Məhkəmə qərarları › İş №2(057)-104/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-104/2024

23.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-104/2024 23.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, Salyan rayon Xalac kəndində özü və ailə üzvlərinə məxsus 0.3717 ha torpaq sahəsi vardır. Həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən ********** saylı qeydiyyat nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. 2023-cü ilin avqust ayında həmin torpağa çıxarış almaq istəmişdir. Bu barədə aidiyyəti quruma müraciət etmişdir. Kənd bələdiyyəsinin və kənd ərazi nümayəndələrinin iştirakı ilə Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları yerini ölçərək sahənin konturlarını çıxarmışlar. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları torpağı ölçən zaman torpağı 20 sot əksik çıxmışdır. Onlar torpağın zəbt olunmuş hissələrin cavabdehlərin torpaq sahələrinə düşdüyünü bildirmişlər. Cavabdehlərə bunu desədə heç bir nəticəsi olmamışdır. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı torpağının 0,20 ha hissəsi qonşu sahənin sahibləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirmişdir. Dəfələrlə onlara şifahi xəbədarlıq etməyinə baxmayaraq, cavabdehlər onun torpaq sahəsindən çıxmamışlar. Odur ki, Salyan rayonu, Xalac kəndində yerləşən ona məxsus zəbt olunmuş 0,20 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin təmin olunması xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 bildirmişdir ki, heç bir torpaq sahəsini tutmamışdır. Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 bildirmişdir ki, cavabdehin torpağını tutmamış, mübahisəli torpaq sahəsi ona məxsusdur.Odur ki, verilmiş iddanın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli 3-21-3- 38/2-1570/2024 saylı məktubundan görünür ki, dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, Reyestr nömrəsi **********72 olan çıxarışa əsasən Salyan rayonu Xalac kəndinin çöl ərazisində yerləşən İddiaçı Əliniyaz oğlunun xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.3717 ha torpaq sahəsinin 0.2099 ha olan hissəsi Cavabdeh2 Abdulxeyr oğlu tərəfindən istifadə olunur. Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Salyan rayonu, Xalac kəndinin çöl ərazisində yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.702242 ha torpaq sahəsinin sərhədləri və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Salyan rayonu, Xalac kəndinin çöl ərazisində yerləşən X1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.9683 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cu ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Xalac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3717 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,3717 ha torpaq sahəsinin 0,2099 ha hissəsini zəbt edərək qanunsuz istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan o, iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəX2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin vermiş olduğu xx.xx.2023-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Salyan rayonunun Xalac kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,3717 ha torpaq sahəsinin 0,2099 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılsın. Mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 95 manat cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar