Məhkəmə qərarları › İş №2(056)-40/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-40/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-40/2025 10.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiasına dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sabirabad rayon Narlıq kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 1-ci kvartalının 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 14 ha. torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar itifadə halları yoxlanılarkən Sabirabad rayon Narlıq kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 1 saylı dolayının 1-ci kvartalında yerləşən 14 ha torpaq sahəsində qeyriqanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi müəyyən olunmuşdur. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin və Cəlal Məmmədovun iştirakları ilə xx.xx.2023cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-İ-100-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 002800 saylı AKTın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinə keçirilən baxış zamanı Sabirabad rayon sakini Cavabdeh tərəfindən meşə fonduna aid edilən 14 ha. torpaq sahəsinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkdiyi qeyd edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-İ-100-3/2023 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6043 saylı ekspert rəyində qeyd edilir ki, İ. İddiaçı tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi İddiaçınə (meşə fondu torpaqlarına) və ya Cavabdeh aid olması barədə elektron kadastr məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. İİ. İddiaçı tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən su fondu torpaqları kateqoriyasına aid torpaq sahəsidir. İİİ. İddiaçı tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi Cavabdeh verdiyi məlumata əsasən uzun müddətdir (2008-ci ildən) ki, faktiki olaraq onun istifadəsindədir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6043 ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı təşkilatın zəbt olunması istinad edilən və boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” Tekuis və Azcad məlumat bazasında İddiaçınə (meşə fondu torpaqlarına) aid olmadığı və mübahisələndirilən həmin torpaq sahəsinin su fondu torpaqlarına aid edilməsi müəyyən edilir. Məhkəmə araşdırılmış sübutlar (ekspert rəyi) əsasında belə nəticəyə gəlir ki, iddiaçı təşkilatın zəbt olunması istinad edilən və boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” Tekuis və Azcad məlumat bazasında İddiaçınə (meşə fondu torpaqlarına) aid olmadığı və mübahisələndirilən həmin torpaq sahəsinin su fondu torpaqlarına aid edilməsi müəyyən edilir. Beləliklə məhkəmə araşdırılması nəticəsində Cavabdeh İddiaçınə (meşə fondu torpaqlarına) aid torpaq sahəsini zəbt edərək istifadə etməsi və ya hər hansı digər formada müdaxilə edilməsi halları təsdiq edilməmişdir. Bu isə iddiaçı təşkilatın iddia tələblərinin təmin olunması üçün hüquqi əsasların olmamasını göstərir. Beləliklə istinad edilən ekspert rəyi ilə tam təsdiq edilmişdir ki, Cavabdeh Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsinin istifadə edilməsi halında, iddiaçı təşkilatın hüquq və mənafeləri pozulmur. Azərbaycan Respublikası MPM-nın 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İstinad olunan prosessual hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh meşə fondu torpaqlarına aid torpaq sahəsini zəbt edərək istifadə etməsini və ya hər hansı digər formada müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı bir sübut iddiaçı təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Cavabdeh meşə fondu torpaqlarına aid torpaq sahəsini zəbt etmədiyi və ya hər hansı digər formada müdaxilə etmədiyi halda, iddiaçı təşkilatın iddia tələbləri əsassız hesab edilərək rədd edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/6043 saylı məhkəmə tikintitexniki ekspert tədqiqatının 50 (əlli) manat xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırkı iddia tələbləri isə rədd olunduğu halda, məhkəmə xərclərinə aid edilən ekspertiza tədqiqatının dəyəri iddiaçı təşkilatdan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nın 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə iddiası təmin edilməsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/6043 saylı məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaiti İddiaçındən tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar