Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3447/2025 10.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və X4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və X4 «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və X10 «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X11 Ərizəçi1 əri X8 və digər ərizəçilər Ərizəçi3 və Məhbubə Əhmədovanın atası olmaqla qohumluq münasibətinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tələbini onunla əsaslandırmışlar ki, mərhum X19 ərizəçilərdən Ərizəçi1 qaynatası, digər ərizəçilər Ərizəçi3 və Məhbubə Əhmədovanın atası olmuşdur. X2 Bilqeyis Sərdar qızı ilə el adəti ilə ailə qurmaqla birlikdə Sabirabad rayonu Zalqarağac kəndində yaşamışlar. Onların nikahı rəsmi qaydada qeyd edilməmiş və uşaqlarınnı atalıqları müəyyən edilməmişdir. Əhməd Əhmədov vəfat edənədək onun mülkiyyətində olan Sabirabad rayonu Zalqarağac kəndində ərizəçilərdən Ərizəçi1 və əri X15 uşaqları ilə birgə yaşamışlar. X19 xx.xx.1999-cu il, arvardı X6 xx.xx.2015-ci il və X15 isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hazırda ərizəçilərdən Ərizəçi1 və ailəsi birlikdə X12 məxsus evdə yaşayırlar. Lakin vərəsəlik işi açılmadığından müəyyən problemlərlə qarşılaşmışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. TƏRƏFİN İZAHATİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və X10 ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Səttar oğlu ifadəsində göstərdi ki, ərizəçilərdən Kifayət bibisi gəlini, Əhmədov Əhməd isə Bulqeyis bibisinin əri olmuşdur. Onların Xanlar, Məhbubə və Qətibə adlı uşaqları olmuşdur. Xanlar 3 il olar ki, vəfat etmişdir. Xanlar xəstəlikdən vəfat etmiş və Zalqarağac kəndində dəfn olunmuşdur. Əhməd isə Şirvanda dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: İİ-JQ No 274842 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Kifayət Suqrət qızı ilə xx.xx.1979-cu ildə ailə həyatı qurmuş, arvada Məmmədova soyadı verilmişdir. V-JQ No 340055 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1999-cu ildə Neyro nefroz səbəbindən Sabirabad rayonunun Zalqarağac kəndində vəfat etmişdir. AZ-İ No 766533 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Miakart infaktı səbəbindən Sabirabad rayonunun Zalqarağac kəndində vəfat etmişdir. AZ-İİ No 333024 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü ildə mədənin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi səbəbindən Sabirabad rayonunun Zalqarağac kəndində vəfat etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə ərizəçilərin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmə araşdırma zamanı müəyyən olundu ki, xx.xx.1999-cu ildə vəfat etmiş X19 həqiqətən ərizəçilərdən Ərizəçi3 və X4, digər Ərizəçi1 isə mərhum əri X8 atası olmuşdur. Bu fakt ərizəçilərin yaxın qohumu olaraq şahid qismində dindirilmiş şəxsin vermiş olduğu ifadəsi ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.1-ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməli, xx.xx.1999cu ildə vəfat etmiş X11 ərizəçilərdən Ərizəçi3 və X4, digər Ərizəçi1 isə mərhum əri X8 atası olmaqla onların qohumluq münasibətində olması faktı təsdiq edilməlidir. NƏTİCƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə vəfat etmiş X11 ərizəçilərdən Ərizəçi3 və X4, digər Ərizəçi1 isə mərhum əri X8 atası olmaqla onların qohumluq münasibətində olması faktı faktı təsdiq edilsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3447/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3447/2025
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver