Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-111/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2002-ci il tarixdə ölmüş X10 və 08 noyabr 1996-cı ildə ölmüş X7 arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun bacısı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 1925-ci ildə, bibisi X17 isə 1914-cü ildə anadan olmuşlar. Mərhum bibisi X2 rayonu, Qızılağac kənd sakini X12 adlı şəxslə ailə qurmuşdur. İbrahimova soyadını qəbul etmiş və ölən dövrədək uşaqları olmamışdır. X12 1966-cı ildə ölmüşdür. 1914-cü ildə doğulmuş bibisi X11 08 noyabr 1996cı il tarixdə Salyan rayonu, Qızılağac kəndində vəfat etmiş və Salyan rayonu Qızılağac kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda atası X7 yeganə vərəsəsidir. Atası mərhumun yeganə vərəsəsi olduğu üçün vərəsəlik açılanda hüquqi məsələlərin həlli zamanı məlum olmuşdur ki, 1914-cü ildə anadan olmuş bibisi X13 doğum faktı qeydə alınmamışdır. O, bununla bağlı X27 filialına müraciət etmiş, lakin həmin idarədən ona verilmiş 533 saylı, 02 oktyabr 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 1914cü ilə aid heç bir işi filiala təhvil verilmədiyi üçün mərhum X1 doğum tarixini təsdiq etmək mümkün olmamışdır. Atasının bibisi ilə qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığı üçün vərəsəliklə bağlı mirasın açılmasında problem yaranmışdır. Hal-hazırda X25ya mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun bacısı olması faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. X1 atası X10 bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan Regional Maraqlı şəxsriat ofsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İ-İE 678944 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Salyan rayonunda anadan olmuşdur. X9, anası X21r. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 3- 16-5/8-69-679/2023 nömrəli arayışdan görünür ki, X16 07 noyabr 2002-ci il tarixdə ölmüşdür. Ölümün qeydə alındığı yer Salyan rayonu Qızılağac kəndi müəyyən olunmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli 3-16- 5/8-69-254/2023 saylı arayışdan görünür ki, X11 08 noyabr 1996-cı il tarixdə ölmüşdür. Ölümün qeydə alındığı yer Salyan rayonu Qızılağac kəndi müəyyən olunmuşdur. KOD 80907028, JN-0064 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətamənin surətindən görünür ki, X8 Salyan rayon Aqrar İslahat komissiyasnın 27 noyabr 1996-cı il tarixli 11 saylı qərarı ilə Salyan rayonu Qızılağac kəndində 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Salyan rayon Qızılağac Bələdiyyəsinin 178 nömrəli, 07 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi bibisi X11 08 noyabr 1996-cı il tarixdə vəfat etmiş, faktiki olaraq ondan qalmış miras Ərizəçi tərəfindən qəbul edilərək həyatyanı və bütün pay torpaq sahəsinin vergi və digər borcları ödənilmişdir. Mərhumun dəfn və yas mərasimləri üçün xərclər Ərizəçi tərəfindən ödənilmişdir. Salyan Regional Maraqlı şəxsriat ofsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli 692 saylı məktubdan görünür ki, həmin notariat ofisində xx.xx.1996-cı il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Azərbaycan Respublikası X27 filialının 02 oktyabr 2023-cü il tarixli, 3-48DA/9F-2- Ə533/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi X1ı doğum tarixini təsdiq etmək mümükün olmamışdır. Azərbaycan Respublikası X27 filialının 16 yanvar 2024-cü il tarixli, 3-48DA/9F-2- 15/2024 nömrəli məktubundan görünür ki, Salyan rayon Qeydiyyat Şöbəsinin 1914-cü ilə aid heç bir işi filiala təhvil verilmədiyi üçün X7 1914-cü ildə doğum tarixini təsdiq etmək mümkün olmamışdır. Həmçinin, o da qeyd olunmuşdur ki, 1925-ci ilə aid işlər Ərəb əlifbası ilə olduğundan X10 1925-ci ildə doğum tarixini təsdiq etmək mümkün olmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli, 5-71-18/2-105/2024 № -li arayışından görünür ki, arayışda X17 ilə X10 bacı-qardaş olması göstərilmiş, X3 nikaha daxil olduğuna görə onun soyadı dəyişilərək “İbrahimova” olmuşdur. X4 Nadir Cahangir oğlunun atası, X17 isə onun bibisidir. Məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir hissəsinin tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X11 08 noyabr 1996-cı il tarixdə ölmüşdür. X25 Ərizəçi bibisi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Salyan rayon Qızılağac Bələdiyyəsinin 178 saylı 07 sentyabr 2023-cü il tarixli arayışı və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X25nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Salyan Regional Maraqlı şəxsriat ofsinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişdirlər ki, onunla X25 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X25nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı, yəni ərizəçinin həmin şəxsin qardaşının oğlu olması, X11 ilə X10 bacı-qardaş olması məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, X11 ilə X10 bacı-qardaş olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri, yəni mərhum X11 ilə X10 bacı-qardaş olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 noyabr 1996-cı il tarixdə ölmüş X11 ilə 07 noyabr 2002-ci il tarixdə ölmüş X15 arasındakı qohumluq münasibətləri, yəni mərhum X11 ilə X10 bacı-qardaş olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-111/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-111/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver