Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1083/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və evdə yaşayan digər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində yerləşən fərdi yaşayış evindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanda yerləşən reyestr nömrəsi seriya RX ******* saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa əsasən 208.9 kvm olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Əmlak xx.xx.2016-cı il tarixində Salyan şəhərində Salyan rayon 2 saylı Notariat Kontorunun Xüsusi X2 tərəfindən təsdiqlənmiş mövcud kreditin (borcun) etirafı haqqında müqavilə əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh ilə aralarında olan mövcud kreditin (borcun) etirafı haqqında müqavilə əsasında Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini öhdəliklərini icra etmədiyi üçün müqavilənin 4-cü maddəsinə əsasən öz mülkiyyətinə keçirmişdir. Lakin cavabdehin müqavilə əsasında öhdəlik kimi öz boynuna götürdüyü hərəkətləri etmir. İddiaçı dəfələrlə fərdi yaşayış evindən çıxmaları ilə bağlı müraciət etmiş, lakin cavabdeh və onun ailə üzvləri müqavilə üzrə yaranan tələbləri qəbul etmir və icra etmir. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 orqanlara Salyan rayon 2 saylı Notariat Kontorunun Xüsusi X2 tərəfindən təsdiqlənmiş ərizə yazmışdır. Həmin ərizədə sonuncu müqavilənin bütün müddəaları ilə razı olduğunu, öhdəliklərini qeydşərtsiz icra edəcəyini cavabdehin adından bildirmişdir. 05/6206 saylı Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan göründüyü kimi adı keçən mülkiyyətin 2018-ci il üzrə bazar dəyəri 70900 manatdır. Salyan rayon 2 saylı Notariat Kontorunun Xüsusi X2 tərəfindən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15-də yerləşən fərdi yaşayış evindən müqavilə üzrə öhdəliklərini icra etmədikləri üçün cavabdeh və onun ailəsinin çıxarılması üçün Salyan rayon İcra və Probasiya şöbəsinə müraciət olunub, yanlız cavabdeh və onun ailə üzvləri həmin mülkiyyətdən çıxmamaqda israrlıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, uzun illərdir ki, cavabdehi tanıyır. Yaxşı münasibətləri olmuşdur. Əslində mənzillə bağlı məhkəməyə müraciət etmək istəmədiyini, Cavabdeh ona olan borcunu ödəmək istəmədiyi üçün məcburiyyətdən məhkəməyə müraciət etdiyini bildirmişdir. Eyni zamanda göstərmişdir ki, Cavabdeh ona borcu olduğunu, həmin borcla bağlı aralarında borcun etirafı haqqında müqavilə bağlandığını, borc ödənilmədiyi üçün cavabdehə evindən çıxmasını tələb etdiyini bildirmişdir. Borcun etirafı barədə müqaviləni də cavabdehin etibarnamə üzrə nümayəndəsi X12 (həyat yoldaşı) ilə bağlamışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh göstərmişdir ki, ev valideyinlərindən ona qalmışdır. Evin bazar qiyməti ilə borclu olduğu məbləğ arasında böyük fərqin olduğunu, borcunu ödəmək istədiyini, hazırda maddi imkanının olmadığı üçün ödənişi dayandırmışdır. Cavabdeh 18 avqust 2023-cü il tarixində iddia ərizə təqdim etmişdir. Həmin ərizədə göstərmişdir ki, Salyan şəhər sakini İddiaçı "evdən çıxarılma tələbinə dair" Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsinin surəti poçt vasitəsi ilə onun ünvanına göndərilmiş və ona təqdim olunmuşdur. İddia ərizəsi ilə tanış olduqdan sonra həmin iddianın ədalətsiz, qanunun tələblərinin pozulması ilə verildiyindən həmin iddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirir. Etirazını aşağıdakı faktlarla sübuta yetirir, o, İddiaçı xeyli vaxtdır ki, tanıyır. Əvvəllər onunla yaxın münasibətdə olmuş, belə ki, Dadaşla onun əvvəllər ticarət əlaqələri olmuş və həmişə ona ərzaq məhsulları vermişdir və o da, həmin məhsulları satıb pullarını iddiaçıya qaytarmışdır. Beləliklə də, Dadaş onun etibarından istifadə edərək onu misli görünməyən bəlalara salmış və ona müflis dərəcəsinə çatdırmışdır. O, Dadaşa verdiyi ərzaqların əvəzi olaraq 2023-cü ilin mart ayına kimi 22850 (iyirmi iki min səkkiz yüz əlli) manat borcundan ödəmişdir. Sonrakı vaxtlarda Dadaş ona və ailəsinə məxsus evlərini və həmin evə bitişik olan ticarət obyektini ələ keçirmək məqsədilə müxtəlif fırıldaqlar işlətməyə başlamışdır. O, və ailə üzvləri isə bundan xəbərsiz olmuşdurlar. Dadaş onun borcunun məbləğini süni şəkildə artıraraq ondan pulları tələb etməyə başlamış və müxtəlif vaxtlarda banklardan kredit götürməklə hamısının onun tərəfindən ödənilməsini tələb etmişdir. Beləliklə də, onun həyat yoldaşını aldadaraq onu məcburi qaydada Notariat kontoruna aparmaqla orada təzyiq göstərərək ona 90.000 (doxsan min) manat borclu olmaqlarına dair 14 noyabr 2016-cı il tarixdə Kredit (borc) müqaviləsinə imza etdirmişdir. Bununla ürəyi soyumayan Dadaş onun və ailəsinə məxsus yeganə ümüd yerləri olan evlərini ələ keçirmək məqsədilə həyat yoldaşı X9 yenidən Notariat kontoruna apararaq evlərinin alqı-satqısına imza etdirmiş və nəticədə onların evini cinayət yolu ilə aldatmaqla, təziqlər göstərməklə öz adına rəsmiləşdirmişdir. Evləri alqısatqı olunan zaman nə onun, nə də övladlarının imzaları alınmamış və onların xəbərləri olmadan notariusla əlaqəyə girərək bu cinayət əməlini törətmişdir. Dadaş xx.xx.2016-cı ildə 90 min borcun tələbi ilə kredit müqaviləsinə onun arvadına imza etdirmiş və həmin günün səhəri arvadını aldadaraq xx.xx.2016-cı ildə evin alqı-satqı müqaviləsini imzalatdırmışdır. Buradan tam aydın görünür ki, Dadaş öz çirkin əməlina nail olmaq üçün qısa müddət ərzində bu qanunsuzluqları etmiş və notariusun bundan xəbəri olmasına baxmayaraq yenə də, aldadıcı yollarla arvadına təzyiqlər göstərərək evin alqı-satqısını həyata keçirmişdir. Bildirir ki, onların evlərinin bankda girov qoyulmasını bilən Dadaş bundan əvvəl hazırlıq işləri görmüş və 2014-cü ildə bankdan 50.000 (əlli min) manat kredit götürmüş və həmin kreditin cəmi 7.000 (yeddi min) manatını ona vermiş, qalan pulları banka ödənilməsi öhdəliyini onun üzərinə qoymuşdur. Bankdan götürülmüş kreditin bir hissəsini verərək evi girovluqdan çıxarmışdır. Buradan aydın görünür ki, Dadaş evlərini ələ keçirmək məqsədilə bütün bu cinayətləri törətmişdir. Bununla da, evlərinin gələcəkdə əllərindən alınması üçün münbit şərait yaratmış və evlərini girovdan azad etdirmişdir. Dadaş guya onlara yaxşılıq etdiyini bildirərək faktiki olaraq onları müsibətlərə salmışdır. Alqı-satqı müqaviləsinə əsasən pulun alınıb verilməsi bank tərəfindən həyata keçirilməli olduğu halda xx.xx.2016-cı il müqaviləsində 12.600 manata nisyə alması barədə müqaviləni imza etdirmişdir. Bu qanunun ziddinədir. Bundan əlavə həmin müqavilədə evin mülkiyyətçisi və vərəsəsi kimi nə onun, nə də övladının imzası yoxdur, nə də onların razılığı alınmamışdır. Evin alqı-satqı müqaviləsi nəzərdən keçirilən zaman tam aydın görmək olur ki, bu müqavilə tam qanunsuz və hüquq pozuntuları ilə bağlanmış və təzyiqlər nəticəsində onun arvadına imza etdirilmişdir. O, xx.xx.2016-cı il tarixli 90.000 manat kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli evin alqı-satqı müqaviləsinin qanunsuz, təzyiqlər altında və ədalətsiz, qanun pozuntuları ilə bağlandığını bilir və hər iki müqavilənin ləğv olunması ilə bağlı məhkəmədə iddia qaldıracaqdır. Salyan şəhər sakini İddiaçı qaldırdığı iddia qanunsuz və ədalətsiz olduğundan həmin iddianı qəbul etməmiş və iddianın ləğv olunmasını xahiş etmişdir. Həmçinin, cavabdeh məhkəməyə 29 avqust 2023-cü il tarixində etiraz ərizəsi təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, biz bir ailəyik, 02 övladları var 1998-ci ildən satıcı işləyir. 2011-ci ildən Salyan rayonu, E.İmanov küçəsi ev-53 də yaşayan İddiaçı ilə ticarət əsnasında tanış olublar, o da, ticarətlə məşğul olub, kolbasa ərzaq ticarəti. Dadaş topdan satış kolbasa gətirib topdançılarla dəyişib onlara ərzaq məhsulları verirmiş, satıb pulunu vaxtında verirmişlər. Aralarında heç bir mübahisə olmasa da, sonradan məlum oldu ki, onların yaşadıqları iki mərtəbəli 06 otaqlı mətbəx və kommunal şəraiti olan daş evin həyətində olan əlavə tikinti və evin altında yerləşən ticarət obyekti İddiaçı hədəfi olub məqsədi əmlaklarını ələ keçirmək olmuşdur. Onun və ailəsinin Dadaşa ərzaq borcları cəmi 34300 manatdır bu da, alver nəticəsin də yaranmışdır. Onlar Dadaşa 05 il ərzində 22850 manat pul ödəmişdir. 2023-cü ilin mart ayına qədər ödəniş etmiş, İddiaçı onlara guya yaxşılıq etmək məqsədindədir, 2014-cü ildə özü üçün Bankdan 50.000 dollar kredit götürdüyü puldan onlara 7000 manat borc verərək hər ay onlardan 50000 dolların Banka aylıq ödənişini tələb etmiş məhz münasibatləri bu səbəbdən pozulmuşdur, onlara 7000 (yeddi min manat) verdiyi halda niya biz 50 min dolların kredit aylığın ödəməlidir? Onları tam ərzaq alveri və əlavə 7000 manatla yükləyərək vəziyyətləri ağırlaşdı. Ekspres Bankda 20000 manat pulun müqabilində girovda olan evini girovdan çıxarmaq üçün Dadaş ondan 7000 manat (yeddi min manat) pul almış, Bankın qarşısında iddiaçının maşınında 2016-ci ilin 8-ci ayında maşında pulu ona vermişdir. Məlum olmuşdur ki, Banka puldan 5900 manat pul ödəyib Bank çıxarışı var buna sübut. Notariusda alqı-satqı müqaviləsinə imzanı etdirərkən borc müqaviləsi kimi demiş lakin həmin müqavilədə özünə məxsus olan borcu yəni banka olan 50 min dolları onların üzərinə qeyd etmişdir. Hətta notarius sual vermişdir, siz Dadaşdan 90000 manat əllə pul almısız? Aytəkin Elyasova cavab vermişdir ki, onlar əlbəttə borc almamışdır alver nəticəsində 34300 manat borcları yaranmışdır, Dadaş evlərinin kupçasını, sənədlərini Bankdan əldə edərək istədiyi kimi öz adına sənədləşdirmişdir. 7000 manat əl borcu verib başqa heç bir borc söhbəti ola bilməz. Onların övladları yeganə yaşayış yeri olan evlərinin geri qaytarılmasına və iddiaçı ilə aralarında olan borcun 34300 manat ticarət borcunun və 7000 (yeddi min) manat əl ilə verdiyi borcun hissə-hissə ödənilməsi barədə onlara kömək edilməsini xahiş etmişdir. Onların balalarını küçələrə sala bilmədiklərini, məhkəmədən İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 22 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin ksero surətindən görünür ki, satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 208.9 kv.m yaşayış sahəsi 104.5 kv.m yardımçı sahəsi 104.4 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və həmin evin 0.0136 ha həyətyanı torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 13300 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, həqiqətən də, **********28-10301 saylı reyestr nömrəli Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixində, ********** saylı qeydiyyat nömrəsi ilə, iddiaçı "xxxx" ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əmlakların satışına nəzarət komissiyası iclasının 19 fevral 2018-ci il tarixli protokolunun ksero surətindən görünür ki, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 13.300 manata İddiaçı satılması, əmlakın satışı və satışdan əldə olunan vəsait bankın adından qəbul edilməsi səlahiyyəti "xxxx" ASC-nin Risklərin İdarə edilməsi departamentinin Girovların qiymətləndirilməsi və nəzarəti bölməsinin müdiri Samir Nəsibova həvalə olunması qərara alınmışdır. X11 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə № 06/02 saylı protokolun ksero surətindən görünür ki, Cavabdeh məxsus Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq qiyməti tam dəyəri 22950 manatdır. İpoteka predmetinin ilkin hərrac qiyməti (fərdi yaşayış evi) 36000, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti (fərdi yaşayış evi) 30600 manatdır. Notarial qaydada təsdiq olunmuş X12 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ərizəsindən görünür ki, müqavilənin bütün müddəaları ilə tam razı olduğunu, borcunu ödəmədiyi təqdirdə, mülkiyyətində olan və qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı və qeyd şərtsiz həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair № 05/6206 saylı arayışdan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 22 fevral 2018-ci il tarixinə olan dəyəri 70900 manat təşkil etmişdir. Salyan rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 16 mart 2022-ci il tarixində apardığı icra qeydindən görünür ki, yuxarıda qeyd edilən müqavilənin icrası məqsədi ilə mübahisə predmeti olan fərdi yaşayış evi 70875 manat dəyərində hesablanılmaqla borcdan çıxılmışdır və notariusun Salyan rayonu İcra və Probasiya şöbəsinə ünvanladığı № 238-g saylı, 16 mart 2022-ci il tarixli məktubunda icra qeydi haqqında məlumat verilmişdir. Həmçinin, iş üzrə məhkəmə 10 iyul 2023-cü il tarixində Salyan rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə sorğu ünvanlayaraq, ünvan 5qı-satqısı ilə bağlı aparılmış notariat işinin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Həmin sorğu əsasında 23 iyul 2023-cü il tarixli, № 339 g saylı cavab məktubuna qoşma kimi göndərilmiş AN-İ №0672690 saylı 22 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Şirvan filialı ilə borcalan Cavabdeh arasında 26 noyabr 2013-cü il tarixli, 500850-024/13 saylı krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcluya 24 ay müddətinə illik 22 % dərəcəsilə 20000 manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin təminatı kimi, "xxxx" ASC-nin Şirvan filialı ilə, Cavabdeh arasında 07 fevral 2013-cü il tarixli, 500840-031/13 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin və onun tərkib hissəsi olan 26 noyabr 2013-cü il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi 36.000 manat qiymətləndirərək Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-870/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X10 qarşı kredit üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka hüquqlarının itirilməsinə dair iddiası təmin edilmiş. Cavabdeh 7329,43 manat əsas borc, 1911,38 manat faiz borcu, cəmi 9240,81 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə verilməsi, tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilmiş, İpoteka predmeti olan Salyan rayonu, M.Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat müəyyən edilmiş, həmin ev açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməsi qət edilmişdir. Ev hərrac vasitəsi ilə 22950 manata "xxxx" ASC-yə satılmışdır. Satıcı "xxxx" ASC ilə alıcı İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 13300 manata satılmışdır. X12 xx.xx.2026-cı il tarixli Notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı və qeyd şərtsiz həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında borcun etirafı, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, cavabdeh X12 yaşayış evinin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq vermiş, İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu baxımdan, onların hər biri digərinə münasibətdə həm borclu, həm də kreditordur. Belə ki, Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Bu Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eləcə də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Deməli, əmlakın tam hüquqlu mülkiyyətçisi olan iddiaçı mülkiyyətində olan mənzildən qanunsuz istifadə edən cavabdehlərin bu evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Buna baxmayaraq, iş üzrə cavabdehlər mənzildən çıxmamaqla bağlı mövqeyini onunla əsaslandırır ki, mənzili satmamış, aldığı borca təminat olaraq evi girov qoymuşdur. Borcunu qaytardıqdan sonra mənzil ona geri qaytarılmalıdı. Halbu ki, iddiaçı fərdi yaşayış evini cavabdehlərdən deyil mülkiyyətçi "xxxx" ASC-dən almışdır. Həqiqətən də əvvəlki mülkiyyətçinin hal-hazırda iş üzrə iddiaçı ilə borc müqaviləsi (kredit müqaviləsi) bağlanılmışdır. Lakin borc müqaviləsinin bağlanılması və ya borc müqaviləsi ilə bağlı mübahisənin olması hələ o demək deyil ki, mülkiyyətçi mülkiyyəti üzərində sərəncam verməsin. Həmçinin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü və bəyan etdiyi öhdəliklərini icra etməyərək müqavilə əsasında yaranmış iddiaçının hüquq və maraqlarını pozmuş olur ki, bu da, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə ziddir. Nəzərə alınmalıdır ki, əvvəlki mülkiyyəçilər arasında bağlanılmış alqı-satqı, nə də kredit müqaviləsində cavabdehin borcunu müqavilənin müddəti bitəndən sonra da, ödədiyində mübahisəli əmlakın ona qayıdacağı ilə bağlı şərt nəzərə tutulmamışdır. Halbuki, bağlanmış müqavilələrdə bu şərti nəzərdə tuta bilərdilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Belə olan halda hazırki alqı-satqı müqavilə üzrə mülkiyyətçi, alıcı - ilkin mülkiyyətçilərdən fərdi yaşayış evindən çıxmalarını tələb etmək hüququ var. Göründüyü kimi, cavabdehlər Cavabdeh və X12 İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxmamaqla fərdi yaşayış evinin mülkiyyətçisinin mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehlərin başqa şəxslə başqa şərtlərlə bağladığı hər hansı bir müqavilə bağlaması mənzildən çıxmaması üçün hüquqi əsası ola bilməz. Belə olan halda mənzilin mülkiyyətçisi olan iddiaçı onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdehlərin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Son olaraq o da qeyd edilməlidir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X12 İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən, yəni Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 ünvandan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X5 şəhəri, M.Dadaşov küçəsi, 15 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X7 birgə tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1083/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1083/2023
22.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver