Məhkəmə qərarları › İş №2(056)-3581/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3581/2025

24.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sabirabad rayon İş № 2(056)-3581/2025 24.02.2026 SABIRABAD RAYON MƏHKƏMƏSI Hakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, cavabdeh təşkilatın nümayəndəsi X12 iştirakı ilə, iddiaçı İddiaçı - cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” tələbləri barədə mülki işə ##.##.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı - cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” tələbləri ilə məhkəməyə müraciət edərək, “X4 verilməsi” barədə ## ###### 2024-cü il tarixli əmrin qanunsuz və etibarsız sayılması, əvvəlki iş yerinə bərpa etməsi, cavabdeh Mil-Muğan RTİ-sindən hüquqlarının pozulmasını əsaslandıraraq əmək kitabçasındakı qanun pozuntusunun aradan qaldırılması, seçkidə olduğu halda onunla bağlanmış əmək müqaviləsinin pozulmasının qanunsuz sayılması, vətəndaş müraciətlərinin müvafiq qurumlar tərəfindən pozulmasına qiymət verilməsi, Mil-Muğan RTİ-nin rəhbərliyi tərəfindən işəgötürənin əməlində inzibati xəta əlamətlərinin araşdırılması, Seçki dövründə və sonrakı müddətdə ödənilməmiş orta aylıq əmək haqqının tam ödənilməsi, gecikdirilmiş ödənişlərə görə Əmək Məcəlləsinin tələbinə uyğun kompensasiya (peniya) tutulması, cavabdeh tərəfindən məhkəmə rüsumunun ödənilməsi, xərclənmiş dövlət rüsumunun və hüquqi yardım xərclərinin tutulması, intihar həddinə çatdırmaya görə CM-nin tələbinə uyğun bütün bunların nəzərə alınmasını və bunun müqabilində ona dəymiş 2000 manat maddi, sağlamlığına vurulmuş mənəvi ziyana görə isə 8000 manat, ümumilikdə 10000 manat təzminat pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə etdiyi ## ######## 2025-ci il tarixli müraciətində hüqüqlarının pozulması daha sonra vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası qanununun pozulması İnsan hüqüqları üzrə müvəkkil ombudsman), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını Komitəsinə və Mərkəzi Seçki Komissiyasına etdiyi eyni məzmunlu müraciətlərinə vaxtında və obyektiv baxılmamasında hüququnun bərpa tələbi ilə müraciət edir. Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad Təhsil sektorunda müddətli müqavilə ilə metodist vəzifəsində işləmişdir. ** saylı X1 Komissiyasının ** saylı məntəqəsində komissiya sədri olmuşdur. Komissiya sədri vəzifəsində olduğu müddətdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi və 179-cu maddənin 1-ci hissəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. İşçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta aylıq əmək haqqı ödənilməlidir. Haqqında verilən əmrlər, elektron informasiya sistemi ilə edilən xəbərdarlıqlar cavabdeh tərəfindən düzgün aparılmayıb. Bununla da hüquqları cavabdeh tərəfindən pozulub. Belə ki, onunla bağlanmış X7 ## ###### 2024 cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilib. Əslində onun əmək müqaviləsi ## ###### 2024-cü il tarixində başa çatmalı idi. Əmək kitabçasında isə tarix sutununda ##.##.2025-ci il tarixi yazılmaqla, qeyd nəyin əsasında aparılmışdır hissəsində isə Mil-Muğan RTİ üzrə əmr *-**-**/*-*-***K/**** nömrəli ## ###### 2024-cü il yazıldığı göstərilir. O, bağlanmış ## #### 2022-ci il tarixli X7 əsasında çalışmışdır. Eyni zamanda ** saylı X1 Komissiyasının ** saylı seçki məntəqəsində komissiya sədri kimi seçki prosesində rəsmi şəkildə iştirak etmiş, bu da müvafiq sənədlərlə təsdiq olunur. Seçki prosesində olduğu halda ## ###### 2024-cü il tarixdə cavabdeh tərəfindən X4 verilməsi barədə əmr verilmişdir. Xitamın əsası kimi əmək müqaviləsinin müddətinin başa çatması göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının əmək və seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsində iştirak edən şəxslərin iş yeri və orta aylıq əmək haqqı saxlanılmalı, həmin dövrdə onların əmək münasibətlərinə xitam verilə bilməz. Bundan əlavə onun bu məsələ bağlı cavabdeh təşkilata etdiyi yazılı müraciətlərə ## ###### 2025-ci il tarixdə regional idarənin müdir müavini Rabil Şahbazov tərəfindən və ## ###### 2025-ci il tarixində Sabirabad rayon Təhsil sektorunun müdiri Mircamal Həşimov və s.-lar tərəfindən cavab məktublarında faktiki vəziyyəti əks etdirməyən reallığa uyğun olmayan və yanlış məlumatlar verilmişdir. ##.##.2025-ci il tarixdə elektron ünvan 1 elektron poçt ünvanından etdiyi müraciətə ## ###### 2025-ci il tarixdə yəni 32 iş günündən sonra cavabdeh tərəfindən cavab məktubu almışdır. Cavab məktubunda göstərilir ki, onlara 575.95 manat məbləğində əmək haqqı köçürülmüşdür, yəni 10 aydan sonra Əgər onun hüqüqları pozulmamışdırsa, niyə ona on aydan sonra müraciətinə görə əmək haqqı ödənilir? Həmin ödənilən əmək haqqı da düzgün hesablanmayıb. ## ###### 2024-cü il tarixdə ona axırıncı hesab ödənilib. Noyabr ayında ona verilen əmək haqqı onun axrıncı hesabında necə nəzərə alına bilər? Əmək kitabçası doldurularkən iş haqqında məlumat səhifəsində qeydlər işə götürən tərəfindən saxtalaşdırılıb. Qeyd nəyin əsasında yazılmışdır sütununda (sənəd, onun tarixi və nömrəsi) Mil-Muğan RTİ üzrə əmr *-**-**/*-*-***K/**** nömrəli ## ###### 2024-ci il yazıldığı halda tarix sutununda ##.##.2025-ci il tarixdə yazılmışdır. Yazılışdan göründüyü kimi əmək kitabçasının doldurulması işə götürən tərəfindən qanunu pozmaqla rəsmiləşdirilmişdir. Ona elektron informasiya sistemi ilə göndərildiyi iddia edilən xəbərdarlıq işə götürülən tərəfindən düzgün yazılmayıb. Xəbərdarlıqda göstərilir ki, onunla Mil-Muğan RTİ arasında bağlanmış X7 ## ###### 2024-cü ildə bitəcəkdir. Bununla əlaqədar olaraq, onunla bağlanmış X4 veriləcəkdir. Əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə deyil ## ###### 2024-cü il tarixdə xitam verilərək son hesabı əmək haqqı kartına köçürülüb. Əslində onunla regional idarə ## ###### 2024-cü il tarixli 3-29-41/3-1-700k/ **** nömrəli əmri ilə Əmək Məcəlləsinin 162-ci maddəsini və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3- Muğan RTİ əsasnaməsi" nin 5.5.4-cü bəndin Rəhbər tutaraq əmr vermişdir. İddiaçı Mil-Muğan RTİ-nin Sabirabad rayon Təhsil sektorunun metodisti ## ###### 2024-cü il tarixdən ##.##.2025 -ci il tarixədək əmak haqqı və iş yeri saxlanmaqla ** saylı X9 ** saylı seçki məntəqəsində komissiya sədri vəzifəsinin icrasına cəlb edilmişdir. Ona yazılan xəbərdarlıqda onun seçki prosesində olmağı nəzərə alınmalı və ona edilən xəbərdarlıqda bildirməli idi ki, onunla bağlanmış əmək müqaviləsinin ## ###### 2024-cü il tarixdə bitməsinə baxmayaraq seçki prosesinə cəlb olunduğu üçün onunla başlanmış X7 işə qayıtdıqdan sonra ##.##.2025-ci il tarixdə xitam veriləcəkdir. Həmin xəbərdarlığın mənbəyini istəyir. Cavabdeh tərəf iddia edir ki, ona elektron informasiya sistemi vasitəsi ilə məlumat vermişlər. O, həmin informasiyanı görməmişdir. Cavabdeh tərəfin həmin xəbərdarlığın harada rəsmiləşdirdiyini göstərsin. Həmin informasiya kim tərəfindən yazılıb? Həmin xəbərdarlıq ekspertiziyaya verilsin. Onunla bağlanmış X7nin müddəti ## ###### 2024-ci il tarixdə bitməsinə baxmayaraq onun işinə ## ###### 2024-cü ildə xitam verilmişdir. Cavabdeh tərəf bildirir ki, elektron informasiya sistemi ilə ona xəbərdarlıq edilib. Əmək haqqının verilməsi də elektron informasiya sistemi ilə aparılır. Araşdırılsın, əgər o ##.##.2025-ci il tarixdə işdən azad olunmuşdursa niyə əmək haqqı və son haqq-hesabı elektron sistemə köçürülməyib? ##.##.2025-ci il tarixdə azad olunmağına dair əmri cavabdeh tərəfdən tələb edir. ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə sonuncu dəfə xitam verilərkən yenə ona məlumat verilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2011-ci il tarixli *** nömrəli qərarı "Tərəqqi "medalı," Qabaqcıl təhsil işçisi olmağı, Birinci Qarabağ müharibəsinin 3-cü qrup əlili olmağı, (Himayəsində 2 nəfər 2-ci qrup əlil, 2 nəfər məktəb yaşlı uşağın olması) 2-ci tip şəkər xəstəsi olmağı əmək fəaliyyəti dövründə keyfiyyətli işi, qabaqcıl işçi kimi ən çətin məqamlarda təhsil sisteminə köməkləri niyə nəzərə alınmadı? Eyni zamanda ##.##.2022-ci il tarixdə də işinə xitam verilərkən nə yuxarıda göstərdiyi təltifləri nə də Sabirabad rayon Təhsil Şöbəsinin rəhbəri tərəfindən onun haqqında nazirliyə təqdim olunmuş müsbət məktub nəzərə alımayaraq 35 ildən çox dövlət qulluğunda çalışmış vətəndaşı 6 aylıq birdəfəlik yardımdan məhrum etmişlər. Bunlar işə götürənin vətəndaşa qərəzli münasibəti kimi qəbul olunmalıdır. Mil-Muğan Regional Təhsil İdarəsinə ## ######## 2025-ci il tarixdə etdiyi müraciətə 32 il iş günündən sonra, böyük çətinliklə ##.##.2025-ci il tarixdə cavab aldı, həmin cavab onu qane etmədiyi üçün ##.##.2025-ci il tarixdə təkrar müraciət etdi. ## ###### 2025-ci il tarixdə ona poçtla göndərilən cavab məktubunda fərdi əmək münasibətlərinə məhkəmələr tərəfindən baxılır, yazmaqla kifayətlənmişlər. Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevin ## ####### 2026-cı il tarixdə Salyan şəhərində vətəndaş qəbuluna yazılmaqla qeydə alındı. 120 km məsafəni 70 yaşında vətəndaş kimi getməyinə baxmayaraq qəbula buraxılmadı. Nazirliyin digər məmurları tərəfindən qəbul olundu və ərizəni alaraq bildirdilər ki, ona məlumat veriləcək. Bu günədək Təhsil Nazirinin adına yazılmış ərizəsinə cavab ala bilməmişdir. İnsan hüquqları üzrə Müvəkkilə ## ####### 2025 ci il tarixdə etdiyi eyni məzmunlu müraciətə araşdırılma aparılmadan ## ###### 2025 ci il tarixdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yazılmış cavab məktubunu göndərməklə işini bitmiş hesab edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinə ##.##.2025 ci il tarixdə etdiyi eyni məzmunlu ərizəsinə ## ###### 2025-ci il tarixdə cavab verilmişdir. Lakin cavab məktubunda onun müraciətində göstərdiyi heç bir hal araşdırılmamışdır. Müraciətə cavab vermək xatirinə ümumi sözlər yazmaqla kifayətlənmişlər. ## ####### 2025 ci il tarixdə Mərkəzi Seçki Komissiyası sədrinə etdiyi müraciətinə bu günə kimi cavab verilməyib. ## ####### 2025 ci il və ## ####### 2025 ci il tarixlərdə elektron ünvan 1 elektron poçt ünvanından Mil-Muğan RTS idaresinin info@ sabirabad.edu.gov.az poçt ünvanına yazdığı müraciətlərə bu günə kimi rəsmi cavab ala bilməmişdir. Etdiyi müraciətlərdə Azərbaycan Respublikasının Vətəndaş müraciətləri haqqında qanunun 10.3 və 12-ci maddələrinin tələbləri kobud surətdə pozulub. Bunlara insan əsəbləri necə davam gətirsin. Hüquqlarının kobud sürətdə pozulmasına etiraz olaraq ## ###### 2025 ci il tarixdə elektron poçt ünvanından müraciət etdiyi qurumlara təkrarən intihar edəcəyinə dair məlumat ünvanladı. Heç bir qurum bu müraciətinə də əhəmiyyət vermədi. Əmək fəaliyyəti dövründə ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi medalına", Təhsil Nazirinin əmri ilə "Qabaqcıl təhsil işçisi adına layiq bilinmiş, Qarabağ müharibəsində Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonun Qacar kəndində "Şaqurval yalı yüksəkliyində yaralanaraq əlil olmuş, özü ikinci tip şəkər xəstəsidir. İnsulin qəbul edərək yaşayır. Şəkərli diabet xəstələri haqqında qanunun 8-ci və 9-cu maddələri müraciət etdiyi qurumların rəhbərləri tərəfindən pozulub. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi X2 iddia tələbinə etiraz edib, digər əsaslarla yanaşı həmçinin iddia tələblərinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iddia tələblərinə yazılı etirazını və iddia tələblərinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ilə ## #### 2022-ci il tarixdə Mil- Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin metodisti vəzifəsi üzrə X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla müddətin qurtarması ilə əlaqədar ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının ** saylı X9 dairə seçki komissiyasının ## ###### 2024-cü il tarixli *-**-**/*-**-**** nömrəli məktubuna əsasən İddiaçı ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı elektron informasiya sistemi vasitəsilə ## ###### 2024-cü il tarixdə xəbərdar edilməklə əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən (işə çıxdığı gün) xitam verilmişdir. Əlavə olaraq İddiaçı ilə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək X7 bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı ## #### 2025-ci il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilməklə ## #### 2025-cü il tarixdən X4 verilmişdir. Bundan başqa İddiaçı tərəfindən fərdi əmək mübahisələrinə dair iddia Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərinə zidd olaraq müddət ötürülməklə verilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülkü Məcəlləsinin 372.1-ci maddəsinə əsasən “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Mülkü Məcəllənin 375.2-ci maddəsinə əsasən “məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar qəbul edilməsi üçün əsasdır”. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1.O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3. İddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradırdı”. Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının əmək mübahisəsinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iidia rədd edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddianın rədd edilməsi barədə Qətnamə çıxarılması xahiş olunur. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli ərizədə qeyd olunur ki, cavabdeh tərəf iddia müddətinin keçdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Belə ki, əmək haqqı uzun müddət, təxminən 10 ay ərzində ödənilməmiş, dövlət qurumlarına etdiyi müraciətlər “Vətəndaş müraciətləri haqqında” Qanuna uyğun vaxtında və obyektiv cavablandırılmadığından, ən başlıcası hüquqlarının pozulması davam edən xarakter daşımışdır. Əmək haqqı müraciətlərindən sonra noyabr ayında ödənilmişdir. Hüquq pozuntusu davam etdiyi üçün məsələni sülh yolu ilə həll etməyə çalışmışdır. Bu səbəbdən hüquq pozuntusunun başa çatdığı tarix həmin dövr hesab edilməlidir. O, isə hüquqlarının pozulduğunu nəzərə alaraq ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia qanunla müəyyən edilmiş müddətdə verilmişdir. Beləliklə cavabdehin iddia müddətinin keçməsi barədə etirazı əsassızdır. Cavabdeh tərəfin iddia müddətinin keçməsi barədə etirazının təmin edilməməsini və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli ərizədə qeyd olunur ki, o, ƏM-nin 296-cı madəsinin 3-4 bəndlərini cavabdeh tərəf unudub. O, hüququnun pozulması ilə əlaqədar ## ######## 2025-ci il tarixdən cavabdehə ərizə ilə müraciət etməyinə baxmayaraq cavabdeh tərəf onun müraciətinə 32 iş günündən sonra yəni ##.##.2025-ci il tarixində cavab vermişdir. ##.##.2025-ci il tarixdə müraciətinə verilən cavabla əlaqədar regional idarənin qəbul otağına gələrək verilən cavabla razı olmadığını bildirsə də onu polislə hədələyirdi. Hüququnun pozulmasını təsdiq edən heç bir sənədi işəgötürəndən ala bilmirdi. Təkçə 1 vərəq xəbərdarlıqı ona təqdim etdilər. ƏM-nın 296-ci maddəsinin 3 bəndi işəgötürən tərəfindən pozulurdu. Yəni ona aid heç bir sənəd təqdim olunmadı. Digər tərəfdən həmin cavab məktubunda ona bildirilirdi ki, hüquqlarının pozulması dövrü üçün 575.95 manat məbləğində pul vəsaiti əmək haqqı karta köçürüldü. Hüquqi baxımdan bu nə deməkdir: Biz səninlə bağlı öhdəliyi vaxtında yerinə yetirməmişik. Əgər xitam qanuni olsaydı: 10 ay sonra heç bir əsas olmadan pul ödənməzdi, üstəlik iki ayrı məblə köçürmə edilməzdi. Bu qanunsuz xitamın dolayı etirafı kimi qiymətləndirilir. Bu əmək münasibətlərinin davam etdiyini və ya düzgün xitam verilmədiyini göstərir. Bu halda iddia müddəti (vaxt keçib deyə problem yaranmır?) Burada onun hüququ sönmür. Niyə? ƏM-sinə görə işə bərpa tələbi üçün ümumi müddət 3 aydır. Amma hüquq pozuntusu davam edirsə və ya işəgötürən sonradan öhdəlik icra edirsə müddət yenidən hesablanır. Onun halımda noyabr 2025-də ödəniş edilməsi hüquq pozuntusunun davam etdiyini göstərir və müddət məsələsi onun xeyrinə çevrilir. İşəgötürən sonradan ödəniş etməklə məsuliyyəti qəbul edir və Əmək Müfəttişliyinin isə işəgötürənin əməlində hüquq pozuntusu olduğunu təsdiq edərək İXM-si ilə cəzalandırılır. ƏM 296 maddəsinin 4 bəndi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən ehtibarən 1 il ərzində məkəməyə müraciət edə bilər. İşçinin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu halda noyabr 2025-ci ildə ödəniş edilməsi, hüquq pozuntusunun davam etdiyini göstərir və müddət məsələsi onun xeyrinə çevirir. Hüquqi qiymətləndirmə, bu faktlara görə, xitam qanunsuzdur, işəgötürən sonradan ödəniş etməklə məsuliyyəti qəbul edir. ƏM-nin 73,179 və 68 maddələrinin pozuntusu var. Mübahisə vaxt baxımından da aktualdır. İddia həm əsaslı, həm də vaxtında hesab olunmalıdır. İşəgötürən iddiaçının işdən azad edilməsindən təxminən 10 ay sonra əməkhaqqı kartına pul vəsaiti köçürməklə əmək münasibətlərinin düzgün rəsmiləşdirmədiyini faktiki olaraq etiraf etmişdir. Seçki prosesindən sonra, əvvəlki X4 verildikdən qısa müddət sonra, ## ###### 2025-ci il tarixdə tələsik qaydada başqa təhsil müəssisəsində direktor müavini vəzifəsinə təyin edilmişdir. Lakin faktiki olaraq həmin vəzifə üzrə fəaliyyət göstərməyərək yenidən regional idarədə işlərə cəlb olunmuşdur. Bu hal işəgötürənin əvvəlki əmək hüquqlarının pozulmasını aradan qaldırmaq deyil, formal olaraq ort-basdır etmək məqsədi daşıdığını göstərir. Bundan əlavə müraciətlərinə dövlət qurumları tərəfindən qanunla müəyyən edilmiş qaydada baxılmamış və hüquqları uzun müddət bərpa olunmamışdır. Buna görə də məhkəmədən əmək hüquqlarının pozulmasının tanınmasını və nəticələrinin aradan qaldırılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirir ki, iddaçının iddia müddəti bitdiyi üçün iddianın rədd edilməsini tələb edir. Cavab olaraq cavabdeh tərəfə bildirir ki, noyabr 2025-ci ildə ona verilən əmək haqqı qanunsuz xitamın başlanğıcıdır və dövlət qurumu Əmək Müfəttişliyi tərəfindən hüququnun pozulmasının təsdiqi ona elektron poçtla ## ###### 2026-ci il tarixdən təqdim olunub. O, isə dekabr 2025-ci il tarixdən də məkəməyə müraciət etmişdir. ƏM-nın 296.1ci maddəsi 3 bəndi. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür, həmin gün ## ###### 2025-ci il tarixdə regional idarənin qəbul otağında onun həyatına son qoymaq istədilər. Onun üçün iddia müddəti həmin tarixdən başladı. ## ###### 2025-ci il tarixdə hüququnun pozulmasını gizlətmək və iddia müddətinin başa çatması ötürülməsinə şərait yaratmaq məqsədi ilə ona vəzifə verilərək, regional idarədə işə cəlb etdilər. Lakin elə başa düşdülər ki, artıq hər şey bitdi. Təkrar iş üçün müraciət etdikdə artıq o bildirildi ki, vakansiya yaranarsa onlarla təkrar əmək müqaviləsi bağlanılacaqdır. Cavabdeh tərəf iddia müddətinin keçdiyini bildirsədə, əmək haqqı uzun müddət ödənilməmiş və hüquqlarının pozulması davam edən xarakter daşımışdır. Əmək haqqı yalnız 2025-ci ilin noyabr ayında ödənilmişdir. Buna görə iddia müddəti həmin tarixdən hesablanmalıdır. O, isə ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə iddia müddəti keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 görünür ki, İddiaçı ##.##.2024-cü il tarixinədək 2 il 5 ay 27 gün müddətinə Agentliyin Metodist vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin ## ###### 2024-cü il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci maddəsini və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3 Muğan Regional Təhsil İdarəsinin Əsasnaməsi"nin 5.5.4-cü bəndini rəhbər tutaraq əmr edir. 1 Mil-Muğan Regional Təhsil İdarəsininin tabeliyində fəaliyyət göstərən müəssisələrin işçiləri (cədvəl əlavə olunur) ## ###### 2024-cü il tarixdən məktublarda qeyd edilən tarixdən əməkhaqqı və iş yeri saxlanılmaqla ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar dairə seçki komissiyasının işinə cəlb edilməsi üçün göndərilmiş hesab olunsunlar. 2. Həmin müddətdə işçilərin vəzifə fünksiyalarının icrası müvəqqəti olaraq vəzifələri göstərilən şəxslərə (cədvəl əlavə olunur) həvalə edilsin. İş materiallarında olan Xidmət üçün müraciətlə bağlı Bildirişdən görünür ki, İddiaçı ilə Mil- Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış X7nin müddətinin ## ###### 2024-cü il tarixində bitəcəyi ilə əlaqədar onunla bağlanmış X4 veriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli X4 verilməsi barədə Əmrdən görünür ki, aşağıda adları qeyd olunan Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin əməkdaşlarının əmək müqavilələrinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatır. Lakin həmin işçilər Bələdiyyə seçkiləri ilə əlaqədar seçki işinə cəlb olunmuşdurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanları nəzərə alaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Əsasnaməsinin 4.1.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmr edir: 1. Mil-Muğan Regional Təhsil İdarəsinin adları aşağıda göstərilən əməkdaşları ilə bağlanmış müddətli əmək müqavilələri seçkidən qayıtdığı gün, # ###### 2025-ci il tarixdən ləğv edilsin. 1.1. Metodiki kabinetin Sabirabad rayonu üzrə metodisti-İddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev. İş materiallarında olan X4 verilməsi ilə bağlı X15 görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 ƏM-nın 68.2 maddəsinin “b” bəndi əsasında (əmək müqaviləsinin müddətinin qurtarması) ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə ##.##.2024-cü il tarixli *-**-**/*-*-***K/**** saylı Əmr verilmişdir. İş materiallarında olan X4 verilməsi ilə bağlı X15 görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 (Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə) ƏM-nın 68.2 maddəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması əsasında ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** saylı Əmr verilmişdir. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli X4 verilməsi barədə Əmrdən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsinin Əsasnaməsi"nin 4.1.10-cu bəndini rəhbər tutaraq əmr edirəm: 1. Mil-Muğan Regional Təhsil İdarəsinə tabe olan Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) İşləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilsin. 2.Mil- Muğan Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektoru (Rahim Hüseynov) bu əmrdən irəli gələn məsələləri həll etsin. İş materiallarında olan İddiaçı ünvanlanmış müraciətinə baxılması barədə ##.##.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğun olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində baxılmışdır. Bildirirlər ki, müraciətinin araşdırılması üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsinə (bundan sonra-Komitə) göndərilmişdir. Komitə tərəfindən verilmiş məlumata əsasən Elm və Təhsil Nazirliyinin ##.##.2020-ci il tarixli K-**** nömrəli əmri ilə yaş həddinə (65 yaş) çatdığınıza görə tutduğunuz vəzifədən azad olunduğunuz, sonradan ##.##.2021-ci il tarixli, K-*** nömrəli əmrlə ##.##.2021ci il tarixinədək Sabirabad Rayon Təhsil Sektorunda aparıcı məsləhətçi, ##.##.2022-ci il tarixdən isə Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə Təhsil Sektorunda metodist vəzifəsində çalışması müəyyən edilmişdir. Hər iki halda əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilib. Daha sonra ##.##.2025-##.##.2025-ci il tarixlərində Sarxanbəyli kənd tam orta məktəbində təlim-tərbiyə İşləri üzrə direktor müavini vəzifəsində işləmisiniz və müqavilənizə ##.##.2025-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar xitam verilib. Nəzərinizə çatdırırıq ki, qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmişdir. 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti, İşçinin razılığı əsasında, müvafiq dövlət orqanının rəhbərinin qərarı ilə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Bununla belə, çalışma müddətinin ümumilikdə 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 316-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. İş materiallarında olan İddiaçı ünvanlanmış müraciətinə baxılması barədə ##.##.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarının pozulması ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə Ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, onunla ## #### 2022-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin metodisti vəzifəsi üzrə X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla müddətin qurtarması ilə əlaqədar ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının ** saylı X9 dairə seçki komissiyasının ## ###### 2024-cü il tarixli *-**-**/*-**-**** nömrəli məktubuna əsasən o, ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq o, elektron informasiya sistemi vasitəsilə ## ###### 2024-cü il tarixdə xəbərdar edilməklə əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən (işə çıxdığı gün) xitam verilmişdir. Son haqq hesab ödənilərkən qalıq 698.05 manat qalıq məbləğ üzrə məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsaitin ## ###### 2025-ci il tarixdə plastik kart hesabına köçürülməsi təmin edilmişdir. Əlavə olaraq onunla Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək X7 bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla o, ## #### 2025-ci il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilməklə ## #### 2025-cü il tarixdən X4 verilmişdir. İş materiallarında olan X6 Xidmətinin Mil-Muğan regional şöbəsinə verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə metodiki kabinetin sabiq metodisti İddiaçı 2024-cü ilin dekabr ayının 28-də 336.14 manat əlavə və dekabr ayı üzrə 698.05 manat əmək haqqı olmaqla, ümumilikdə 1034.19 manat vəsait hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra 839.85 manat vəsait ## ###### 2024-cü il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin sabiq direktor müavini İddiaçı 2025-ci ilin iyul ayının 28-də X4 verildiyi üçün 739.18 manat son haqq hesab və iyul ayı üzrə 553.70 manat əmək haqqı olmaqla, ümumilikdə 1292.88 manat vəsait hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra 1042.91 manat vəsait ## #### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. 2025-ci ilin yanvar ayı üçün orta aylıq əmək haqqı 698.05 manat hesablanmış, məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsait ## ###### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. 2025-ci ilin yanvar ayı üçün orta aylıq əmək haqqı 698.05 manat hesablanmış, məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsait ## ###### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. İş materiallarında olan X6 Xidmətinin Mil-Muğan Regional Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli mıəktubdan görünür ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mil-Muğan Regional Şöbəsinə ünvanladığı Mil-Muğan Regional Təhsil İdarəsində əmək hüquqlarının pozulması barədə müraciətinə tərəflərindən baxılmışdır. X6 Xidmətinin Mil-Muğan regional şöbəsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli izahatınızda tələbinin metodist və direktor müavini vəzifəsindən azad olunmağının araşdırılması barədə olduğunu bildirmişdir. Müraciətində qeyd edilən məsələ ilə bağlı tərəflərindən aparılmış araşdırma zamanı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən, həmçinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin "Əmək və Məşğulluq altsisteminə baxış keçirilərkən, Mil-Muğan Regional Təhsil idarəsi ilə aralarında metodist vəzifəsi üzrə bağlanılmış ##.##.2022-ci il tarixli X7nin ##.##.2024-cü il tarixdə müddətinin başa çatması ilə əlaqədar X4 veriləcəyi barədə işəgötürən tərəfindən ona ##.##.2024-cü il tarixdə bildiriş təqdim edilmiş və bundan sonra əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci (İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) hissəsinə əsasən (bələdiyyə seçkilərinə təhkim olunmağınızla bağlı işdə olmadığınız üçün işə çıxdıqdan sonra) ##.##.2024-cü il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrlə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. 2024-cü ilin dekabr ayında X4 verilməsi barədə əmr verilərkən ona 698.05 manat əmək haqqı və 336.14 manat son haqq-hesab olmaqla cəmi 1034 19 manat hesablanmışdır. Bundan sonra Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən onunla Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsi üzrə ##.##.2025-ci il tarixli X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin ##.##.2025-ci il tarixdə müddətinin başa çatması ilə əlaqədar X4 veriləcəyi barədə işəgötürən tərəfindən ona ##.##.2025-ci il tarixdə bildiriş təqdim edilmiş və bundan sonra işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrlə ##.##.2025-ci il tarixdən (##.##.2025-ci il istirahət günü) xitam verilmişdir. ##.##.2025-ci il tarixli X4 verilərkən ona hesablanmış 1042.91 manat son haqq-hesabı ##.##.2025-ci il tarixdə əmək haqqı bank hesabına köçürülmüşdür. Araşdırma zamanı təqdim edilmiş əmək haqqının və son haqqhesabının hesablanması və ödənilməsi cədvəllərindən müəyyən edilmişdir ki, 2025-ci ilin yanvar ayı üzrə 575.97 manat əmək haqqının və 197.91 manat son haqqı-hesabının ödənilməsi təmin edilməmiş, nəticədə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin "ç" (seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır) bəndinin və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) hissəsinin tələbləri pozulmuşdur. Bildirirlər ki, aşkar edilmiş qanun pozuntularına əsasən tərəflərindən Mil- Muğan Regional Təhsil İdarəsinin vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin 575.97 manat qalıq əmək haqqının və 197.91 manat son haqq-hesabının işəgötürən barəsində aparılan inzibati icraat dövründə əmək haqqı bank hesabına köçürülməsi təmin edilmişdir. Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə göndərdiyi ərizəsində iddiaçı İddiaçı iddiasına iddia müddəti tətbiq edilməklə, tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələblərinin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 əsasında İddiaçı ##.##.2022-ci il tarixdən-##.##.2024-cü il tarixinədək, yəni 2 il 5 ay 27 gün müddətinə Agentliyin Metodist vəzifəsinə işə qəbul olunmuş, sonra o, Mərkəzi Seçki Komissiyasının ** saylı X9 seçki komissiyasının ## ###### 2024-cü il tarixli məktubu əsasında bələdiyyə seçkiləri ilə bağlı ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmiş, daha sonra X7nin müddətinin ## ###### 2024-cü il tarixdə bitəcəyi ilə əlaqədar onunla bağlanmış X4 veriləcəyi barədə İddiaçı məlumatlandırıldıqdan sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2024-cü il tarixli Əmri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 ƏM-nın 68.2 maddəsinin “b” bəndi əsasında (əmək müqaviləsinin müddətinin qurtarması) onun məntəqə seçki komissiyasında işi başa çataraq işə çıxdığı ##.##.2025-ci il tarixdən (Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə görə) xitam verilmiş, daha sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuş və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2025-ci il tarixli Əmri ilə onlar arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 (Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə) ƏM-nın 68.2 maddəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması əsasında ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Əmək Məcəlləsinin 68-ci madd. 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması X4 verilməsinin əsaslarındandır. Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə görə X7 müddəti bitdikdə xitam verilir. X7nin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə görə X4 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli X7 müddətin başa çatması əsası ilə xitam verilməsi haqqında Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2024-cü il tarixli Əmr əmək qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, işçi İddiaçı məntəqə seçki komissiyasında işi başa çataraq işə ##.##.2025-ci il tarixdə çıxdığı üçün ƏM-nın 73-cü maddəsinin 2-ci bəndi əsasında əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş, X4 verilməsi işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrlə rəsmiləşdirilmiş, bu əmr işəgötürən tərəfindən imzalanmaqla təşkilatın möhürü ilə təsdiqlənmiş və həmin əmrdə Əmək Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olan məlumatlar əks etdirilmişdir. Eyni zamanda iddiaçı İddiaçı onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrlə razılaşmış və həmin əmrə dair hər hansı etiraz bildirməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərə görə iddiaçı İddiaçı onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrin əmək qanunvericiliyin tələblərinin kobud qaydada pozulmaqla qanunsuz və əsassız olaraq qəbul edilməsi hallarına istinad etmişdir. İddiaçı İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı hər hansı qərəzli və qanunsuz hərərəkətlər barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etmədiyindən, əksinə o, həmin vaxt onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrlə razılaşmış və həmin əmrə dair hər hansı etiraz bildirməmiş, eyni zamanda sonradan onunla Mil-Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025-ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin bu dəlilləri əsassız hesab edilməli və cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni hesab edilməlidir. Belə ki Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən X7nin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Yəni qeyd olunan hallarda X7 ilə işləyən işçinin müqaviləsinin müddəti qurtardıqda işəgötürənin hüququ var ki, işçinin müqaviləsinə müddət bitdikdə dərhal xitam verilmədiyi halda, onun işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş xitam versin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının X4 verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğudan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub qanuni və əsaslı olan müddətli X4 verilməsinə dair ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin iddiaçı iddia ərizəsində vətəndaş müraciətlərinin müvafiq qurumlar tərəfindən pozulması, Mil-Muğan RTİ-nin rəhbərliyi tərəfindən işəgötürənin əməlində inzibati xəta əlamətlərinin olması, Seçki dövründə və sonrakı müddətdə ödənilməmiş orta aylıq əmək haqqının tam ödənilməsi, ödənişlərin gecikdirilməsi, onu intihar həddinə çatdırılması hallarına istinad etsə də, lakin istinad etdiyi həmin halların və zərərin nədən ibarət olması və nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını, fiziki və mənəvi sarsıntı keçirməsini hər hansı hal və faktla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı İddiaçı iddia tələbləri həm də ona görə rədd olunmalıdır ki, o, həmin tələbləri irəli sürməsi üçün müvafiq olaraq 1 aylıq və 1 illik iddia müddətini ötürmüşdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçı İddiaçı müddətli X4 verilməsinə dair ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmirdən məlumatı olmuş və o, həmin əmrlə razılaşaraq əmrə dair hər hansı etiraz bildirməmiş, eyni zamanda sonradan onunla Mil-Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025-ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. Yəni o, müddətli X4 verilməsinə dair ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrdən məlumatlı olmasına baxmayaraq, lakin o, həmin əmri mübahisələndirərək, həmçinin ümumiyyətlə əmək hüquqlarının pozulması hallarına istinad edərək, pozulmasını hesab etdiyi həmin əmək hüquqlarının müdafiəsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz ##.##.2025-ci il tarixdə, yəni müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş müvafiq olaraq 1 aylıq iddia müddətini ötürmüşdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı - cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” barədə iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı - cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” tələbləri barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar