Məhkəmə qərarları › İş №2(056)-3450/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3450/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3450/2025 15.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs: Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi) «doğum faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi) «doğum faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1940-cı il tarixdə Əli Bayramlı rayonunun Güdəcühür kəndində doğulmağı faktının qeyd edilməsi və valideyinləri kimi doğum akt qeydində ata qrafasında X4 və ana qrafasında X10 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə Əli Bayramlı rayonu Güdəcühür kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Sabirabad rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona təkrar doğum haqqında şəhadətnamə verilməsindən xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Sabirabad rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1946-cı ilə qədər Sabirabad rayon Qeydiyyat Şöbəsində saxlanılmır. Bundan sonra o, məcburən Sabirabad rayon Dövlət Arxivinə müraciət etmiş, oradanda ona xx.xx.2023-cü il tarixli məktubla bildirildi ki, 1940-cı il üzrə doğum qeydiyyatı aktları araşdırıldı, lakin onun adı aşkar olunmadı. Onun qızlıq soyadı Məmmədova olmuşdur. Onun doğum akt qeydi aşkar edilmədiyindən mərhum anası X5 miras qalmış əmlakları qəbul edə bilmir. X1 1941- 1945-ci illərdə ikinci dünya müharibəsində iştirak etmiş və geri qayıtmamışdır. O, mərhum anası X6 birinci növbə vərəsəsidir, lakin doğum akt qeydi aşkar edilmədiyindən onun qızı olmağı müəyyən edilmir və miras qalmış əmlakları qəbul edə bilmir. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul ediməsi xahiş olunur. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında iştirak etmiş Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəni müdafiə edib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin ərizəsini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X3 Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, eləcə də Sabirabad rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan ilkin və bərpa akt qeydləri nəzərdən keçirilmiş və Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X12 tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şirvan filialında mühafizə olunan X14 şöbəsinin 1940-cı ilə aid doğum aktlarının qeydiyyata alınması kitabında onun Ərizəçi anadan olma aktına rast gəlinməmişdir. Bundan əlavə “Əli Bayramlıya aid olan kənd əhalisinin siyahısı” kitabında Güdəcühür kəndinin əhalisinin siyahısında da araşdırılma aparılmış, orada da adı aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon İHB-nın müavini H.Həsənov, Sabirabad rayon Güdəcühür kənd İƏD-si üzrə nümayəndə O.Babayev, Sabirabad rayon Güdəcühür bələdiyyəsinin sədri M.Əskərov və 13 saylı Şirvan Ərazi idarəsinin Sabirabad şöbəsinin müdiri E.Muradov tərəfindən tərtib edilmiş və imzalanmış eyni zamanda Sabirabad rayon Güdəcühür kənd İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş AKTdan görünür ki, keçmiş DTXK-ə tərəfindən verilmiş JN-372 və Kod 90907005 saylı dövlət aktında X2 yazılıb, əslində Ərizəçidır. İş materiallarına əlavə edilmiş Ərizəçi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1940-cı il, doğulduğu yer isə Əli-Bayramlı rayonu, Güdəcühür kəndi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində doğulmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi izahatında doğum haqqında şəhadətnamənin mərhum anası X5 miras qalmış əmlakları qəbul etmək üçün lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun xx.xx.1940-cı il tarixdə doğulması faktı müəyyən olunmalıdır. Qeyd edilənləri və Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1940-cı il tarixdə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə Sabirabad Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən doğumun qeydə alınması və aşağıdakı məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır: - Ərizəçi- xx.xx.1940-cı il tarixdə Əli-Bayramlı rayonu, Güdəcühür kəndində doğulmuş, atası – X4, anası – X10. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar