Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-39/2025 02.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Sabirabad rayonu Ulacalı Bələdiyyəsinin - Cavabdeh qarşı «bələdiyyə mülkiyyəti olan kollektor (dren) kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sabirabad rayonu Ulacalı Bələdiyyəsi - Cavabdeh qarşı «bələdiyyə mülkiyyəti olan kollektor (dren) kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi» tələbi barədə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ulacalı bələdiyyəsinin mülkiyyətində olan, Sabirabad rayonu Ulacalı kəndində yerləşən şor su kollektorunun Cavabdeh tərəfindən qarşısı kəsilməklə zəbt olunmuş hissəsinin açılması, yəni kollektorun istifadə edilməsinə edilən maneənin öz hesabına aradan qaldırılması və kollektorun qarşısı kəsilmiş hissəsinin açılmasının məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə Sabirabad Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq iddiaçı qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmağı xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sabirabad rayonu Ulacalı Bələdiyyəsinin - Cavabdeh qarşı «bələdiyyə mülkiyyəti olan kollektor (dren) kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-39/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-39/2025
02.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver