Məhkəmə qərarları › İş №2(056)-3501/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3501/2025

26.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sabirabad rayon İş № 2(056)-3501/2025 26.02.2026 SABIRABAD RAYON MƏHKƏMƏSI Hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı - cavabdeh Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki işə ##.##.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı - cavabdeh Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Qarağac kəndində yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsinə dair Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi, həmçinin onun mülkiyyətində olan Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha ölçüdə torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək göstərmişdir ki, Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binası onun xüsusi mülkiyyətində olmaqla, həmin binanın yerləşdiyi 0.014 ha. torpaq sahəsi icarə hüququ əsasında onun (iddiaçının) istifadəsindədir. Həmin Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasının 75 kv.m. hissəsi əvvəlki mülkiyyətçi olmuş mərhum X1 tərəfindən ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi əsasında 10 il müddətinə Cavabdeh MMCyə icarəyə verilmişdir. Sonra əvvəlki mülkiyyətçi X1 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Daha sonra mərhum X1 vərəsəsi olan, həyat yoldaşı X2 verdiyi ## #### 2024-cü il tarixli etibarnaməsi əsasında qeyri-yaşayış binası tam həcmdə, yəni 127.5 kv.m. ölçüdə onun adına rəsmiləşdirilərək həmin əmlaka dair onun müllkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi:909011001183-06301; qeydiyyat nömrəsi: 1325012166; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışla qeydə alınmış və həmin binanın yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsinə dair onun icarə hüququları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı ##.##.2025-ci il tarixli İcarə Müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: 909011001183; qeydiyyat nömrəsi:1325006778; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışla qeydə alınmışdır. Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binası onun mülkiyyətinə və binanın yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsi onun sahibliyinə aid edildikdən sonra, o, Cavabdeh MMC-yə müraciət edərək mərhum X1 əvəzinə “İcarəyə Verən” tərəf kimi onu (iddiaçını) tanıyaraq, aylıq kirayə haqqını ona ödəməsini Cavabdeh MMC-yə təklif etmişdir. Lakin Cavabdeh MMC hər dəfə müxtəlif bəhanələr gətirərək, aylıq kirayə haqqını ona ödəmək təklifini rədd etmişdir. Eyni zamanda o, məhkəmə prosesi zamanı cavabdehin məhkəməyə təqdim etdiyi icarə müqaviləsini gördükdə həmin qeyri-yaşayış binasının icarəyə verilməsinə dair mərhum X1 ilə Cavabdeh MMC arasında ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin mövcudluğu barədə məlumat əldə etdikdən sonra, məhkəmə icraatı dövründə yazılı qaydada pretenziya hüququndan istifadə edibCavabdeh MMC-yə müraciət edərək, Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi və bu barədə 7 gün ərzində ona məlumat verilməsini təklif etmiş, əks təqdirdə ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləvğ edilməsi barədə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Lakin Cavabdeh MMC 7 gün müddət keçsə də ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi məsələsi ilə bağlı ona hər hansı məlumat verməmişdir. Ona görə də o, iddiasını dəyişdirərək Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha ölçüdə torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması tələbi ilə bərabər, həmçinin əlavə olaraq Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi tələbini irəli sürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq cavabdeh təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan X1 ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, X1 10 il müddətinə aylıq icarə haqqı 705 manat olmaqla Sabirabad rayonu Qarağac kəndində yerləşən ümumi sahəsi 75 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 “beyin ödemi” səbəbindən ##.##.2022-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “etibar edən” X2 həmin etibarnamə ilə onun mərhum əri X1 miras qalmış bütün daşınardaşınmaz əmlaklar üzrə vərəsəliyin qəbulu və ya ondan imtina ilə bağlı notariat ofislərində və digər səlahiyyətli orqanlarda bütün sənədləşmə rəsmiyyətinin aparılmasında, həmçinin qanunla qadağan olunmayan bütün digər rəsmiləşdirilmənin aparılmasında ona aid edilən bütün digər hərəkətlərin aparılmasına və ya səlahiyyətlərdən istifadə etməyi “etibar edilən” İddiaçı 2 il müddətinə etibar etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: 909011001183; qeydiyyat nömrəsi:1325006778; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Qarağac kəndi ərazisində yerləşən 0.014 ha. torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı ##.##.2025-ci il tarixli İcarə Müqaviləsi əsasında 2 il müddətinə İddiaçı icarəsinə verilməsinə dair icarə hüquqları qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: 909011001183-06301; qeydiyyat nömrəsi:1325012166; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları İddiaçı adına qeydə alınmışdır. Beləliklə tərəflər arasında yaranmış mübahisənin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, boşaldılması tələb olunan Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binası iddiaçı İddiaçı adına rəsmiləşdirilərək həmin əmlaka dair onun müllkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi:909011001183-06301; qeydiyyat nömrəsi:1325012166; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışla qeydə alınmış və həmin binanın yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsinə dair iddiaçı İddiaçı icarə hüququları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı ##.##.2025-ci il tarixli İcarə Müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: 909011001183; qeydiyyat nömrəsi:1325006778; qeydiyyat tarixi: ##.##.2025-ci il) Çıxarışla qeydə alınmışdır. Həmin Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyriyaşayış binasının 75 kv.m. hissəsi əvvəlki mülkiyyətçi olmuş mərhum X1 tərəfindən ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi əsasında 10 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmiş, sonra əvvəlki mülkiyyətçi X1 ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra mərhum X1 vərəsəsi olan, həyat yoldaşı X2 verdiyi ## #### 2024-cü il tarixli etibarnaməsi əsasında qeyri-yaşayış binası tam həcmdə, yəni 127.5 kv.m. ölçüdə iddiaçı İddiaçı adına rəsmiləşdirilərək həmin əmlaka dair onun müllkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və həmin binanın yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsinə dair onun icarə hüququları isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı ##.##.2025-ci il tarixli İcarə Müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydə alınmışdır. Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binası iddiaçı İddiaçı mülkiyyətinə və binanın yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsi onun sahibliyinə aid edildikdən sonra, o, Cavabdeh MMC-yə müraciət edərək əvvəlki mülkiyyətçi mərhum X1 onunla (iddiaçı İddiaçılə) əvəz edərək aylıq kirayə haqqını ona ödəməsini Cavabdeh MMC-yə təklif etmişdir. Lakin Cavabdeh MMC hər dəfə müxtəlif bəhanələr gətirərək, aylıq kirayə haqqını iddiaçı İddiaçı ödəmək təklifini rədd etmişdir. Eyni zamanda iddiaçı İddiaçı mərhum X1 ilə Cavabdeh MMC arasında ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin mövcudluğu barədə məlumat əldə etdikdən sonra, yazılı qaydada pretenziya hüququndan istifadə edib Cavabdeh MMC-yə müraciət edərək, Cavabdeh MMC ilə mərhum X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi və bu barədə 7 gün ərzində ona məlumat verilməsini təklif etmiş, əks təqdirdə ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Lakin Cavabdeh MMC 7 gün müddət keçsə də ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi məsələsinə münasibət bildirməmişdir. Ona görə də iddiaçı İddiaçı iddiasını dəyişdirərək Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha ölçüdə torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması tələbi ilə bərabər, həmçinin əlavə olaraq Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iddia tələblərinin “Sabirabad rayonu Qarağac kəndində yerləşən qeyriyaşayış binasının icarəyə verilməsinə dair Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi” hissəsinə dair aşağıdakıları qeyd edir. Belə ki, Mülki Məcəllənin 699.1-ci maddəsinə əsasən Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. İstinad edilən maddi hüquq normasının hərfi mənasından aydın olur ki, hazırkı halda kirayəyə verilən Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasıkirayəçi Cavabdeh MMC-yə verildikdən sonra, qeyri-yaşayış binasına dair mülkiyyət hüququ kirayəyə verən X1 üçüncü şəxs (əldə edən) iddiaçı İddiaçı keçdiyi üçün, əldə edən İddiaçı mülkiyyəti əldə etdiyi andan kirayəyə verən mərhum A.A.Soltanovu əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur. Məhkəmə Mülki Məcəllənin 699.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı İddiaçı “xxxx" MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin “İcarəyə Verən” tərəfi kimi onu (iddiaçını) tanıyaraq, İcarə Müqaviləsində dəyişiklik edib, mərhum Ağasuvar Soltanovu onunla (iddiaçı İddiaçılə) əvəz edərək aylıq kirayə haqqını ona ödəməsi ilə bağlı cavabdeh təşkilatla razılığa gələ bilmədiyindən, o həmin icarə müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsinə dair yazılı qaydada pretenziya hüququndan istifadə etdikdən sonra məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat “xxxx" MMC Mülki Məcəllənin 699.1-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçı İddiaçı müraciətinə əhəmiyyət verməyib, ##.##.2021-ci il tarixli İcarə Müqaviləsindən yaranmış aylıq 705 manat kirayə haqqını iddiaçı İddiaçı və ya əvvəlki mülkiyyətçi mərhum Ağasuvar Soltanovun vərəsələrinə ödəməməklə, bununla da ##.##.2021-ci il tarixli İcarə Müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Mülki Məcəlləsinin 421.2-ci maddəsin əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat “xxxx» MMC tərəfindən ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən, yəni həmin müqavilədən yaranmış aylıq 705 manat kirayə haqqını icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış binasının yeni mülkiyyətçisi iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydə alındığı ##.##.2025ci il tarixdən ödənilmədiyindən, bu hal icarə müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçı tərəfindən müqavilənin ləğvi ilə əlaqədar irəli sürülmüş tələb tam əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinəəsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlışçıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Göstərilən Məcəllənin 423.2. maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə ki, iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi onun tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli Pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləğv edilməsi və bu barədə 7 gün ərzində ona məlumat verilməsi təklif edilmiş, əks təqdirdə ##.##.2021-ci il tarixli İcarə Müqaviləsinin ləvğ edilməsi barədə məhkəmədə iddia qaldıracağını bildirmişdir. Beləliklə cavabdeh təşkilatın icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi və bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması təsdiq olunduğundan, Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələblərinin “Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha ölçüdə torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh təşkilatla bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi ləğv edildiyindən, 127.5 kv.m. qeyri-yaşayış binasının vəhəmin binanın yerləşdiyi 0.014 ha. torpaq sahəsinincavabdeh təşkilatın istifadəsində qalması iddiaçının mülkiyyət və sahiblik hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən də həmin qeyri-yaşayış binasından və binanın yerləşdiyi torpaq sahəsindən Cavabdeh MMC çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd edilən Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələblərinin “Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasının yerləşdiyi 0.014 ha. ölçüdə torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması” hissəsinə dair qeyd edir ki, iddiaçı İddiaçı boşaldılmasını tələb etdiyi 0.014 ha. torpaq sahəsinin icarə hüququ əsasında sahibi kimi həmin torpaq sahəsinə dair hər hansı hüquqları olmayan cavabeh təşkilatın hərəkətlərinə son qoyulmaqla, həmin təşkilatın torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşmalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfı üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Sabirabad rayonu Qarağac kəndində yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsinə dair Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyətində olan Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha ölçüdə torpaq sahəsindən Cavabdeh MMC çıxarılmaldır. Həmçinin iddiaçı İddiaçı izah edilməlidir ki, ##.##.2021-ci il tarixli İcarə Müqaviləsindən yaranmış aylıq 705 manat kirayə haqqı iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydə alındığı ##.##.2025-ci il tarixdən ödənilmədiyindən, ##.##.2025-ci il tarixdən Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından çıxarıldığı günədək dövr üçün hesablamaqla aylıq 705 manat kirayə haqqını Cavabdeh MMC-dən tələb etməsinə dair məhkəmədə iddia qaldıra bilər. Göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad rayonu Qarağac kəndində yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsinə dair Cavabdeh MMC ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli İcarə Müqaviləsi ləğv edilsin, həmçinin iddiaçının mülkiyyətində olan Sabirabad rayonu Qarağac kəndində yerləşən 127.5 kv.m. qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0.014 ha. torpaq sahəsindən Cavabdeh MMC çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar