Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-828/2023 09.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi və vərəsə kimi tanınması barədə» xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi və vərəsə kimi tanınması barədə» xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun anası X4 anası Fatma Əmirhəmzə qızının atası, yəni nənəsinin atası olmasının və onun mərhum X2 vərəsəsi kimi tanınması faktının (qohumluq faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə keçmiş Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. X10, anası isə X6 olmuşdur. X10 xx.xx.1996-cı ildə, anası X6 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Qeyd olunanları təsdiq edən müvafiq sənədlər mülki işə əlavə edilmişdir. Anasının anası yəni ana xətti üzrə nənəsi X11 olmuşdur. O, xx.xx.1980-ci ildə vəfat etmişdir. Anasının anası, yəni ana nənəsi X7 atası X3 olmuşdur. Bu hal nənəsi Fatma Ağayevanın doğum haqqında şəhadətnaməsi və Azərbaycan Respublikasının X37 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, H-326N°li arxiv arayışı ilə də təsdiq olunur. Arxiv arayışında Əmir X15 Aslanov, onun arvadları və uşaqları haqqında məlumatlar qeyd olunmuşdur. Onun nənəsi Fatma Əmiraslan qızının adı həmin siyahıda vardır. Anasının babası (nənəsinin atası) olmuş Əmirhəmzə Əmiraslanov 1920-ci ildə vəfat etmiş və Bakı şəhəri, Yasamal qəbrstanlığında dəfn edilmişdir. Lakin onun doğumu, ölümü barədə müvafiq sənədlər əldə etmək mümkün olmamışdır. Faktın təsdiqi ona vərəsəlik məsələlərinin həlli üçün zəruridir. Beləki, o, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən X2 üçüncü növbədə vərəsəsidir. TƏRƏFİN İZAHATİ: Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, o, X19 nəticəsi, yəni nəvəsi Ağayeva-Əmiraslanova Fatmanın nəvəsi və Fatmanın qızı Ağayeva Balacaxanımın qızıdır. Hazırki tələbi ilə analoji tələblə bacısı Güllər Hacıyeva da 2019-cu ildə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Ona görə də o, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının arvadıdır. Təranənin anası Balacaxanım, nənəsi Fatma olub. Eşitdiyinə görə Fatmanın atası Əmirhəmzə adlı şəxs olmuş və Mərdəkanda yaşamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun qayınının gəlinidir. Balacaxanım Təranənin anası, Fatma isə Təranənin nənəsi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Sabirabad rayon Muğangəncəli kənd İN tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Sabirabad rayonu, Muğangəncəli kəndində anandan olmuşdur. X10, anası X5r. Sabirabad rayon İcra Hakimiyyəti başçısının Muğangəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar verilmiş AZ-İİ 297645 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X22 xx.xx.1996-cı ildə kəskin ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında 1996-cı ilin iyun ayının 24cü günündə 18 nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ 884366 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X1 rayonu, Muğangəncəli kəndində 08 may 1980-ci ildə ölmüşdür. Bu barədə xx.xx.1980-cı il kitabın 11 saylı səhifəsində qeydiyyat aparılmışdır. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X14 xx.xx.2013-cü ildə baş beynin infaktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında 2013-cü ilin mart ayının 27-ci günündə 10 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X37 tərəfindən verilmiş 28 iyul 2017-ci il tarixli, H-326 nömrəli arxiv arayışdan görünür ki, Azərbaycan Respublikası X37nin sənədləri üzrə Bakı şəhərinin 1873-1874-cü illərə dair kamera siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: X47 Aslan (sənəddə olduğu kimi) Əmir Aslanov. Onun arvadları: Dosti Əmir qızı - 47 yaş; Xədicə Nağı qızı - 44 yaş. Onun oğlanları: X29 - 29 yaş; X30 - 18 yaş; X38 - 15 yaş; X35 - 14 yaş. Onun qızları: X31 - 17 yaş; X18 - 7 yaş; X33 - 5 yaş. Birinci arvadından olan qanunsuz uşaqları: X25 - 22 yaş. X23 - 21 yaşdır. Azərbaycan Resublikası Milli Arxiv İdarəsi, X37 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, H-325 saylı arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası X37ndəki «Bakı qradonaçalnikinin dəftərxanası» fondunun sənədləri üzrə digər kəndlərdə torpaq sahələri olan Sabunçu kənd sakinlərinin xx.xx.1917-ci ilə dair siyahılarından məlum olur ki, Əmiraslanov qardaşlarının Mərdəkan kəndində şəxsi evləri olmuşdur. Azərbaycan Resublikası Milli Arxiv İdarəsi, X37 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, H-324 saylı arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası X37nin «Bakı quberniyası vergi idarəsi» fondunun sənədlərində, Bakı şəhəri üzrə daşınmaz əmlak sahiblərinin 1913-cü ilə dair siyahılarından məlum olur ki, X19 ünvan 1 ünvanda evi olmuşdur. «ünvan 2 üzrə evlərin nömrələnməsi haqda 1910-cu ilə dair siyahıdan (siyahıya 1929-cu ilə qədər əlavələr olunmuşdur) məlum olur ki, X47 Aslanovun köhnə nömrə ilə Na 26 saylı ünvanda üç mərtəbə yarımdan ibarət olan daş evin sahibi olmuşdur. Siyahının şərhində Varinskaya küçəsi N° 24 qeyd edilmişdir. Ev bələdiyyələşdirilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1000/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X9 “qohumluq münasibətinin müəyyən edilməsi və vərəsə kimi tanınması” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilərək, ərizəçi X9 ana xətti üzrə mərhum X2 3-cü növbə vərəsəsi, yəni qızının nəvəsi olmaqla qohumu olması faktının təsdiq edilməsi qət edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işə məhkəmə araşdırma zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1960-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. X10, anası isə X6 olmuşdur. X10 xx.xx.1996-cı ildə, anası X6 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Qeyd olunanları təsdiq edən müvafiq sənədlər mülki işə əlavə edilmişdir. Anasının anası (nənəsi) X11 olmuşdur. O, xx.xx.1980-ci ildə vəfat etmişdir. Anasının anası, yəni nənəsi X7 atası X3 olmuşdur. Bu hal nənəsi Fatma Ağayevanın doğum haqqında şəhadətnaməsi ilə bərabər Azərbaycan Respublikasının X37 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, H-326N°li arxiv arayışı ilə də təsdiq olunur. .Arxiv arayışında X47 X41, onun arvadları və uşaqları haqqında məlumatlar qeyd olunmuşdur. Onun nənəsi Fatma Əmiraslan qızının adı həmin siyahıda vardır. Yaşı da 22 qeyd olunmuşdur. Anasının babası olmuş Əmirhəmzə Əmiraslanov 1920-ci ildə vəfat etmiş və Yasamal qəbirstanlığında dəfn edilmişdir. Hətta Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1000/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki ərizəçinin bacısının eyni məzmunlu ərizəsi təmin edilmiş, qeyd edilən şəxslə qohumluq münasibətində olmaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.1-ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ərizəçinin bacısının analoji ərizəsinin təmin edilmiş olması halı nəzərə alınmalı, bu xüsusda ərizə əsaslı hesab edilərək təmin edilməli, Ərizəçi ana xətti üzrə mərhum X2 3-cü növbə vərəsəsi, yəni qızının nəvəsi olmaqla qohumu olması faktı təsdiq edilməlidir. NƏTİCƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ana xətti üzrə mərhum X2 3-cü növbə vərəsəsi, yəni qızının nəvəsi olmaqla qohumu olması faktı təsdiq edilsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-828/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-828/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver