Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3402/2025 24.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) ”doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ”doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi məhkəməyə ərizə təqdim edib, MPM-nin 170.1-ci maddəsinə əsasən ərizənin və ona əlavə edilmiş sənədlərin, həmçinin, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Sabirabad regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) ”doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə iddia ərizə verilməsi üçün mpay vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinin hesabına ödənilmiş (qəbz nömrəsi **********) dövlət rüsumu məbləği – 100 (bir yüz) manat Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3402/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3402/2025
24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver