Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-519/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, ilk iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə ilkin iddia ərizəsi üzrə, iddiaçı Cavabdeh - cavabdeh İddiaçı qarşı «mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə xx.xx.2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk İddiaçı - cavabdeh X5 qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən 0.073 ha. həyətyanı torpaq sahəsindən cavabdeh X7 tərəfindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-75/2015№-li Qətnaməsinə əsasən iddia tələbim təmin edilərək mərhum valideynlərimdən miras qalmış Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə İddiaçı vərəsə kimi pay hüququnun, eləcə də həmin ünvanda yerləşən fərdi yaşayış evinin 0.06 ha. həyətyanı torpaq sahəsinin 0.03 ha. hissəsinin ½ hissəsində İddiaçı, digər ½ hissəsində İddiaçı vərəsə kimi pay hüququnun tanınması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən 0.073 ha. torpaq sahəsinə dair onun adına DƏDRX-in 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən (xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) Seriya RX 0845373№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Xeyli müddət əvvəl qardaşı X12 valideynlərindən onlara miras qalmış daşınmaz əmlakın özünün payına düşən hissəsini, yəni Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ünvan 3 ünvanında yaşayan iddia tələbi üzrə cavabdeh X1. Alqı-satqı xərclərini cavabdehin həyat yoldaşı Fərman Mirzəliyev ödəmişdir. 2024-cü ilin yay ayında o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt və istifadə olunduğunu müəyyən etdikdən sonra, o, cavabdehdən xüsusi mülkiyyətində olan 0.073 ha. torpaq sahəsinin könüllü boşaldılmasını və oradan çıxmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymamış və torpağını qanunsuz istifadəsini davam etmişdir. Göstərilənlərə əsaslanaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı vəsatət verərək cavabdeh X6 iş üzrə əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, mülki iş üzrə cavabdeh X2 Regional «ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notarisunun iştrakı ilə Sabirabad rayonu Cavad kand sakini X3 ilə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlamış və Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında, yeni qaydalara əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 706 ünvanındakı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh satmış, sonuncu isə alqı-satqı müqaviləsi əsasında öz adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən xx.xx.2025-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Bu haqda məlumatı o, son 10 gün ərzində əldə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında İddiaçı vəsatəti təmin edilərək, cavabdeh X7 iş üzrə əsl Cavabdeh ilə əvəz edilmişdir. Eyni zamanda Cavabdeh - cavabdeh İddiaçı qarşı «mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan evinə gedib-gəlmək məqsədilə ona ünvan 5 ünvanında İddiaçı məxsus 0.073 ha. torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan istifadəyə icazə verilməsi (Mülki Məcəllənin 255.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin qapı və darvazadan istifadə olunmağına hər hansı formada yaradılan məhdudiyyətin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında yerləşən mübahisəli ərazidə iki torpaq sahəsi yerləşir, yəni həm ona məxsus 0.06 ha. torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evim, eyni zamanda İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsi yerləşir. Hər iki torpaq sahəsinə yeganə giriş-çıxış imkanları Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında yerləşən dəmir qapıdır (darvaza). Həmin yeganə giriş-çıxış qapısı İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərindədir. Bu cür vəziyyəti elə İddiaçı və onun qardaşı yaratmışlar. Belə ki, Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında yerləşən torpaq sahəsi İddiaçı və onun qardaşları tərəfindən vərəsəlik qaydasında miras əmlak kimi öz aralarında bölgü nəticəsində yaranmış, yəni miras əmlak olmuş torpaq sahəsi qardaşlar arasında bölünsə də, həmin torpaq sahəsinə giriş-çıxış imkanları bir darvazadan olmuşdur. Hazırda o, həmin qardaşlardan birinə əvvəllər məxsus olmuş 81. kv.m. sahədən ibarət fərdi yaşayış evini bəyənib almış və mülkiyyət hüququnu qeydə aldırmışdır və evindən istifadə etməsi üçün həyətyanı sahəyə giriş-çıxış qapısının vahid qapı olmasını bilməmişdir. Qeyd edir ki, İddiaçı əsas tələbi onun və digərlərinin ona məxsus həmin 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində olan darvazadan və giriş çıxış yolundan istifadə etməməsidir. Belə olan halda onun 81. kv.m. sahədən ibarət mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyi üçün yol təminatı məhdudlaşdırılır. Nəzərə çatdırır ki, mülkiyyətində olan fərdi yaşayış evindən küçəyə çıxmağı üçün digər alternativ torpaq sahəsi və ya yol mövcud deyil. Hazırda Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində yerləşən darvazadan hər iki torpaq sahəsinin mülkiyyətçiləri, yəni o və cavabdeh istifadə edir. Hazırkı qarşılıqlı iddia ərizəsində sadaladığı həmin hallar hakim tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Odur ki, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) İddiaçı ilk iddia tələbini müdafiə edib, ilk iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddiasının təmin edilməsini, qarşılıqlı iddia tələbinə isə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunmasını, ilk iddia tələbinin isə rədd edilməsini xahiş edərək, əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi X3 ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında, yeni qaydalara əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 706 ünvanındakı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh tərəfindən satın alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən xx.xx.2025-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən küçəyə çıxmağı üçün digər alternativ torpaq sahəsi və ya yol mövcud deyil. Hazırda Sabirabad şəh. H.Əliyev pr. 6-cı dalan ev 3 ünvanında İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsinin üzərində yerləşən darvazadan hər iki torpaq sahəsinin mülkiyyətçiləri, yəni o və cavabdeh İddiaçı istifadə edir. İlkin iddia təmin olunduğu halda Cavabdeh 81. kv.m. sahədən ibarət mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi üçün yol təminatı məhdudlaşdırılacaqdır və onun mülkiyyət hüquqları pozulacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhəkəməyə teleqram göndərərək qarşılıqlı iddia tələbini müdafiə edib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nın 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq işə cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə ilkin iddia ərizəsi rədd edilməli, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Seriya RX 0845373№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən 0.073 ha. torpaq sahəsinə dair İddiaçı adına tam mülkiyyət hüququ (xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) qeydə alınmışdır. İş materiallarından görünür ki, X3 ilə X7 arasında bağlanmış və Sabirabad Regional «ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notarisu F.A.Qurbanov tərəfindən 4Ə-1274 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Sabirabad şəhəri, H.Əliyev prospekti dalan 6, ev 3 ünvanında (yeni qaydalara əsasən: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 706) yerləşən fərdi yaşayış evini və 0.06 ha. həyətyanı torpaq sahəsini Cavabdeh tərəfindən 22000 manata satın alınmış və həmin alqısatqı əsasında qeyd edilən əmlaklara dair onun mülkiyyət hüquqlarının qeydiyyatı barədə adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən xx.xx.2025-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/4778 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunur ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən mübahisəli ərazidə iki şəxsə aid torpaq sahəsi mövcuddur. İlk İddiaçı məxsus və onun mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsi və cavabdehə məxsus 0.06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mövcuddur. Hər iki torpaq sahəsinin çıxışı ünvan 7 ünvanındadır. Həmin küçəyə giriş-çıxış yolu və dəmir darvaza (darvazanın yerləşdiyi torpaq sahəsi) ilk İddiaçı mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsinin hüdudları daxilindədir. İlk İddiaçı iddiasının əsas tələbi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) və digərlərinin həmin torpaq sahəsindən, darvazadan və giriş-çıxış yolundan istifadə etməməsidir. Belə olan halda cavabdehin və digərlərinin yol təminatı məhdudlaşdırılır və küçəyə birbaşa çıxış üçün həmin ərazidən başqa digər alternativ yol mövcud deyil. Hal-hazırda həmin darvazadan və torpaq sahəsindən hər iki tərəf istifadə edir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Məhkəmə tərəfindən işin araşdırılmış halları (mübahisəli torpaq sahəsinə baxış keçirilməsi) ilə müəyyən edilmişdir ki, ilk İddiaçı ilk iddiası üzrə boşaldılmasını tələb etdiyi və mülkiyyəti olan ünvan 8 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsinin üzərində hər hansı yaşayış və ya qeyri-yaşayış binası və yaxud hər hansı digər tikili olmamaqla, faktiki olaraq İddiaçı tərəfindən həmin boş torpaq sahəsindən istifadə edilmir. Eyni zamanda məhkəmə tərəfindən işin araşdırılmış halları (məhkəmə tikinti-texniki ekspertizasının rəyi) ilə həmçinin o da müəyyən edilmişdir ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 6-cı dalan 3B ünvanında yerləşən mübahisəli ərazidə iki şəxsə aid ayrı-ayrılıqda iki torpaq sahəsi mövcuddur. Bir torpaq ilk İddiaçı mülkiyyəti olan 0.073 ha. torpaq sahəsi, digər torpaq isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus 0.06 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mövcuddur. ünvan 7 ünvanında hər iki torpaq sahəsinin vahid çıxışından küçəyə giriş-çıxış yolu və dəmir darvaza (darvazanın yerləşdiyi torpaq sahəsi) ilk İddiaçı mülkiyyətinə verilmiş 0.073 ha. torpaq sahəsinin hüdudları daxilində olmaqla üzərindən keçir. İlk İddiaçı iddiasının əsas tələbi cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) və digərlərinin həmin torpaq sahəsindən, darvazadan və giriş-çıxış yolundan istifadə etməməsidir. Belə olan halda cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və digərlərinin yol təminatı məhdudlaşdırılır və küçəyə birbaşa çıxış üçün həmin ərazidən başqa digər alternativ yol mövcud deyil. Hal-hazırda həmin darvazadan və torpaq sahəsindən hər iki tərəf istifadə edir. Məhkəmə hesab edir ki, ilk İddiaçı mülkiyyətində olan və boşaldılmasını tələb etdiyi ünvan 8 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qapı və darvaza cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə və evin 0.06 ha. həyətyanı sahəsinə daxil olması üçün vahid giriş-çıxış yolu olduğundan, həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh fərdi yaşayış evindən küçəyə birbaşa çıxış üçün həmin ərazidə 0.073 ha. torpaq sahəsindən başqa digər alternativ yol mövcud olmadığı üçün, ilk iddia tələbi təmin olunaraq Sabirabad şəhəri, H.Əliyev prospekti, dalan 6, ev 3 ünvanında yerləşən 0.073 ha. torpaq sahəsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh çıxarılaraq torpaq sahəsini boşaltdığı halında, Cavabdeh faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən məhrum etmiş olur. Halbuki Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki ilk İddiaçı mülkiyyətində olan 0.073 ha. torpaq sahəsi üzərində hər hansı yaşayış və ya qeyri-yaşayış binası və yaxud hər hansı digər tikili olmamaqla, faktiki olaraq onun tərəfindən həmin boş torpaq sahəsi istifadə edilmədiyi halda, onun tərəfindən hüquqdan sui-istifadə etməklə həmin 0.073 ha. torpaq sahəsindən Cavabdeh istifadəsinə qadağa qoymaq yolu ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən istifadə və mülkiyyət hüquqları hər hansı şəkildə məhdudiyyət yaratması yolverilməzdir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən və evin 0.06 ha. həyətyanı sahəsindən istifadə hüquqlarına yaradıla biləcək məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qeyd edir ki, mövcud vəziyyətdə mülkiyyətçinin hüquqlarının qorunmasını təmin edən qanunvericilikdə bir sıra maddi hüquq normaları müəyyən edlmişdir. Belə ki, Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2, 255.3, 255.4-cü maddələrinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.5, 255.6, 255.7 və 255.8-ci maddələrinə əsasən Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Mülki Məcəllənin 256.1-ci maddəsinə əsasən Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 257.1 və 257.2-ci maddələrinə əsasən Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Mülki Məcəllənin 259-cu maddəsinə əsasən Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol verilmir. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz mənafelərinə mütənasib surətdə çəkirlər. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün. Məhkəmə işin araşdırılmış hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə ilk iddiası əsassız olduğu üçün təmin edilməməli, Cavabdeh - İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi” tələbi barədə qarşılıqlı iddiası təmin edilərək Cavabdeh mülkiyyətində olan evinə gedib-gəlmək məqsədilə ona ünvan 9 ünvanında İddiaçı məxsus 0.073 ha. həyətyanı torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan istifadəyə icazə verilməli (Mülki Məcəllənin 255-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin torpaq sahəsindən, qapı və darvazadan Cavabdeh istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaradılması qadağan edilməlidir. Məhkəmə MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, ilk iddia tələbi rədd, qarşlıqlı iddia isə tam həcmdə təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/4778 saylı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaiti İddiaçı tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbi barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh - İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə icazə verilməsi” tələbi barədə qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh mülkiyyətində olan evinə gedib-gəlmək məqsədilə ona ünvan 9 ünvanında İddiaçı məxsus 0.073 ha. torpaq sahəsindən və həmin torpağın üzərində yerləşən qapı və darvazadan istifadəyə icazə verilsin (Mülki Məcəllənin 255-ci maddəsi ilə müəyyən olunmuş qaydada) və həmin torpaq sahəsindən, qapı və darvazadan Cavabdeh istifadə olunmasına hər hansı formada məhdudiyyətin yaradılması qadağan edilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/4778 saylı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaiti İddiaçı tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-519/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-519/2025
06.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver