərizəçilər ilə həmkəndli və qonşudur. Ərizəçiləri demək olar ki, o saxlayıb. Mehriban olmuşlar. Həlimədə Şəhrabanının bacısı olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2007-ci ildə vəfat etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-295A seriyalı KOD 90911005 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Qaragüney kəndində yerləşən 0.20 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1 və 307.2.8-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xalası olması faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 ərizəçilər xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi2 xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar