Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3434/2024 19.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Sabirabad rayonu Həşimxanlı kənd icra numayəndəliyinə qarşı “ödənilməyən əmək haqqının yenidən hesablanması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı cavabdeh Sabirabad rayonu Həşimxanlı kənd icra numayəndəliyinə qarşı “ödənilməyən əmək haqqının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ərizəsində iddia tələbinin mahiyyətinin konkret nədən ibarət olmasını düzgün qeyd etməmiş və əsaslandırmamışdır. Belə ki, iddiaçı ərizəsinin xahiş etdi hissəsində həm ödənilməyən əmək haqqının yenidən düzgün hesablanmasını, həm də dəymiş maddi mənəvi ziyana görə təzminatın ödənilməsini göstərmişdir. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 -cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bundan əlavə olaraq iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, bu qəbildən olan mülki işlər üzrə mübahisələrdə iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 149,151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Sabirabad rayonu Həşimxanlı kənd icra numayəndəliyinə qarşı “ödənilməyən əmək haqqının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Sabirabad filialının K0144011 saylı ödəniş terminalı vasitəsi ilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödəmiş olduğu 50 (əlli) manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sabirabad şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-3434/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3434/2024
19.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver