Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-763/2024 09.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı Cavabdeh qarşı “ zəbt edilmiş torpaq sahəsinin boşaldılması” təlbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” təlbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayonu, Məmişlər kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 1 saylı dolayının 3-cü kvartalında özbaşına tutuduğu (zəbt etdiyi) və əkin üçün istifadə etdiyi 0,80 ha torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmaqla Sabirabad X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə iddia tələbi olaraq qeyd olunmuş Sabirabad meşəbəyliyinin 1 saylı dolayının 3-cü kvartalında özbaşına tutuduğu (zəbt etdiyi) və əkin üçün istifadə etdiyi 0,80 ha torpaq sahəsinin həqiqətən meşə ehtiyyat fond torpaqlarının balansında olmasını təsdiq edən müvafiq sənədlər əlavə edilməmişdir. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cu maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan bütün məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Bununla yanaşı mülki-prosessual qanunvericiliyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (MPM 50.1-ci maddə) İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (MPM 74.2-ci maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının 17.1.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti inzibati orqandır. Həmin qurumun tabeçiliyində olan 3 saylı X2 Mərkəzləri isə inzibati orqan kimi həmin siyahıda qeyd edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə”nin 2.0.6-cı bəndində göstərilir ki, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədi ilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindən biridir. Əsasnamənin 5.4.12-ci bəndində isə qeyd olunur ki, Xidmətin rəisi Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Nazirliyi təmsil edir. Əsasnamədən göründüyü kimi, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə məsələləri ilə bağlı məhkəmələrdə tərəf kimi (iddiaçı və ya cavabdeh) əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi çıxış etməli, Nazirliyinin yanında Meşələrin İnkişafı Xidməti və ya onun yerli bölmələri isə yalnız Nazirliyin verdiyi səlahiyyətlər daxilində (o cümlədən MPM 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlər) məhkəmələrdə Nazirliyin adından iddia qaldıra bilər və ya məhkəmələrdə nümayəndə kimi Nazirliyi təmsil edə bilər. Hazırki iddia ərizəsində isə iddiaçı qismində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” deyil, Meşələrin İnkişafı Xidmətinin “İddiaçı” göstərilmişdir ki, həmin qurum inzibati orqan olmamaqla bərabər həm də hüquqi şəxs statusu olmadığından mülki prosesdə müstəqil tərəf kimi çıxış edə bilməz. Bununla da iddia ərizəsində faktiki olaraq iddiaçının göstərilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası MPM-nın 149.2.2-ci maddəsinin tələbinə əsasən, tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nın 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149- 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı - Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-763/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-763/2024
09.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver