Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1128/2025 21.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş X6 onların anası olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X10 xx.xx.1997-ci ildə, anası Həşimova (Quliyeva) Zərifə Məhəmməd (Məmməd) qızı xx.xx.2020-ci ildə vəfat etmişdir. Ərizəçilər Ərizəçi1 xx.xx.1975-ci ildə, Tağıyeva (Quliyeva) Leyla Savalan qızı xx.xx.1971-ci ildə, Məmmədova (Quliyeva) Mehparə Savalan qızı xx.xx.1972-ci ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamədə anasının Ata adı X18raq qeyd olunmuşdur. Salyan rayonu Yenikənd kəndində anası X11 və Ərizəçi1 məxsus ********** qeydiyyat nömrəli **********39 reystr nömrəli çıxarışa əsasən 0.8736 ha X24 torpaq sahəsini Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum anası Həşimova (Quliyeva) Zərifə Məhəmməd (Məmməd) övladlarının ana adlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə 238 nömrəli məktubla Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən imtina məktubu verilmişdir. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində ona rəsmi qaydada imtina məktubu verərək bildirmişlər ki, bu uyğunsuzluq səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Daha sonra bu uyğunsuzluğu aradan qaldırmaq üçün Salyan Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş və bu uyğunsuzluqların aradan qaldırılması üçün xx.xx.2025-сi il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1. maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır, Həmin Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Göründüyü kimi analarıı Həşimova (Quliyeva) Zərifə Məhəmməd (Məmməd) qızıdır. Ərizəçi1, Tağıyeva (ailə qurduqdan sonra bu soyadı qəbul etmişdir) Leyla Savalan qızı, Məmmədova (ailə qurduqdan sonra bu soyadı qəbul etmişdir) Mehparə Savalan qızı ana adımız X21 göstərildiyi üçün eynidir. Faktiki olaraq biz üç nəfər vərəsə mərhum anaları Həşimova (Quliyeva) Zərifə Məhəmməd (Məmməd) qızının övladlarıdır və bacı qardaşdırlar. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də görünür ki anaları X12r və sadəcə ana adlarında soyadında Həşimova ölüm haqqında şəhadətnamədə, analarının ata adında Məmməd yazıldığı üçün uyğunsuzluq vardır. Eyni zamanda bildirir ki, Salyan RİHB X36 Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi arayışda X13 ilə X6 eyni şəxs olduğu müəyyən edilir. X4 (ilə anaları X26 (Məmməd) qızı evləndikdən sonra nikah haqqında şəhadətnamədən göründüyü kimi Quliyeva soyadını qəbul etmişdir. Odur ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 Elçin Savalan oğlu, Ərizəçi2, Ərizəçi3 anası olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs xüsusi notariusu X19 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə Həşimova Zərifə xx.xx.1971-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Quluyeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1971-ci ildə anadan olmuşdur. X5r. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X22 xx.xx.1994-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1972-ci ildə anadan olmuşdur. X5r. Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X15 xx.xx.1994-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1975-ci ildə anadan olmuşdur. X5r. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2ndən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 07 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin soyadının dəyişdirilməsi tələbinin icrasından imtina edilmiş və vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin Ərizəçi1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 qohumluq münasibətini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğu üçün vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmamış və vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 xx.xx.2020-ci ildə vəfat etməsi barədə vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Salyan RİHB-nın X36 ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonu Yenikənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: Ərizəçi1 – 1975. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri aşağıdakılardır: Ərizəçi2 – 1971, X7 – 1972. X1 yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Azərbaycan Respublikası Salyan RİHB-nın X36 ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, X2 Leyla Savalan qızının, Ərizəçi1 və Ərizəçi3 anasıdır. X13 elə X11 ilə eyni adamdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçilərin iş materiallarına əlavə etdiyi sənədlərdə anasının soyadı və ata adı fərqli X21, ölüm haqqında şəhadətnamədə X11, nikah haqqında şəhadətnamədə Həşimova Zərifə (1936-cı il), həmçinin ata adı qeyd olunmamış, nikahdan sonrakı soyadı isə “Quluyeva” kimi qeyd olunmuşdur. Bundan başqa, Salyan rayonu İcra hakimiyyəti başçısının X36 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarda X6 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. Göründüyü kimi, ərizəçilər ərizəsində xx.xx.2020-ci ildə vəfat etmiş X6 onların anası olması faktının təsdiq edilməsini tələb etsələr də, məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir. Ərizəçilər tərəfindən təqdim olunan sənədlər ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 X6 onların anası olması faktının müəyyən edilməsini xahiş etsələr də, Mülki Prosessual Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1128/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1128/2025
21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver