Məhkəmə qərarları › İş №2(056)-967/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-967/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-967/2025 24.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: Ərizəçi «Qohumluq münasibətinin müəyyən edilməsi barədə» xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci ildə vəfat etmiş X8 onun nənəsi, yəni, xx.xx.2007-ci ildə ildə vəfat etmiş X2 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, ərizəçi X10 xx.xx.1970-ci ildə Sabirabad rayonu, Şıxsalahh kəndində anadan olmuşdur. X3, anası isə X11 olmuşdur. X23 xx.xx.2007-cİ ildə, anası Səkinəxamm Nərimanova xx.xx.2016-cı ildə vəfat etmişlər. xx.xx.2002-ci ildə vəfat etmiş X13 onun nənəsidir. Yəni, mərhum Mərziyə Nərimanova onun X23un anasıdır. X2 barəsində avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar olunmadığından miras məsələlərinin həllində qohumluq münasibətini müəyyən etmək çətinlik yaradır. Buna görə də Sabirabad regional «Asan Xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 244№li məktubla vərəsəliklə bağlı imtinaya səbəb olmuşdur. Bu səbəbdən qohumluq münasibətinin müəyyən edilməsi, yəni xx.xx.2002-ci ildə vəfat etmiş X8 onun nənəsi, X23un anası olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Faktın təsdiqi mənə vərəsəlik məsələlərinin həlli üçün zəruridir. TƏRƏFİN İZAHATİ: Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi onun dayısı oğludur. Atası Əliqardaş, anası Səkinə ata nənəsi Mərziyə olmuşdur. Mərziyəni yaşayan dövrdə görmüşdür. Yoldaşı öləndən sonra Əliqardaşla yaşamışdır. Sabirabad rayonu, Şıxsalahlı kəndində Əliqardaşın evində ölmüşdür. Yaşlı olmuşdur. Dəfnində iştirak etmişdir. Yas məclislərində də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşdır. Anası Səkinəxanım olmuş, ata nənəsi Mərziyə Zülfi qızı olmuşdur. Nənəsi oğlu Əliqardaşla yaşamışdır. 2001-ci ildə isə Əliqardaşın evində Sabirabad rayonu, Şıxsalahlı kəndində vəfat etmişdir. Dəfn və yasda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun dayısı oğludur. Atası Əliqardaş, ana nənəsi Mərziyə olmuşdur. Nənəsi dayısı Əliqardaşla yaşamışlar. 2002-ci ildə nənəsi dayısı evində Sabirabad rayonu, Şıxsalahlı kəndində vəfat etmişdir. Ölüm səbəbi isə xəstə olmuş və infakt keçirtmişdir. Dəfn və yaş mərasimində iştirak etmişdir. Evləri də yaxındı. Vüqargillə nənəsi yaşamışdır. Dayısı şikəst olduğu üçün anası yanında saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, onun atası ilə Vüqarın atası əmi oğludur. Ata nənəsinin adı Mərziyə olmuşdur. Mərziyə Əliqardaşla yaşamışdır. Dəqiq tarixini bilmir, amma 2007-ci ildə vəfat etməsini bilir. Nənəsi kənddə dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Yaşlı idi, ölüm səbəbini xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Sabirabad RİHB-nın Şıxsalahlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 271138 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X1 rayonu, Şıxsalahlı kəndində ürək aşması, xroniki bronxit səbəbindən xx.xx.2007-cci ildə ölmüşdür. Bu barədə xx.xx.2007-ci il kitabın 15 saylı səhifəsində qeydiyyat aparılmışdır. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 1974-cü il tarixdə verilmiş İİ-Ж nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx xxxx 1970-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində doğulmuşdur. X3 və anası isə X7r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1974-cü ilin avqust ayının 23-cü günündə 170 nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən 28 dekabr 2024-cü il tarixdə verilmiş 3-16-5/4-3153- 24 saylı arayışdan görünür ki, X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə xx.xx.2024cü ilədək “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Sabirabad Regional «Asan Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən Sabirabad rayonu, Osmanlı kəndində qeydiyyatda olan Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 244 nömrəli məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2002-ci il tarixində vəfat etmiş nənəsi X13 ilə qohumluq münasibətini təsdiq edən X2 doğumu haqqında şəhadətnaməsi olmalı halda yoxdur. Notariat haqqında qanunun 59-cu maddəsində göstərilir ki, “Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. ” Odur ki, hazırki vəziyyətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanuna ziddir. Buna görə də tövsiyə olunmuşdur ki, vərəsəlik işi ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi göstərilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/4-365-25 saylı arayışdan görünür ki, X9 xx.xx.2016-cı ildə miokard infarktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında xx.xx.2016-cı il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xx/xx-1145 saylı arayışdan görünür ki, X13 xx.xx.2002-ci ildə miokard infarktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında xx.xx.2002-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmə araşdırma zamanı müəyyən olundu ki, xx.xx.2002-ci ildə vəfat etmiş X8 həqiqətən Ərizəçi nənəsi, yəni xx.xx.2007-ci ildə ildə vəfat etmiş X2 anası olmuşdur. Bu fakt ərizəçinin yaxın qohumları, eyni zamanda mərhumun digər nəvələrinin şahid qismində vermiş olduqları ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.1-ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməli, xx.xx.2002-ci ildə vəfat etmiş X8 həqiqətən Ərizəçi nənəsi, yəni, xx.xx.2007-ci ildə ildə vəfat etmiş X2 anası olmaqla qohumu olması faktı təsdiq edilməlidir. NƏTİCƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə vəfat etmiş X8 Ərizəçi nənəsi, yəni, xx.xx.2007-ci ildə ildə vəfat etmiş X2 anası olmaqla qohumu olması faktı təsdiq edilsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar