Məhkəmə qərarları › İş №2(056)-682/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-682/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-682/2025 19.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi1, digər Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: Maraqlı şəxs) «doğum faktının müəyyən olunması» tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs iş üzrə maraqlı şəxs olan) «doğum faktının müəyyən olunması» barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onların faktiki nikahlarından xx.xx.2020-ci ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş oğlan uşağının doğulması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 2017-ci ildə faktiki ailə qurmaqla evlənmişlər. Birgə faktiki nikahlarından xx.xx.2018-ci ildə Məmmədağa və xx.xx.2020-ci ildə Adəm adlı iki uşaqları anadan olmuşdur. Nümayəndə Rusiya Federasiyasında olduqları müddətdə xəstəxanada anadan olduğundan ona doğum haqqında şəhadətnamə almışlar. Lakin Adəm adlı uşaqları 20 aprel 2020-ci ildə yaşadıqları Sabirabad rayonunun Qasımbəyli kəndində xəstəxana şəraitində deyil, ev şəraitində doğulduğundan ona Sabirabad rayon mərkəzi xəstəxanası tərəfindən 103 saylı doğum haqqında tibbi şəhadətnamə ala bilmədikləri üçün Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ona görə də doğumun məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranmışdır. Uşağın sənədi olmadığı üçün və hər bir qeydiyyat elektronlaşdırıldığı üçün onu məktəbəqədər təhsil müəssisəsində qeydiyyatdan keçirə bilmirlər. Bununla da uşağın təhsil almaq hüququ pozulur. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəsini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizəçi Anarın onun oğlu olmasını bildirib, o da ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Anar oğlu xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Krım Respublikasının Simferopol şəhərində anadan olmuşdur. Onun atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş rəydən görünür ki, əsas olmadığı üçün Ərizəçi1 xx.xx.2020-ci ildə doğduğu oğlan uşağına doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, ərizəçilərdən Ərizəçi1 onun qardaşı gəlini, Ərizəçi2 isə qardaşı oğludur. Şəfiqə ilə Anar 2017-ci ildə evlənmiş, onların iki uşağı anadan olmuşdur. Uşaqlardan adı Məmmədağa olan Rusiyada anadan olmuş, Adəm adlı uşaq isə Yolçubəyli kəndində ev şəraitində anadan olmuşdur. Anarın anası mamaça olduğu üçün Şəfiqə evdə doğmuşdur. Uşağın adı Adəm olsa da, kənddə qohumlar arasında ona Pəpi deyilir. Adəm doğulanda o, yaşadığı evdə olmuş, uşağın doğulması xəbərini eşidib bir neçə saat sonra onların evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, ərizəçilərdən Ərizəçi1 onun qızı, Ərizəçi2 isə yeznəsidir. Onların Adəm və Məmmədağa adlı iki övladları vardır. Məmmədağa Rusiyada doğulmuş, ona doğum haqqında şəhadətnamə almışlar. Adəm isə 2020ci ildə Qasımbəyli kəndində Şəfiqəgilin yaşadığı evdə doğulmuşdur. Şəfiqənin qaynanası doğuş həkimi olduğu üçün Adəm evdə doğulmuşdur. Adəm doğulanda o, yaşadığı evdə olmuş, xəbəri eşidəndən sonra onların yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçilərdən Ərizəçi1 onun qaynı gəlini, Ərizəçi2 isə qaynı oğludur. Onların Adəm və Məmmədağa adlı iki övladları vardır. Məmmədağa Rusiyada doğulmuş, ona doğum haqqında şəhadətnamə almışlar. Adəm isə 2020ci ildə Qasımbəyli kəndində yaşadıqları evdə doğulmuşdur. Həmin vaxt həkimə çatdırmağa gecikdiklərindən, Şəfiqənin qaynanası doğuş həkimi olduğu üçün Adəm evdə doğulmuşdur. Adəm doğulanda o, yaşadığı evdə olmuş, Şəfiqənin qaynanası Nailə ona zəng edib çağırmış və ara məsafələri az olduğundan o, qısa müddətdə oraya getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrAnar qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndAnaryi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilmAnardir. Məhkəmə hesab edir ki, Ərizəçi1 xx.xx.2020-ci il tarixdə Sabirabad rayonunun Qasımbəyli kəndində Adəm adlı oğlan uşağı doğmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər izahatlarında uşağına dair doğum haqqında şəhadətnamənin uşağın təhsil hüquqlarının həyata keçirməsi məqsədilə lazım olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 düzgün olaraq məhkəməyə müraciət etmiş və Ərizəçi1 xx.xx.2020ci il tarixdə Adəm adlı uşağı doğması faktı müəyyən olunmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.2020-ci il tarixdə Sabirabad rayonunun Qasımbəyli kəndində Adəm adlı uşağı doğması faktı müəyyən edilsin. Hazırkı qətnamə Maraqlı şəxs tərəfindən doğumun qeydə alınması və müvafiq məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin Adəm adlı uşağa verilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar