Məhkəmə qərarları › İş №2(056)-983/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-983/2025

26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-983/2025 26.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «cehiz əmlakların evdən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «cehiz əmlakların evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əmlaklar olan 1 dəst yataq dəstinin, 1 dəst qonaq otağı dəstinin, 1 dəst mətbəx mebelinin, 1 ədəd aspiratorun, 1 ədəd qaz peçinin, 1 ədəd soyuducunun, 1 ədəd televizorun, 4 ədəd çilçırağın, 4 ədəd xalçanın, 1 ədəd paltaryuyanın, 2 ədəd qazan dəstinin, 1 ədəd çaydanın, 2 ədəd çaynikin, 2 ədəd padnosun, 1 ədəd kamotun, 6 ədəd pərdənin, qaşıq-çəngəl dəstinin, 1 ədəd çuğun qazanın, 1 ədəd tozsoranın, 1 ədəd ətçəkənin, 1 ədəd mikserin, mətbəx qablarının, 1 ədəd elektrik samovarının, 1 ədəd elektrikli sobanın, kamot qablarının, 1 ədəd taxt üçün yorğan döşəyin, qaçıq-çəngəl dəstinin, 2 ədəd gecə lampasının, 1 ədəd güldanın, 1 ədəd saatın, 1 ədəd uşaq beşiyinin, servant qablarının, 2 ədəd adyalın, 1 ədəd stolun, 6 ədəd stulun və 1 ədəd dörd ayağın Sabirabad rayonu Şıxsalahlı kəndində inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, oğlu X4 Cavabdeh ilə nikahları Sabirabad rayon Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 365 nömrəli qeyd ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə X11 adlı bir uşaqları anadan olmuşdur. Oğlu cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşamışlar. Tərəflər arasında olan nikah münasibətləri formal xarakter daşıdığından, ər-arvad münasibətləri tamamilə pozulmuş, birgə bir ailədə yaşamaqları qeyri-mümkün olduğundan nikahın pozulması ilə əlaqədar Sabirabad Rayon Məhkəməsinə müraciət edilmiş, Sabirabad Rayon Məhkəməsinin e-2(056)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2022-ci il tarixdə X7 anası Cavabdeh yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay X3 qazancının ¼ hissəsinin ytutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflər artıq bir il yarımdır ki, birgə təsərrüfat idarə etmirlər. Sabirabad Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Ailə qurandan sonra cavabdeh cehiz əmlakını Sabirabad rayonu Şıxsalahlı kəndində inşa edilmiş fərdi yaşayış evinə gətirmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan Cavabdeh cehiz əmlakın yerləşdiyi ünvanda yaşamır. Cavabdehə məxsus cehiz əmlakları yaşadığı fərdi yaşayış evində qalmaqdadır. Bu barədə cavabdeh tərəfə dəfələrlə gəlib cehizlərini aparmalarını xahiş etsələr də, cavabdeh tərəf cehiz əmlaklarını evdən aparmaq istəmir. Cavabdehə məxsus cehiz əmlakları yaşadıqları evin çox hissəsini tutur və bu da onun və ailə üzvlərinin yaşayış şəraitini məhdudlaşdırır. O və ailə üzvləri fərdi yaşayış evindən rahat istifadə edə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia əsaslı hesab edilərək edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ No 434856 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şəmnur Ariz qızı ilə xx.xx.2021-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, arvada Məmmədli soyadı verilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin e-2(056)-144/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, X4 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sabirabad regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 365 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay X3 qazancının ¼ hissəsi məbləğində alimentin X2 tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Sabirabad RİH Şıxsalahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-34/2-106-2025 nömrəli arayışdan görünür ki, İddiaçı nümayəndəliyin Şıxsalahlı kəndində olan N01 N156 nömrəli təsərrüfat özünə məxsusdur və hal-hazırda həmin evdə yaşayır. Arayışa təsərrüfat kitabından çıxarışlar əlavə edilmiş, məhkəmə həmin çıxarışları da tədqiq etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, cavabdeh iddiaçının keçmiş gəlini olmuş, cavabdeh gəlin gələrkən iddiaçının gözlənilən mülkiyyət hüququ olan və təsərrüfatbaşına kitabda iddiaçının adına qeydə alınmış fərdi yaşayış evinə öz cehiz əşyalarını yerləşdirmiş, hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, cavabdeh cehizlərinin yerləşdiyi fərdi yaşayış evini tərk etmişdir. İddiaçı gözlənilən mülkiyyət hüququnun məhdudlaşması əsası ilə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cehiz əmlakların çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinə münasibətdə gözlənilən mülkiyyət hüququ olduğundan hazırki mübahisəyə Mülki Məcəllənin mülkiyyət hüququnun qorunması ilə əlaqədar normaları tətbiq edilməli və mübahisə bu xüsusda həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən,.bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə qorunur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, sadalanan qanunvericilik normalarının tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlaklar olan 1 dəst yataq dəsti, 1 dəst qonaq otağı dəsti, 1 dəst mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd qaz peçi, 1 ədəd soyuducu, 1 ədəd televizor, 4 ədəd çilçıraq, 4 ədəd xalça, 1 ədəd paltaryuyan, 2 ədəd qazan dəsti, 1 ədəd çaydan, 2 ədəd çaynik, 2 ədəd padnos, 1 ədəd kamot, 6 ədəd pərdə, qaşıq-çəngəl dəsti, 1 ədəd çuğun qazan, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən, 1 ədəd mikser, mətbəx qabları, 1 ədəd elektrik samovarı, 1 ədəd elektrikli soba, kamot qabları, 1 ədəd taxt üçün yorğan döşək, qaçıq-çəngəl dəsti, 2 ədəd gecə lampası, 1 ədəd güldan, 1 ədəd saat, 1 ədəd uşaq beşiyi, servant qabları, 2 ədəd adyal, 1 ədəd stol, 6 ədəd stul və 1 ədəd dörd ayaq İddiaçı məxsus Sabirabad rayonu Şıxsalahlı kəndində inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh öz vəsaiti hesabına çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar