Məhkəmə qərarları › İş №2(056)-753/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-753/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-753/2023 30.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın (Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunan) «qohumluq münasibətlərinin müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi maraqlı şəxs kimi qeyd olunan) «qohumluq münasibətlərinin müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 onun babası X7 anası və X9nun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, mərhum X10 onun X9nun nənəsidir. Nənəsi vəfat edənədək mülkiyyətində olan ünvan 1 ünvanında onlarla birlikdə yaşamışdır. X10 xx.xx.1994cü il tarixdə vəfat etmişdir. Ruqiyyə Tağıyevanın əri ŞahƏrizəçi dünya müharibəsi zamanı müharibəyə yollanmış və bir daha geri qayıtmamışdır. Onun üçün də onunla Ruqiyyə arasında rəsmi nikahın bağlanması mümkün olmamışdır. Buna görə də, onun babası Əzizağaya doğum haqqında şəhadətnamə almaq mümkün olmamış və onun doğumu barədə rəsmi akt qeyd tərtib edilməmişdir. Babası Əzizağa xx.xx.1988-ci ildə vəfat etmişdir. X9 xx.xx.2021-ci ildə vəfat etmişdir. Hazırda o və ailəsi birlikdə atasının nənəsi Ruqiyyəyə məxsus evdə yaşayırlar. Lakin nənəsinin övladlarının, yəni babası Əzizağanın doğum haqqında akt qeydləri aşkar olunmadığından və vərəsəlik işi açılmadığından müəyyən problemlərlə qarşılaşmışdır. Onun atası X3 Ruqiyyə Əlişirin qızının layiqli varisi kimi qəbul edilməlidir. Lakin bunun üçün ilk öncə onun babası X8 X5 oğlu olması və onların qohumluq münasibəti məhkəmə qaydasında müəyyən olunmalıdır. Faktın təsdiqi ona vərəsəlik məsələlərinin həlli üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun məzmunda ifadə verib, ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Ərizəçi babası onun babası ilə əmioğlu olmuşdur. Muradın babası Əzizağa olmuş, Ruqiyyə isə Əzizağanın anası, Həmidin isə nənəsi olmuşdur. O, Ruqiyyəni sağlığında görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudr. Ərizəçi babası Əzizağa olmuş, Əzizağa nənəsi Ruqiyyədən daha əvvəl vəfat etmişdir. O da həmçinin Ruqiyyəni sağlığında görmüşdür. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan İİ-JQ No 484309 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1994-cü ildə ürək astması səbəbindən Sabirabad rayonunda vəfat etmişdir. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1994-cü ildə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Sabirabad şəhəri, V.Əhmədov küçəsi, döngə 1, ev 29 olmuş, mərhumun vəfatından sonrakı 6 ay müddətində onunla birgə qeydiyyatda olanlar X14 və X22 olmuşdur. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Sabirabad şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi nənəsi X10 xx.xx.1994-cü ildə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Sabirabad şəhəri, V.Əhmədov küçəsi, döngə 1, ev 29 olmuş, X22, X19, X20, X28, Ərizəçi, X31 və X21 adlı vərəsələri qalmışdır. İş materiallarında olan İİ-JQ No 434112 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1988-ci ildə Saatlı rayonunda vəfat etmişdir. İş materiallarında olan İ-İE No 193205 seriyalı nikah haqqında arayışdan görünür ki, X1 Ərkinaz Murad qızı ilə xx.xx.1960-cı ildə Sabirabad rayonunda nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əskərova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ No 478998 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci ildə baş beyin insultu səbəbindən Sabirabad rayonunda vəfat etmişdir. İş materiallarında olan AZ-İİ No 192049 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2021-ci ildə insulindən asılı şəkərli diabet səbəbindən Sabirabad rayonunda vəfat etmişdir. İş materiallarında olan AZ-İ No 162667 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-ci ildə qaraciyər serrozu səbəbindən Sabirabad rayonunda vəfat etmişdir. İş materiallarında olan xx.xx.1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 vəfat edəcəyi günə mülkiyyətində olan Sabirabad şəhəri Qasımov küçəsi ev 29-da ona məxsus olan yaşayış evini və evində olan bütün əmlakını X17 verilməsini vəsiyyət etmişdir. İş materiallarında olan XİV-JQ No 255486 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuşdur. X9, anası X12r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1 və 307.2.8-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X7 mərhum X4 oğlu və X13 mərhum X4 nəvəsi olması faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X14 və X22 ilə mərhum X10 arasındakı qohumluq münasibəti, yəni X7 mərhum X4 oğlu və X13 mərhum X4 nəvəsi olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar