Məhkəmə qərarları › İş №2(056)-93/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-93/2025

14.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-93/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə ümumi birgə mülkiyyətdə olan paylara xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən) xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35- 10301 reyestr nömrəli çıxarışa əsasən Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə payı olan Cavabdeh1 2000 manat və 1/30 hissədə payı olan Cavabdeh2 2000 manat kompensasiya ödənilməklə onların həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Babaşov Möhübbət Məmməd oğlundan miras qalmış Sabirabad rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evində və həmin fərdi yaşayış evinə aid 0,45737 ha torpaq sahəsində 1/5 hissədə birinci növbəli vərəsə kimi Babaşov Murad Möhübbət oğlunun, İddiaçı, Babaşov Rövşən Möhübbət oğlunun, Ağammədova (Babaşova) Elza Möhübbət qızının, Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/30 hissədə pay ayrılaraq onların vərəsəlik hüquqları tanınmışdır. Sonra isə Babaşov Murad Möhübbət oğlu, Babaşov Rövşən Möhübbət oğlu və Ağammədova (Babaşova) Elza Möhübbət qızı paylarına düşən hissələrdən onun xeyrinə imtina etmişlər və nəticədə miras qalmış əmlakdan onun payına 28/30 hissə düşmüşdür. Daha sonra ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarış alınmış və həmin çıxarışa əsasən Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə Cavabdeh1, 1/30 hissədə Cavabdeh2 və 28/30 hissədə onun mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan mübahisəli ev mərhum atası Babaşov Möhübbət Məmməd oğlu və mərhum anası Babaşova Həsiyyə Məmmədağa qızının birgə nikahları dövründə tikilmişdir. Bunu qeyd etməklə bildirir ki, Cavabdeh1 evə pay olmasına heç bir mənəvi haqqı yoxdur, çünki cavabdeh həmin evin tikilməsində əziyyət çəkməmiş və evin tikilməsi üçün maddi vəsait xərcləməmişdir. Bundan başqa atası vəfat etdikdən sonra Cavabdeh1 dəfn xərclərini belə çəkməmişdir. Atasının dəfn xərcləri o və digər qardaşları çəkmişdir. Bundan başqa Cavabdeh1 onlara məxsus 1500 manatlıq mal-qara üstündə onları polisə vermişdir. Bundan başqa Cavabdeh1 evdə mübahisə yartmağa bəhanə axtarır, evdə heç nədən mübahisə yaradır və evdə birgə yaşamağa mane olur. Bu səbəbdən də, qanunamüvafiq olaraq cavabdehlərə kompensasiya verməklə onların əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınmasına xitam verilməsi məcburiyyətində qalmışdır. İddiaçı həmçinin göstərdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qeyd olunan qanuna uyğun olaraq o, cavabdehlərin hər birinə 2000 manat kompensasiya təklif edir. Bu məbləğ cavabdehlərin hər birinə düşən kompensasiya məbləğindən 4 dəfə daha çoxdur. Belə ki, o evi qiymətləndirmiş və evin qiyməti 15300 manat müəyyən edilmişdir. Bu hesabla cavabdehlərin hər birinə 510 manat kompensasiya düşür. 1530 manatı 30 paya böldükdə 1 pay üçün 510 manat kompensasiya düşür. Göstərilənləri nəzərə alaraq ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarışa əsasən Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə payı olan Cavabdeh1 2000 manat və 1/30 hissədə payı olan Cavabdeh2 2000 manat kompensasiya ödənilməklə onların həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izhatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2004cü ildə mərhum Babaşov Möhübbət Məmməd oğlu ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra 2005-ci ildə onların Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. O, mərhum Cavabdeh2 ikinci arvadıdır. İddiaçının tələbinə etiraz edərək qeyd edir ki, ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35- 10301 reyestr nömrəli çıxarış alınmış və həmin çıxarışa əsasən Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə Cavabdeh1, 1/30 hissədə Cavabdeh2 və 28/30 hissədə onun mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi mərhum Babaşov Möhübbət Məmməd oğlundan qalan miras evdə onun da payı var və o, həmin evdə 2004-cü ildən yaşadığından evdən çıxmaq fikri yoxdur. Ələvə olaraq qeyd edir ki, o və oğlu Cavabdeh2 iddiaçının evdə yaşamasına heç bir əngəl törətmir, onun işlərinə qarışmır və orada rahat yaşamasına iddiaçıya mane olmur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 Cavabdeh1 izhatına uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(056)-36/2021 saylı qətnaməsinin surətindən görünür ki, miras qoyan Babaşov Möhübbət Məmməd oğlundan Sabirabad rayonu, Qaralar kəndində yerləşan fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinə aid 0,45737 ha torpaq sahəsinin miras qalmış 1/5 hissədə payına birinci növbəli vərəsə kimi Babaşov Murad Möhübbət oğlunun, İddiaçı, Babaşov Rövşən Möhübbət oğlunun, Ağammədova (Babaşova) Elza Möhübbət qızının, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/30 hissədə vərəsəlik hüquqları tanınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə Cavabdeh1, 1/30 hissədə Cavabdeh2 və 28/30 hissədə İddiaçı payı vardır. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ƏMDX-nın DƏDK və RPHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35-10301 reyestr nömrəli çıxarışa əsasən Sabirabad rayonu Qaralar kəndində yerləşən 0,4573 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 138,80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/30 hissədə Cavabdeh1, 1/30 hissədə Cavabdeh2 və 28/30 hissədə İddiaçı payı vardır. İddiaçı Mülki Məcəllənin 220.4-ci maddəsinə istinad edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi 4000 manat hər birinə isə 2000 manat kompensasiya ödəməklə onların xx.xx.2021-ci il tarixli çıxarışdakı göstərilən paylarından imtina etmələrini tələb edir. Eyni zamanda iddiaçı əsas gətirir ki, mərhum atası-miras qoyan Babaşov Möhübbət Məmməd oğlu vəfat etdikdən sonra Cavabdeh1 dəfn xərclərini çəkməmişdir, atasının dəfn xərcləri o və digər qardaşları çəkmişdir, Cavabdeh1 onlara məxsus 1500 manatlıq malqara üstündə onları polisə vermişdir, Cavabdeh1 evdə mübahisə yaratmağa bəhanə axtarır, evdə heç nədən mübahisə yaradır və evdə birgə yaşamağa mane olur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi əsaslar iddianın təmin olunmasına əsas ola bilməz, çünki cavabdehlər kompensasiya alaraq mülkiyətlərində olan əmlakdan imtina etmirlər və onların mülkiyyət hüququ müvafiq qanunvericiliklə qorunur. Bu sbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə ümumi birgə mülkiyyətdə olan paylara xitam verilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə ümumi birgə mülkiyyətdə olan paylara xitam verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar