Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3506/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinə və evə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinə və evə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 məxsus Sabirabad rayonu, Ulacalı kəndində yerləşən ev və həyətyanı sahəyə vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin əməkdaşları tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işləri aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin ona qadağan edilməsi, onun tərəfindən 13 saylı Şirvan Ərazi idarəsinin əməkdaşları tərəfindən miras və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işləri aparılmasına şərait yaradılmasının tapşırılması (məcbur edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qardaşı, xx.xx.1957-ci il tarixdə doğulmuş, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun 1-ci növbə vərəsələri yoxdur. İkinci növbə vərəsəsi o və qardaşı X1r. Onlar hər ikisi mərhum qardaşları Hüseyn Fəyyazın 2-ci növbə vərəsələridir. Bu hal Sabirabad regional «Asan xidmət Mərkəzində notariat ofisi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 2000 saylı arayışla da müəyyən edilir. Sabirabad rayonu, Ulacalı kəndində mərhum X9 məxsus 3 otaqlı, bir mətbəxi olan fərdi yaşayış evi vardır. Miras qalan fərdi yaşayış evinə dair vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması ilə bağlı ərizə ilə 13 saylı Şirvan Ərazi idarəsinə tərəfindən müraciət edilmişdir. Miras qalan fərdi yaşayış evinə dair vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması ilə bağlı 13 saylı Şirvan Ərazi idarəsinin mühəndisi tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işləri aparılmasına Cavabdeh tərəfindən maneə törədilmiş, şərait yaradılmamışdır. Bu səbəbdən 13 saylı Şirvan Ərazi idarəsinin mühəndisi tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilə bilməmiş, müvafiq ölçü iləri aparılmamışdır. Bundan sonra 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-4054/2025 saylı məktub göndərilərək Torpaq Məcəlləsinin 103-cü maddəsinə istinad edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh 2018-ci ildə qardaşı Hüseyn Fəyyazla faktiki nikaha daxil olaraq miras evə köçmüşdür. Cavabdeh vərəsə deyildir. Uşaqları olmamışdır. Mirasın taleyi həll edilməsindən ötrü miras qalan fərdi yaşayış evinə dair vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması zəruridir. Qeyd olunan arayış 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən verildikdən sonra notariat orqanı tərəfindən mərhumun vərəsəsi kimi ona və qardaşı Əfraz Hüseynova vərəsəlik şəhadətnaməsi veriləcəkdir. Bunun əsasında isə müvafiq Çıxarışla təmin olunacaqlar. Cavabdehin buna mane olmaq hüququ yoxdur. Cavabdehin qanunsuz manəsi nəticəsində vərəsəlik hüququ pozulur. Vərəsəlik əsasında o, mülkiyyət huququ əldə edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı məhkəmə mübahisəsinə aid olunan sübutları araşdırıb, tərəflərin izahatını dinləyib, onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ 059944 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində ölmüşdür. İş materiallarında olan 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X3 vərəsəsi İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, ünvan 1azisində yerləşən fərdi yaşayış evinə dair vəfat etmiş X4 vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması ilə bağlı ********** nömrəli ərizəsinə "Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Sözügedən ünvanda yerləşən daşınmaz əmlak ilə bağlı digər şəxslə aranızda mübahisəli halın olması aşkarlanmışdır. Mübahisəli halın mövcud olması səbəbindən torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına 13 saylı Şirvan Ərazi İdarəsinin Sabirabad rayon şöbəsinin mühəndisinə şərait yaradılmamışdır. İş materiallarında olan Sabirabad regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu M.H.Zeynalov tərəfindən təsdiq edilmiş Səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü, (Fin kod Bilinmir) xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrin dairəsi müəyyən edilib. Mirası qəbul etmiş vərəsəsi: qardaşı İddiaçı və X1r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X9 məxsus Ulacalı kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş 3 otaqlı, 1 mətbəxi olan fərdi yaşayış evi var. İş materiallarında olan Cavabdeh verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən hal-hazırda Sabirabad rayon Ulacalı kəndində qeydiyyatdadır. Beləliklə məhkəmədə işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X2 miras qalmış Sabirabad rayonu Ulacalı kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 3 otaqlı 1 mətbəxi olan fərdi yaşayış evini və həyətyana sahəsini qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi üçün (vərəsəlik şəhadətnaməsinin alınması) ilk növbədə həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə etdiyi miras qalan fərdi yaşayış evinə və torpaq sahəsinə dair vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış alınması ilə bağlı müraciəti cavabdehin qanunsuz müdaxiləsi (mütəxəssislərin torpaq və fərdi yaşayış evinə baxış keçirilməsinə qadağa qoymaqla maneə törətməsi) nəticəsində müsbət həll edilməmiş və bununla da İddiaçı miras əmlaklara dair vərəsəlik və gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki İddiaçı adına qanun üzrə vərəsəlik qaydasında rəsmiləşdirilməsi nəzərdə tutulan Sabirabad rayonu Ulacalı kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş 3 otaqlı 1 mətbəxi olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi İddiaçı gözlənilən mülkiyyəti olduğu üçün, İddiaçı gözlənilən mülkiyyətçi kimi həmin əmlakları qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi (vərəsəlik şəhadətnaməsinin alınması) və həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırması hüququna malikdir, habelə bu hüquqların həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, iddiaçının qeyd edilən hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında gözlənilən mülkiyyətçisi və sahibi kimi, həmin əmlaklara dair vərəsəlik və mülkiyyət hüquqlarının adına rəsmiləşdirilməsi proseduruna (mütəxəssislərin torpaq və fərdi yaşayış evinə baxış keçirilməsinə) qəsd edən, həmçinin onun həmin əmlaklardan istifadə etməsini əngəlliyən cavabdehin hərəkətlərinə son qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Sabirabad rayonu Ulacalı kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına yaradılan maneə Cavabdeh Vahib qızına qadağan edilməli, 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına şəraitin yaradılması vəzifəsi Cavabdeh Vahib qızının üzərinə qoyulmalıdır. Göstərilənlərə və MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad rayonu Ulacalı kəndində yerləşən X9 məxsus fərdi yaşayış evinə və həyətyanı sahəsinə vəfat etmiş şəxsin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə və ölçü işlərinin aparılmasına yaradılan maneə Cavabdeh Vahib qızına qadağan edilsin, 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları tərəfindən miras ev və həyətyanı sahəyə baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına şəraitin yaradılması vəzifəsi Cavabdeh Vahib qızının üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3506/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3506/2025
12.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver