Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-333/2023 22.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxs: Sabirabad rayon Moranlı Bələdiyyəsi kimi qeyd edilən) «icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsindən istifadənin dayandırılaraq çıxarılma tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxs: Sabirabad rayon Moranlı Bələdiyyəsi kimi qeyd edilən) «icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsindən istifadənin dayandırılaraq çıxarılma tələbi» barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Maraqlı şəxs tərəfindən ona (iddiaçıya) icarəyə verilən 3,5 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılaraq icarə müqavilsəi üzrə hüquq və vəzifələrinin bərpa olunması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə Sabirabad rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinni qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: -“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxs: Sabirabad rayon Moranlı Bələdiyyəsi kimi qeyd edilən) «icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsindən istifadənin dayandırılaraq çıxarılma tələbi» barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-333/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-333/2023
22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver