Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1118/2023 02.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsasında qeydə alınmış mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində tək anadan (nikahdan kənar) doğulması faktının müəyyən edilməsi və doğumu haqqında akt qeydində doğum tarixinin xx.xx.2004-cü il, doğum yerinin Salyan şəhəri, adının Ərizəçi, ata adının X7, ana adının xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş X5, valideynlərinin milliyətinin azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü ildə Salyan şəhərində anadan olmuşdur. Lakin doğumu tibb müəssisəsindən kənarda, ev şəraitində baş verdiyi üçün doğumu barədə tibbi şəhadətnamə verilməmiş və bu səbəbdən doğum faktının dövlət qeydiyyatına alınması təmin edilməmişdir. Hazırda isə tələb olunan sənədlərin əldə edilməsi və bu faktın inzibati qaydada müəyyən olunması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. X3 qızı xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş və ona məxsus yeganə hüquq müəyyənedici sənəd doğumu haqqında Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdır. Anası vətəndaş Namiq Sakit oğlu adlı şəxslə qeyri-rəsmi nikahda olmuş və onların faktiki nikah münasibətlərindən xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Doğumundan bir müddət sonra atası onları tərk edib getmiş və hazırda onun harada yaşaması onlara məlum deyildir. Hazırda anası X5 ilə birlikdə Salyan şəhəri, 104 saylı Yataqxanada yaşayırlar. Onun doğum faktını həmin yataqxanada yaşayan qonşuları və onları tanıyan hər kəs öz yazılı ifadəsi ilə təsdiq edə bilərlər. Doğum faktının qeydə alınmaması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilməmiş və bu səbəbə görə hərbi xidmətə getməyinə, eləcədə qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələrinin həyata keçirilməsinə məhdudiyyətlər yaranmışdır. Eyni zamanda məsələnin inzibati qaydada həllini təmin etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurumdan verilmiş rəsmi cavabda, doğumun dövlət qeydiyyatına alınmasından imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Odur ki, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 03 aprel 2023-cü il tarixli, ******* saylı qərardan görünür ki, 13 avqust 1968-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 avqust 1968-ci il tarixdə, Masallı rayonunda doğulmuş, atası X4 və anası X2 olmuşdur. Məhkəmədə elan olunmuş 12 aprel 2023-cü il tarixli, 3-16-5/8-1044/2023-cü il tarixli arayışın surətindən görünür ki, X4 26 iyul 1989-cu ildə ölmüşdür. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Ərizəçi 12 aprel 2004-cü ildə anadan olmuş, onun doğumu doğum akt qeydində qeydə alınmış və nəticədə doğum haqqında şəhadətnamə ala bilməmişdir.Vətəndaşın doğum akt qeydi ala bilməməsi onun gələcəkdə həyata keçirmək istədiyi hüquqların reallaşdırılmasına imkan vermir.Ərizəçi qeyd olunan sənədi başqa qaydada ala bilmədiyi üçün hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi tək anadan (nikahdan kənar) doğulması faktı müəyyən edilsin,doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.2004-cü il, doğum yeri Salyan şəhəri, adı Ərizəçi, ata adı X7, ana adı xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş X5, valideynlərinin milliyəti azərbaycanlı yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1118/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1118/2023
02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver