Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-60/2024 05.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baxışova (Tağıyeva) Afət Araz qızının və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baxışova (Tağıyeva) Afət Araz qızına və Cavabdeh4 qarşı «mirasın bölüşdürülməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baxışova (Tağıyeva) Afət Araz qızına və Cavabdeh4 qarşı «mirasın bölüşdürülməsi» tələbi barədə iddia əizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 40-da yerləşən 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan evə qanun üzrə vərəsə olaraq onların hər birinin 1/5 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və cavabdehlər xx.xx.2009-cu ildə vəfat etmiş X7 ilə xx.xx.2020-ci ildə vəfat etmiş Nəsirova (Tağıyeva) Sevil Nəsir qızının xx.xx.1968-ci il tarixdə 06 nömrə ilə qeydə alınmış nikahlarından doğulmuşlar. O və cavabdehlər valideynlərinin birinci növbə vərəsələridir. Valideynlərindən miras qalmış əmlak Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 40-da yerləşən 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan evdir. Aralarında mübahisə olduğu üçün mirasın bölünməsinin notariat orqanında həyata keçirilməsi qeyri-mümkün olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, məhkəmə gedişatı zamanı o və cavabdehlər hər biri miras əmlakda hər birinin 1/5 hissədə payının müəyyən edilməsinə etiraz etməmişlər. Ona görə də o, X2 miras qalmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 40-da yerləşən 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan evə qanun üzrə vərəsə olaraq onların hər birinin 1/5 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baxışova (Tağıyeva) Afət Araz qızı və Cavabdeh4 ataları X2 miras qalmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 40-da yerləşən 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan evə hər birinin onların hər birinin 1/5 hissədə payının müəyyən olunmasına və müvafiq qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan mikah haqqında arayışdan görünür ki, X7 ilə X3 xx.xx.1968-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ərə “Tağıyev”, arvada “Tağıyeva” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə kəskin miokard infarktı səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2020-ci ildə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X5 adına tərtib edilmiş çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospektində 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan 40 saylı fərdi yaşayış evi X5 tam payla xüsusi mülkiyyətindədir, bu barədə xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər X7 ilə X1 birgə nikahdan doğulmuş övladları olmaqla həmin şəxslərin birinci növbə vərəsələridirlər. X7 xx.xx.2009-cu ildə, X4 isə xx.xx.2020-ci ildə ölmüşdür. Hazırki vəziyyətdə, yəni təqdim edilən sübutlara əsasən tərəflərin valideynlərindən miras qoyan onların atası X6r. Çünki ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X5 adına tərtib edilmiş çıxarışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospektində 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan 40 saylı fərdi yaşayış evi X5 tam payla xüsusi mülkiyyətindədir, bu barədə xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlər Araz Tağıyevin birinci növbə qanun üzrə vərəsələri olduğundan Araz Tağıyevdən miras qalmış qeyd edilən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində tərəflərin hər birinin bərabər qaydada, yəni 5 (beş) nəfər qanun üzrə vərəsənin olması nəzərə alınmaqla hər birinin 1/5 hissədə payı müəyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri, həmçinin tərəflərin onların atasından miras qalmış əmlakda hər birinin sayına uyğun bərabər qaydada, yəni hər birinin miras əmlakda 1/5 hissədə payının müəyyən edilməsinə etiraz etməməklə razılıq əldə etmələri nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışaa Sabirabad şəhəri, H.Əliyev prospektində 0,0631 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 133,40 kv.m olan 40 saylı fərdi yaşayış evinə X5 birinci növbə vərəsələri İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə, Baxışova (Tağıyeva) Afət Araz qızının 1/5 hissədə və Cavabdeh4 1/5 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-60/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-60/2024
05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver