Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3185/2025 16.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mil- Muğan regional şöbəsi göstərilməklə) «əmək müqaviləsinə xitam verilməsi, bu məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mil- Muğan regional şöbəsi göstərilməklə) «əmək müqaviləsinə xitam verilməsi, bu məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mil-Muğan regional şöbəsinə həvalə edilməsi, mediasiya xidməti üçün ödədiyi 50 manat rüsumun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən “tikintidə iş icraçısı” vəzifəsinə işə götürülmüş, bir müddət işlədikdən sonra Cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Lakin həmin vaxtdan bu günə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində onun Cavabdeh MMCdə işləməyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul edilməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini təmin edilməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmiş, cavab məktubunda ona bildirilmişdir ki, qeyd olunan mübahisə ilə bağlı iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edib onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmiş, lakin Cavabdeh MMC fəaliyyətini dayandırdığına görə məktubunun Cavabdeh MMC-yə çatdırılması mümkün olmadı. Elektron informasiya sistemində onun hal-hazırda Cavabdeh MMC-də işləməsi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Lakin o, Cavabdeh MMC-nin məsul şəxslərini tapb əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini tələb edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyəv üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Mil-Muğan regional şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehinvə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: İş yerinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında iş icraçısı vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı onun xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq ünvanlanmış cavabdan görünür ki, İddiaçı Cavabdeh MMC-nin işəgötürəni tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə müraciətinə baxılmış, müraciətlə bağlı müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı Cavabdeh MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 28537/2025 nömrəli məktubla müraciət olunaraq ona aid sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunmadığından araşdırmanı başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemində qeydlərin aparılması hüququ X3 Xidmətinə həvalə edilməlidir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsini xahiş etmişdir. Operativ Ekspressin xəbərnaməsindən görünür ki, pretenziya məktubu xx.xx.2025-ci il tarixində qəbul edilmiş, xx.xx.2025-ci il tarixində “ünvan bağlıdır” qeydi aparılmaqla İddiaçı geri qaytarılmışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsi hal-hazırda da qüvvədədir. İddiaçı müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı əmək müqaviləsinə xitam verilməsinin təmin edilməsi ilə əlaqədar ilk öncə X1 müraciət etmiş, ona əmək müqaviləsinin qüvvədə olması, araşdırma üçün zəruri sənədlərin təqdim edilmədiyi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilk öncə işəgötürənə müraciət etməsi, nəticə olmadıqda müvafiq məhkəməyə müraciət etməsi bildirilmiş, bundan sonra iddiaçı işəgötürənə pretenziya məktubu ünvanlamış, ünvanın bağlı olması əsası ilə pretenziya məktubu cavabdehə çatıdırlmamışdır. Buradan da aydın olur ki. müəssisənin həqəqitən də fəaliyyəti dayandırılmışdır ki, ünvan bağlı olması əsası ilə pretenziya məktubunun ona çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs hesab olunur. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin ləğvi əsasıdır. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Beləliklə, yuxarıda sadalanmış qanunvericilik normaları və işin halları üzrə məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi hissəsində əsaslı hesab edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas hissədə iddia tələbi təmin edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməli, ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3185/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3185/2025
16.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver