Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-103/2023 18.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə dəymiş ziyanın ödənilməsi və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh tərəfindən hər cür maneəçilik hərəkətlərinə qadağa qoyulması, İddiaçı məxsus hasarın sökülməsinə görə 500 manat dəymiş maddi ziyan alınaraq ona ödənilməsi və Cavabdeh zəbt etdiyi 2mx15 m olmaqla 30 kvm torpaq sahəsi boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, nümayəndəsi olduğu şəxs reyestr nömrəsi **********76-10301 olan qeydiyyat nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli reyestr çıxarışına əsasən hazırda nikahda olduğu X5 ilə birgə nikah dövründə əldə edilmiş Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 3-cü döngə, ev 12(yeni qaydalarla ünvan 1 ünvanda mülkiyyət hüquqlu ilə evləri vardır.Həmin evdə iddiaçı təmir-tikinti işi apararkən qonşuluqda olan Cavabdeh və onun anasının təzyiq və təhqirlərinə məruz qalmışdır. İki dəfə iddiaçının daş hasarı əsassız olaraq sökülmüşdür. Bu hadisələri İddiaçı bir neçə dəfə lentə almışdır. İddiaçı ustalara 200 manat, materiala görə 300 manat pul xərcləmiş, hasar söküldüyü üçün ona maddi ziyan dəymişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 2mx15m olmaqla 30 kvm torpaq sahəsi zəbt edilmişdir. Dəfələrlə iddiaçı cavabdehə şifahi və yazılı xəbərdarlıq etsə də, heç bir xeyri olmamışdır. İddiaçının arvadı R.Ağalarovaya məxsus həyətyanı torpaq sahəsinin bir hissəsində inşa olunmuş daş hasarı cavabdeh icra hakimiyyətinə müraciət edərək, xx.xx.2021-ci ildə şəhər inzibati ərazi nümayəndəsi tərəfindən göndərilmiş traktor vasitəsi ilə hasarı sökdürmüşdür. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq uşağının səhhəti ilə əlaqədar işdə iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salmasını xahiş etmişdir. Məhkəməyə əlavə sənədlər təqdim edəcəyini və X.R.Ulutürk küçəsində olan yola yerində baxış keçirilməsini xahiş etmişdir.Məhkəmə cavabdehin vermiş olduğu teleqramla bağlı qeyd edir ki, məhkəmə baxışı artıq iki dəfə təxirə salımış, üçüncü dəfə təxirə salınması üçün heç bir əsas yoxdur.Cavabdeh məhkəmə baxışı iclasını yubatmaq məqsədi ilə teleqram vermiş və teleqramda göstərdiyi uşağının xəstəliyi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: AZ5200 ünvan 2 ünvanında yerləşən 0,0166 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Məhkəmədə elan olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında nikah 19 iyun 1982-ci ildə Salyan rayon VVAQ şöbəsində 100 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, reystr nömrəsi **********76-10301 nömrəli çıxarışa əsasən İddiaçı arvadı X1 mülkiyyətində, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, 3-cü döngə, ev 12( yeni qaydalarla ünvan 1 ünvanında olan 0,0166 ha həyətyanı torpaq sahəsinin 50 kv.m hissəsinə, Cavabdeh tərəfindən ümumi istifadə üçün yol olduğu iddia edilmişdir. Mübahisəli torpaq sahəsi daş hasara alınmışdır. Daş hasara alınmış mübahisəli torpaq sahəsi reyestr nömrəsi **********76-10301 nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan 0,0166 ha torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmədə elan olunmuş X12, X7, X13, X10, X11 və X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə günün 2-ci yarısında yaşadıqları binanın qarşısında tanıdıqları vətəndaş İddiaçı məxsus mülkiyyətində olan evin daş hasarının traktorçu (mexlopata) X3 tərəfindən sökülmüşdür. Məhkəməda baxış keçirilmiş videodisklərə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının iddia etdiyi arvadının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsindən iddiaçının istifadə etməsinə imkan vermir, iddiaçıya mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. İddiaçının qeyd etdiyi daş hasarın sökülməsi ilə bağlı baş vermiş nəticə ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunmamış, onun tərəfindən hasarın sökülməsini təsdiq edən sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddianın 500 manat ziyan tələbi barədə hissəsinin rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul Cavabdeh tutulub İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 mülkiyyətində olan Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində (yeni qaydalarla: AZ5200 ünvan 2 yerləşən fərdi yaşayış evinin 0,0166 ha torpaq sahəsi ilə bağlı hərəkətlərinə qadağa qoyulsun, X1 mülkiyyətində olan Cavabdeh zəbt etdiyi 2 m x15 m olmaqla 30 kvm torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-103/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-103/2023
18.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver