Məhkəmə qərarları › İş №2(056)-3473/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3473/2025

12.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3473/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı 3 saylı X4 Mərkəzinin - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı X4 Mərkəzi - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında özbaşına tutduğu (zəbt etdiyi) meşə fonduna aid 0.5 ha. torpaq sahəsinin boşaldılıb 3 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 3 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar itifadə halları yoxlanılarkən Şirvan şəhər sakini Cavabdeh Şirvan meşəbəyliyinin 6 saylı dolayının 26-cı kvartalında yerləşən 0.5 ha torpaq sahəsində qeyriqanuni olaraq əkin əkildiyi müəyyən olunmuşdur. Həmin fakt əsasında Ə.Möhbalıyev, Ş.Həsənov və N.Abbasovun iştirakları ilə xx.xx.2024-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Şirvan şəhər sakini Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına xx.xx.2024-cü il tarixli 3-14-99-3/2- 250/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı 3 saylı X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritədən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsi Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. ərazidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 007270 saylı AKTın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinə keçirilən baxış zamanı Şirvan şəhər sakini Cavabdeh tərəfindən meşə fonduna aid edilən 0.5 ha torpaq sahəsinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkdiyi müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 3-14-99-3/2-250/2024 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. torpaq sahəsinin 5 gün ərzində könüllü qaydada boşaldaraq təhvil verilməsi tələb olunmuş, əks təqdirdə CM-nın 188-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. MPM-nin 4.1-ci və 4.4-cü maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında 3 saylı X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatı, xx.xx.2024-cü il tarixli 007270 saylı AKTla və meşə fonduna aid edilən torpaq sahəsinin sərhəd və kordinatlarını müəyyən edən xəritə və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. torpaq sahəsinin Cavabdeh tərəfindən hər hansı əsas olmadan istifadə edilərək zəbt olunması müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinin 4-cü, 5-ci və 9-cu bəndlərinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 411-ci maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) Dövlət mülkiyyətində olan torpaqlara daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə hər hansı bir sənəd müəyyən edilməmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, zəbtdən azad olunması tələb olunan Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. torpaq sahəsi meşə fondu torpağı olmaqla iddiaçı təşkilat 3 saylı X4 Mərkəzinə təhkim olunmuş dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi üçün, iddiaçı dövlət təşkilatı ona təhkim olunmuş həmin torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçı dövlət təşkilatının ona təhkim olunmuş meşə fonduna aid edilən torpaq sahəsinə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı dövlət təşkilatın ona təhkim olunmuş torpaq sahəsinin sahibi kimi boşaldılması torpaq sahəsinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpağın ona qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan 0.5 ha torpaq sahəsinin boşaldılaraq 3 saylı X1ytarılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan meşəbəyliyinin 26-cı kvartalının 6-cı dolayında yerləşən 0.5 ha. torpaq sahəsinin boşaldılıb 3 saylı X4 Mərkəzinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar