Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1081/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “torpaq” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “torpaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı, 80913028 kodlu Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin Bölgü Planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1,24 ha və 2,934239 ha hissələrə uyğun olaraq bölünməsi və Notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5,60 ha torpaq sahəsinin 1,24 ha hissəsinin onun sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər "Torpağın mülkiyyətə verilməsinə dair" JN 217 saylı, 80913028 kodlu "Dövlət Aktı"-na əsasən ümumi birgə mülkiyyət hüququ əsasında onlara və digər ailə üzvlərinə məxsus, Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5,60 ha torpaq sahəsinin 1,24 ha hissəsini xx.xx.2006-cı il tarixdə notariat kontorunda Alqı-satqı müqaviləsi bağlamaqla 1360 manata ona satmışlar. Notariat kontorunda bağlanmış həmin müqavilə cavabdehlər Cavabdeh1 və Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı tərəfindən imzalanmışdır. Müqavilə əsasında cavabdehlərlə, onların ailə üzvlərinin mülkiyyətlərində 2,934239 ha torpaq sahəsi qalmışdır. Adı çəkilən Alq-satqı müqaviləsindən görünür ki, doğrudan da cavabdehlar Salyan rayonu, Boranıkənd kəndində yerləşən ümumi sahəsi 5.60 ha olan torpaq sahəsini 1.24 ha hissəsini 1360 məbləğinə ona satmışlar. Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli qeyddən görünür ki, müqavilə hal-hazırda da qüvvədədir. Alq-satqı müqaviləsi bağlanıldıqdan sonra qeyd olunan Dövlət Aktında göstərilmiş torpaq sahəsi bölgü planına əsasən onunla cavabdehlar arasında bölünmüş və müvafiq çizgi də çəkilmişdir. Lakin həmin bölgü planını DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə təqdim edib torpağa dair müvafiq çıxarış almaq istədikdə bölgü planında cavabdehlərin hamısının imzaları olmadığı üçün ona çıxarışı verməkdən imtina etmişlər. Hal-hazırda da cavabdehlər həmin bölgü planını imzalamaqdan imtina edirlər. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsini mülkiyyətçi olan cavabdehlərdən qanuni əsaslarla, alqı-satqı müqaviləsi əsasında əldə etmiş, torpağın sahibi olaraq həmin sahə almış olduğu 2006-cı il tarixindən hal-hazıra kimi onun istifadəsindədir və bununla bağlı cavabdehlərin yanlız 2022-ci il tarixindan şikayət və etirazları yaranmışdır. Hazırda adı çəkilən torpaq sahəsinin faktiki olaraq sahibidir. Əlavə olaraq cavabdehlərin razılığı ilə onların iradəsi əleyhinə olmadan mübahisəli torpaq sahəsini notariat kontorunda reyestrdə 40-270 sayı ilə rəsmiləşdirilmiş 05 oktyabr 2006-cı il tarixli Alqı-satqı müqaviləsi əsasında əldə etməyinə baxmayaraq cavabdehlər mübahisəli torpağa dair alqı-satqı müqaviləsinin bağlandığından təxminən 17 il əvvəl, yəni, 2006-cı ildən xəbərdar olduqlarını etiraf edərək hüquqlarının pozulduğunu bildirsələr də, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamalarının səbəbini əsaslandırmamışlar və həmin sahə üzərində vicdanlı alıcı olduğunu nəzərə almırlar. Göründüyü kimi cavabdehlər mübahisəli torpaq sahəsinin satıldığından təxminən 17 il əvvəl xəbərdar olduqlarını etiraf etsələr də, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamışlar. İddiaçı olaraq o, İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 və X6 qarşı "əmlakın naturada bölünməsi"-nə dair iddia tələbi ilə Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin iş üzrə adı çəkilən qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və X11 apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə (Hakimlər: X15 (sədrlik edən və məruzəçi), X19 va X12) apellyasiya şikayəti qismən təmin olunmuş və iş üzrə Salyan Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ləğv edilərək cavabdehlər Cavabdeh1 və X6 qarşı "əmlakın naturada bölünməsi"-nə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qaldığından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1111/2023 saylı qararı ilə kassasiya şikayəti təmin olunmamışdır. Qeyd olunmuş əsaslarla bağlı aşağıdakı əlavə qeydləri diqqətə çatdırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi iki əsasla ləğv edilmişdir mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması, iddianın digər mülkiyyətçilərin hamısına deyil, yanlız torpaq sahəsini satmış satıcılara yönəlməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1111/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qanuni hesab edilməmiş, ləğv edilməsi isə qanuni hesab edilmiş və eyni məzmunlu iddia tələbi ilə təkrar digər paylı mülkiyyətçilər olan əsl cavabdehlərə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddia ərizəsində cavabdehləri 07 nəfər qeyd etmişdir. Lakin apellyasiya şikayətində 09 nəfər göstərilmişdir. Mətləb vəfat etdikdən 02 il sonra torpaq üzərində mübahisə başlamışdır. Torpağı 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Lakin cavabdehlər mübahisəli torpaq sahəsinin satıldığından təxminən 17 il əvvəl xəbərdar olmalarına baxmayaraq, bu müddət ərzində müqavilənin etibarsızlığına dair məhkəmədə iddia qaldırmamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 göstərmişdir ki, iş üzrə 07 nəfər cavabdeh vardır. Mübahisəli torpaq sahəsi 07 nəfərə aiddir. Siyasət torpaq sahəsinin bir hissəsini 1360 manata Cavabdeh1 və X4 almışdır. Həmin torpaq sahəsi naturada bölünərək müvafiq çizgi çəkilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs hal-hazırda torpağın çıxarışını ala bilmir. Cavabdehlər bölgü planını imzalamaqdan imtina edirlər. 2006-cı ildən hal-hazıra kimi Siyasət torpaq sahəsinin sahibidir. Cavabdehlərin yanlız 2022-ci il tarixdən iddiaçıya qarşı şikayət və etirazları yaranmışdır. Nümayəndəsi olduğu şəxs cavabdehlər Cavabdeh1 və X6 qarşı “əmlakın naturada bölünməsi”-nə dair iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-416/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə cavabdehlər Mülayim və Nisə apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1799/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən narazı qaldığı üçün kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, ona niyə görə vaxtında iddia qaldırılmadığı deyilmişdir. O da, cavabında bildirmişdir ki, cavan bacı, qardaş itirmişdir. Onların yas mərsimlərinə başı qarışmışdır. Əri də vəfat etmişdir. Torpağın 15 il müddətinə icarəyə verilməsinə imza etmişdir. Ömürlük verilməsinə razı deyildir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh, həmçinin iş üzrə digər cavabdeh X5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 bildirmişdir ki, vəkilin çıxışı ilə razı deyildir. Qardaşı torpağı 15 ilə icarəyə vermişdir. Həmin vaxt notariusda anası iştirak etmiş, bacısı Nisə Zeynalova iştirak etməmişdir. İmza bacısı Nisəyə aid deyildir.Torpaq 15 il müddətinə icarəyə verildiyi üçün bacısı Nisə demişdir ki, qardaşı onun torpağını icarəyə vermişdir. Onun qardaşı vəfat etdiyi üçün onlar o vaxt iddia qaldırmamışlar. Siyasət torpaqdan 02 il müddətinə istifadə etdikdən sonra torpağı başqa adama satmışdır. İddiaya qarşı qarşılıqlı iddia verməmişdir. Birinci məhkəmə iclasının nəticələri barədə olan sənədlər kəndə anasının ünvanına getmişdir. Anası savadsızdır, özü isə Bakı şəhərində yaşayır. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan “Torpağa Mülkiyyət Hüququna Dair” JN-217 KOD 80913028 saylı Dövlət Aktından görünür ki, Salyan rayonu, Boranıkənd kəndinin sakini X8 və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixində 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. İş materiallarında olan 05 oktyabr 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə iş üzrə cavabdehlər Cavabdeh1 və X11 tərəfindən dəyəri 1360 manat olmaqla hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini satmışdırlar. Bu müqaviləni Salyan 1 saylı Notariat Kontorunun notariusu X9 təsdiqləmiş, 15 noyabr 2021-ci il tarixində Salyan 2 saylı Notariat Ofisinin X1 müqavilənin hal-hazırda qüvvədə olmasını təsdiqləmişdir. İş materiallarında olan mübahisəli torpaq sahəsinin bölgü planından görünür ki, tərtib edən X22 torpaq sahəsinin 1,24 ha hissəsinin satılmasını və İddiaçı aid olmasını və həmin hissənin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsini planda göstərmiş və imzası ilə təsdiqləmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qzına qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin edilmiş, X22 tərəfindən tərtib edilmiş “Salyan rayonu, Boranıkənd kəndində yerləşən X13 və ailə üzvlərinə məxsus JN-217 saylı konturda yerləşən 4.174239 ha torpaq sahəsinin 1.24 ha hissəsi Bölgü Planı”-na əsasən naturada bölənərək iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1799/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-416/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1111/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1799/2022 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu, Boranıkənd kəndinin sakini X8 və onun ailə üzvlərinə Salyan rayonu Aqrar İstehsalat Komissiyası tərəfindən 28 aprel 2000-ci il tarixində 5.60 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. 05 oktyabr 2006-cı il tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və X11 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra iddiaçı 1.24 ha torpaq sahəsini əldə edərək istifadə edir. Müqavilənin şərtlərinə görə, hazırki iş üzrə cavabdeh olan satıcıların mülkiyyət hüquqları iddiaçıya keçmişdir. lə tərəfindən dəyəri 1360 manat olmaqla hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin 1,24 ha hissəsini satmışdırlar. Ttorpaq sahəsinin bölgü planından görünür ki, tərtib edən X22 torpaq sahəsinin 1,24 ha hissəsinin satılmasını və İddiaçı aid olmasını və həmin hissənin ümumi torpaq sahəsinin hansı hissəsində yerləşməsini planda göstərmiş və imzası ilə təsdiqləmişdir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsin əəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yanlız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 217 saylı, 80913028 kodlu Dövlət Aktına əsasən Salyan rayonu, Boranıkənd kəndində yerləşən 5.60 ha torpaq sahəsinin bölgü planına görə cavabdehlər arasında naturada, müvafiq olaraq 1.24 ha və 2.934239 ha hissələrə uyğun olaraq bölünsün. Notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.60 ha torpaq sahəsinin 1.24 ha hissəsi iddiaçının sahibliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1081/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1081/2023
22.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver